Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Kavkazski vestnik
Kavkazski vestnik (i.ə.rus orf. Кавказскій Вѣстникъ) — 1900–1905-ci illərdə Tiflisdə nəşr edilən aylıq elmi və ədəbi jurnal. == Tarixi == Jurnal ictimai xadim Vasili Korqanovun təşəbbüsü ilə yaradılmışdır. Onun yaradılmasında məqsəd Qafqazın və ona qonşu olan şərq ölkələrinin tarixini, ədəbiyyatını, təhsilini və digər sahəvi məsələlərini işıqlandırmaq idi. Jurnal rus dilində nəşr edilirdi. İlk nömrəsi 1900-cü ilin yanvarında işıq üzü görüb. Konstantin Beqiçev rəsmi olaraq onun redaktoru sayılırdı, lakin baş redaktor işi əslində Korqanov tərəfindən həyata keçirilirdi. O, 1901-ci ilin oktyabrından (№ 10) həm də jurnalın baş redaktoru idi. O dövrün müxtəlif qəzet nəşrləri bu jurnalın nəşri haqqında kifayət qədər müsbət danışırdılar. Bakının "Kaspi" (1900, No 23) və Tiflisin "Mşak" (1901, No 4) qəzetləri "Kavkazski vestnik" jurnalının "Qafqazda rus dilində nəşr olunan dövri nəşrin vəzifələrini yerinə yetirdiyini: yerli əhalinin həyatını öyrənmək, rus oxucusunu faktlar və hadisələr əsasında ölkəmizin şəraiti, mədəni və ideoloji tərəqqisi ilə tanış etmək" ilə məşğul olduğunu bildirirdilər.
Talışskiy vestnik
Talışskiy vestnik — 2000-ci ilin iyun ayından 2004-cü ilin iyul ayına kimi Rusiya Federasiyasının paytaxtı Moskvada nəşr olunan, "Avesta" Talış Mədəni-Maarif Cəmiyyəti tərəfindən təsis edilmiş aylıq talış milli qəzeti. == Tarixi == Qəzet 2000-ci ildə Moskvada talışların "Avesta" Talış Mədəni-Maarif Cəmiyyəti tərəfindən təsis edilib. Qəzetin ilk nömrəsi 2000-ci il iyunun 6-da işıq üzü görüb. Qəzet MEDİA-UNION nəzdində Millətlərarası Mətbuat Gildiyasının bir hissəsi idi. Baş redaktor Yelena Ələkbərova-Talışinskaya, baş redaktorun müavini Sabir Şindani, sistem administratoru/elektron versiyanın admini Nail Fərziyev idi. == Dərc olunan mövzular == "Talışski vestnik" qəzeti mədəni-maarif məsələləri sahəsində müxtəlif mövzuları işıqlandırırdı. Qəzetdə talışların tarixi, talış dili dərsləri, o cümlədən talış dilinin qrammatikası və lüğəti ilə bağlı məqalələr dərc olunurdu. Oxucular üçün tapşırıqlar, talış dilində krossvordlar var idi. Bayram günlərində qəzetdə təbriklər dərc olunurdu. Qəzetdə idman xəbərləri ilə bağlı rubrika məcburi yer tuturdu, talış dilində şeir və nəsr rubrikaları da var idi.
Zakavkazski vestnik (qəzet)
Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində əlavələr də buraxılmışdır. == Qəzet haqqında məlumat == Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı. == Şöbələri == "Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu. Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: == Qəzetdə dərc olunan məqalələr == 1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.
Etnik azlıq
Azlıqlar — etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar, haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.
Etnik milliyətçilik
Etnik millətçilik və ya mikro millətçilik, milli kimliyi yaradan, mədəniyyət, tarix və məqsəd birliyi kimi hakim mədəni ünsürlərin yaratdığı milli biz şüru yerinə, etnik birlik kimi biz şürunu mənimsəyən etnosentrik millətçilik növüdür. Hakim mədəniyyətin də bir etnik qrup kimi düşünülməsi lazım olduğu fikrini müdafiə edir. Azlıq mədəniyyətlərinin inkarı və asimiliyasiyası etnik millətçilik hisslərinin inkişafında mühüm bir təsir kimi qəbul edilir.. Özünü sosial bağlarla və ortaq mədəniyyətlə tərif edən, bütünləşdirici təbiətə sahib olan kültürəl millətçilikdən ayrılır. == Etnik millətçi düşüncələr == Millət dövlət strukturunun həyati əhəmiyyətli ünsürlərindən biri ölkə sərhədləri içində tək milli mədəniyyətin var olmasıdır. Ulus dövlətlərdə hakim milli mədəniyyətin xaricində qalanlar dəstəklənməz və eyni zamanda da məcburi şəkildə ortadan qaldırılmazlar. Milli mədəniyyət ilə qaynaşmazlıq halında ötəkiləşən mədəniyyətlər ana millətdən qopmağa qədər gedə bilərlər. Ernest Gellnerə görə mərkəzi rejimdən başqalaşan mədəniyyətlərin iki seçimi vardir: assimiliyasiya və ya öz millətçiliyini yaratmaq. Çoz etnik azlıqlarda daha çox qarşımıza çıxan assimiliyasiyadır ancaq getdikcə bəziləri milli dövlət daxilində hüquqi bir haqq qazanma mübarizəsinə qoşulmaqdadır. Tək mədəniyyətli milli dövlətlərdə bir azınlıq mədəniyyəti hakim milli mədəniyyəti rədd edərsə ayrı bir millət olma istəyini ortaya qoyar.
