Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Vesta
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
(4) Vesta
4 Vesta (simvolı: ) — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Vədat Tək
Mehmed Vədat Tək (türk. Vedat Tek; 1873[…], Konstantinopol – 1942[…], İstanbul) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Memar Kəmaləddin bəylə Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. O, Türkiyənin ilk rəsmi ali təhsilli türk memarı kimi tanınır. Ankarada Sirkəci Böyük Poçt binasından ikinci Türkiyə Böyük Millət Məclisi binası və Ankara sarayına qədər; Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərinə aid Kastamonu Hökumət Evindən Heydərpaşa Bərə Limanına qədər bir çox əhəmiyyətli tikililərin müəllifidir. Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olub. O, şair və bəstəkar Leyla Saz xanımın oğlu, keçmiş nazir İsmayıl Haqqı Ararın əmisidir. Vədat Tək “Sırrı Paşazadə Mehmed Vədat” adı ilə 1873-cü ildə İstanbulda dünyaya gəlib. Anası şair və bəstəkar Leyla Saz xanım, atası Trabzon, Diyarbəkir, Adana və Bağdad valisi olmuş məşhur vəzir Kritli Sırrı Paşadır. Qardaşı Yusif Razi (Bel) Parisdə inşaat mühəndisliyi təhsili almış və İstanbul şəhəri, “Poçt və Teleqraf naziri” və “İctimai İşlər naziri” vəzifələrində çalışmışdır. Bacısı Nəzihə (Bələr) pianist, bəstəkar, üçüncü qardaşı isə elektrik mühəndisi idi.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Kanye Vest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Mey Vest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Nord-vest
Vest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest-Hind
Vest-Hind, Vest-İndiya və ya Qərbi Hind (ing. West Indies, nid. West-Indië; hərf. Qərbi Hindistan) — Karib dənizinin adaları, o cümlədən Karib adaları, Baham adaları və Meksika körfəzi ilə Atlantik okeanının bitişik sularında yerləşən adalar verilən tarixi adı. Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə verilən Ost-Hind ilə ziddiyyət təşkil edir. Vest-Hind regionunun adını səhvən Avropadan qərbə doğru hərəkət edərək Hindistana getdiklərinə inanan ilk Avropa naviqatorları vermişdilər. Buradan Amerikanın yerli sakinlərinə hindi adı verilmişdi. Вест-Индия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Vest Bromviç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest Danbartonşir
Vest Danbartonşir (ing. West Dunbartonshire, şot.kelt Siorrachd Dhùn Bhreatainn an Iar) — Şotlandiyanın 32 dairəsindən biri. Şimal qərbdə Arqayl end Byut, şimal şərqdə Sterlinq, şərqdə İst Danbartonşir, cənub şərqdə Qlazqo Siti və cənubda Renfruşir ilə həmsərhəddir.
Vest sindromu
Vest sindromu və ya İnfantil spazmlar- yaşdan asılı olan epileptik sindromdur, 3–7 aylıq uşaqlarda müşahidə olunur, körpələrin epileptik ensefalopatiyaları qrupuna aiddir. VS ilə xəstələnmə səviyyəsi hər 1000 diri doğulmuş uşaq üçün 0,4-ə bərabərdir. Epilepsiyanın Beynəlxalq təsnifatına uyğun olaraq VS epilepsiyanın yayılmış formalarına aid edilmişdir. VS-nin kriptogen (beynin zədələnməsi güman olunur, ancaq təsdiq edilmir) və simptomatik (xeyli tez-tez rast gəlinən) formaları ayırd edilir. Kriptogen formalar üçün – dəqiq səbəbin olmaması, xəstəliyin meydana çıxmasına qədər uşağın normal sinir-psixi inkişafı, digər növ tutmaların qeyd edilməməsi, neyroradioloji müayinə üsulları zamanı beyin zədələnməsi əlamətlərinin olmaması xarakterikdir. VS-nin simptomatik formaları üçün – müəyyən edilmiş etiologiya (pre-, peri-, postnatal etioloji faktorlar), xəstəliyin meydana çıxmasına qədər uşağın sinir-psixi inkişafının ləngiməsi, nevroloji pozuntular, bir sıra hallarda baş beynin KT və MRT müayinələri zamanı patoloji dəyişikliklər xarakterikdir. Bir xəstədə tutmaların müxtəlif variantlarının olması mümkündür. Əksər hallarda İS-lər simmetrikdir, daha az hallarda isə asimmetrik və ya unilateral olur. Asimmetrik İS-lər VSnin simptomatik formaları üçün daha xarakterikdir. Asimmetrik spazmlar adətən təcrid olunmuş şəkildə meydana çıxır, lakin onlar fokal tutmadan sonra və ya əvvəl də inkişaf edə bilərlər, bəzi hallarda isə İS yayılmış və ya fokal tutma ilə eyni vaxtda əmələ gələ bilər.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
Vest-Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Karan-i Vəsat (Çaldıran)
Karan-i Vəsat (fars. كران وسط‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (11 ailə).
Mərgan-i Vəsat (Şot)
Mərgan-i Vəsat (fars. مرگن وسط‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.