Etnik millətçilik

Etnik modifikasiya
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.
Etnik münaqişə
Etnik münaqişə — iki və ya ikidən artıq etnik qruplar arasında münaqişədir. Münaqişənin səbəbləri cürbəcür, o cümlədən, siyasi, iqtisadi, dini və sosial ola bilər.
Etnik qrup
Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir. Etnik qrup — etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə "milli azlıq" kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir. Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. == Azərbaycanda etnik qruplar == Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Etnik qruplar tatlar, talışlar, kürdlərin dilləri – Avropa dil ailəsinin İran budağına aiddir.
Etnik qruplar

Etnik silah
Etnik stereotip
Stereotip sözü yunan dilində stereos — möhkəm, tyros — iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereptiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial stereotip" termini ilk dəfə amerikan sosioloqu U. Lipman tərəfindən 1922-ci ildə "İctimai fikir" əsərində işlədilmişdir. U. Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər , əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır.
Etnik turizm
Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni qorunma strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunur.
Etnik təmizləmələr
Etnik təmizləmələr — bir etnik qrupa məxsus olan insanların məcburi surətdə müəyyən ərazidən köçürülməsi siyasəti. Bir sıra hallarda "etnik təmizləmələr" əhalinin kütləvi köçürülməsi ilə yanaşı, məcburi emiqrasiya, deportasiya və genosid forması ala bilər. Etnik təmizləmələr dini və milli mənsubluqdan irəli gələrək siyasi, strateji və ideoloji səbəblərdən ola bilər. 1988-1994-cü illər Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq Azərbaycanlı (qaçqınlar və məcburi köçkünlər, soyqırıma məruz qalanlar) etnik təmizləməyə məruz qalmışdır. Bu, Azərbaycanın ümumi əhali sayına nisbətdə dünya üzrə rekord göstəricidir. == Bəzi müasir etnik təmizləmələr == XX əsrdə çoxsaylı etnik təmizləmələr baş vermişdir. Azərbaycanlıların (150 mindən çox) 1948-1953-cü illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (300 minə yaxın) 1988-1991-ci illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (800 minə yaxın) 1988-1994-cü illərdə Rusiya və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində Dağlıq Qarabağdan və ətraf ərazilərdən qovulması. Qırğıstanda 2010-cu ildə baş verən hadisələr.
Etnik mənsubiyyət
Etnik mənsubiyyət — digər qruplardan fərqləndirən qəbul edilən ortaq atributlar əsasında bir-birini eyniləşdirən insanlar qrupu. Bu atributlara ortaq dil, mədəniyyət, adət-ənənələr, cəmiyyət, din, tarix və ya sosial münasibəti olan xalq daxil ola bilər. Etniklik termini millət termini ilə qarşılıqlı olaraq istifadə olunur. Etnik mənsubiyyət irsi və ya cəmiyyət tərəfindən qoyulmuş bir quruluş kimi təfsir edilə bilər. Etnik üzvlük ümumi mədəni irs, əcdad, mənşə, tarix, vətən, mif, dialekt, din, mifologiya, folklor, ritual, mətbəx, geyim tərzi, incəsənət və ya fiziki görünüş ilə müəyyən edilir. Assimilyasiya, akkulturasiya, birləşmə, dil dəyişikliyi, qarşılıqlı əlaqə, övladlığa götürmə və dini çevrilmə yolu ilə fərdlər və ya qruplar zamanla bir etnik qrupdan digərinə keçə bilər. Etnik qruplar alt qruplara və ya qəbilələrə bölünə bilər ki, onlar zaman keçdikcə endoqamiya və ya ana qrupdan fiziki təcrid olunma səbəbindən özləri ayrı-ayrı etnik qruplara çevrilə bilərlər. Əksinə, əvvəllər ayrı-ayrı etniklər birləşərək ümumi etnik mənsubiyyət yarada bilər və nəticədə vahid etnosda birləşə bilər. İstər bölünmə, istərsə də birləşmə yolu ilə ayrı bir etnik kimliyin formalaşmasına etnogenez deyilir. == Terminologiyası == Etnik qrup termini ilk dəfə 1935-ci ildə qeydə alınmış və Oksford İngilis dili lüğətinə daxil edilmişdir.
Azərbaycanda etnik azlıqlar
Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar — 2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. == Yəhudilər == Yəhudilər XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.
Azərbaycanlı etnik qruplar
Azərbaycanlı etnik qruplar — İqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda hər biri özünəməxsus xüsusiyyətləri olan bir neçə azərbaycanlı etnik qrup var. Bəzi azərbaycanlı etnik qruplar XIX əsrin son rübündə də mövcud olmağa davam ediblər. Əsas azərbaycanlı etnik qruplar: Ayrımlar.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.
Etnik estetik cərrahiyə
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.
Mosuo etnik qrupu
Mosuolar (çin. ənən. 摩梭, pinyin: Mósuō) — çox vaxt özlərini Na kimi də təqdim edirlər, Çinin Yunnan və Siçuan əyalətlərinin Tibet sərhədi yaxınlıqlarında yaşayan kiçik bir etnik qrupdur. Təqribən 40.000 nəfər əhalisi olab bu qrup Yongning bölgəsi və Lugu gölü ətrafında məskunlaşmışlar. Mosuoların tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin hökuməti onları Naxilərlə eyni azlıq qrupa daxil etmişdir. == Həyat tərzləri == Mosuolar anaxaqanlığı (matriarxat) həyat tərzinə malikdirlər. Mosuo mədəniyyəti əsasən anaxaqanlığının saxlandığı yeganə azlıqlardan biridir. Həqiqətdə bir çox ailədə qadınların ailənin rəisi qəbul edilməsi, mülkiyyətin qadın nəsli yolu ilə keçməsi, ticarət qərarlarının qadınların qəbul etməsi kimi Mosuo mədəniyyəti bir çox matriarxal xüsusiyyətlər daşıması ilə yanaşı, siyasi gücün daha çox kişilərin əlində cəmlənməsi onların tam olaraq matriarxal olmadıqlarını göstərir. Mosuolar daha çox əkinçiliklə məşğul olurlar. Bunun izlərinə gündəlik həyatda daha çox rast gəlmək olar.
Qarabağın etnik tərkibi
== Rusiya işğalı == 14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
İranın etnik azlıqları
İranın etnik azlıqları — İranda yaşayan azsaylı xalqlar. İranın etno-linqvistik azlıqları bunlardır: azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar, türkmənlər, ləklər, lurlar, mazandaranlılar, giləklər, talışlar, deyləmilər, xələclər, ermənilər, mandayilər, brahuiyilər, assuriyalılar, gürcülər, yəhudilər, lurlar, səngsərilər, qazaxlar, qaşqaylar, Xorasan türkləri, goranlar, puştunlar və s. === Din === İranın rəsmi dini İslam (şiəlik) dinidir. İran dövləti İslamın sünni məzhəbi, xristianlıq, yəhudilik və zərdüştilik kimi məzhəb və dinlərin İranda mövcudluğuna haqq tanıyır. İranda movcud olan dinlər aşağıdakılardır: İslam : Şiə məzhəbı: İsna Əşariyə (12-cilər) təriqəti: Dini nəzərdən baxarq azərbaycanlılar, farslar, ərəblər, lurlar, mazandaranlılar, giləklər, deyləmilər, xorasan türkləri, xələclər, gürcülər və qaşqaylarların əksəriyyətinin dinləri İslam və Şiə məzhəbinin İsna Əşariyə (12-cilər) təriqəti dir. Şeyxiyyə təriqəti: Şeyxiyyə təriqəti, Şiə məzhəbinin təriqətlərindən dir və azərbaycanlılar və farslar arasında azlıq olaraq cari dir. Sünni məzhəbı: Amma kürdlər, bəluclar, türkmənlər, qazaxlar, puştunlar, əçomilər və brahuiyilər əksəriyyəti İslam dininin sünni məzhəbinə bağlıdırlar. Xristianlıq: Assuriyalılar və ermənilərin əksəriyyətinin dini xristianlıqdır. Bu din İranın digər etnikləri arasında da azlıq olaraq caridir. Mandayizm: Mandayilər isə Mandayizm dininə bağlıdırlar.
Şahdağ etnik qrupları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar. Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar.
Şahdağ etnik qrupu