Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Velikan burnu
Velikan burnu — Saxalin adasınin cənub-şərqində, Tonino-Aniv yarımadasının şərq sahillərində yerləşir. Saxalin vilayətinin yerli əhəmiyyətli təbiət abidəsi olaraq qorunur. Əsas təbiət cizgiləri onun əsrarəngiz dəniz terrasına sahib olmasıdır. Burada dəniz terrası üzərində olan iynəyarpaqlı ağaclar, qaya bitkiləri qorunur. Dənizə doğru çıxan qayalar üzərində suiti sürülərini və quş koloniyalarını müşahidə etmək olur.
Dilican
Dilican bu mənalarda gələ bilər: Dilican (nəqliyyat) — furqon tipli nəqliyyat vasitəsi. Dilican rayonu — Ermənistan SSR-də mövcud olmuş rayon. Dilican (Ermənistan) — Ermənistan Respublikasının Ağstafaçay dərəsində şəhər. Dilican (İran) — İranın Mərkəzi ostanında şəhər. Dilican (rəqs) — Azərbaycan milli rəqsi.
Məlikan
Məlekan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən biri və Məlekan şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin əhali siyahıyaalınması əsasən bu şəhərdə 23.989 nəfər və 6.356 ailə yaşayır.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qilican
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Vatikan
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür.
Ziliban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi əsasən avarlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Vilvan
Vilvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Vilvanın kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğunu tarixi faktlarla sübut edir. Təxminən 5–6 hektar ərzidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskənin qalıqları olduğu ehtimal edilir. Kənddə atəşpərəstlik dinin əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kənddə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tünc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağıdılmışdı. 1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin] Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər.
Vilyan
Vilyan (latış. Viļānu novads‎)-Latviyanın şərqində inzibati ərazi vahididir. 3 hissədən və 1 şəhərdən ibarətdir. Varaklyan, Rezeknens və Riebinsk əyalətləri ilə sərhədlənir. Bura 1 iyul 2009-cu ildə Latviya inzibati ərazi vahidi kimi Rezeknens rayonuna daxil edilib. 2015-ci ildə əhalinin sayı 6026 nəfər olmuşdur. 1 yanvar 2010-cu ildə isə 7168 nəfər əhali qeydə alınmışdır. Ərazisinin sahəsi- 285,1 кm²-dir.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Likan
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 267 nəfərdir. Rvarud Orand Nücü Təngəbin 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Dəmirçi (Məlikan)
Dəmirçi (fars. دميرچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.018 nəfər yaşayır (229 ailə).
Fəthullahkənd (Məlikan)
Fəthullahkənd (fars. فتح اله كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (49 ailə).
Gödəkli (Məlikan)
Gödəkli (fars. گدكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,291 nəfər yaşayır (285 ailə).
Hurilər (Məlikan)
Hurilər (fars. حوري لر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (69 ailə).
Hüseynabad (Məlikan)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.918 nəfər yaşayır (447 ailə).
Həpikbulaq (Məlikan)
Həpikbulaq (fars. هپيك بلاغي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (64 ailə).
Həsənabad (Məlikan)
Həsənabad (fars. حسن اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (239 ailə).
Kürəbulaq (Məlikan)
Kürəbulaq (fars. كوره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (59 ailə).
Leylidağı (Məlikan)
Leylidağı (fars. ليلي داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).
Lütfabad (Məlikan)
Lütfabad (fars. لطف اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (63 ailə).
Ləklər (Məlikan)
Ləklər (fars. لكلر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 543 nəfər yaşayır (136 ailə).
Meydancıq (Məlikan)
Meydancıq (fars. ميدانجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.993 nəfər yaşayır (482 ailə).
Movses Silikian
Movses Silikyan (erməni: Մովսես Սիլիկյան; rus: Мовсес Силиков/Movses Silikov; 14 sentyabr 1862, Vartaşen, Nuxa qəzası – 10 dekabr 1937, İrəvan), erməni hərbçisidir. Silikyan Moskva Hərbi Gimnaziyasında və Gümrü Hərb Məktəbində təhsil almışdır. 1884-cü ildə isə rus ordusunda rota komandiri olmuşdur. Birinci Dünya Müharibəsində Qafqaz cəbhəsində rus ordusunun cərgələrində xidmət etmişdir. Vanda və Ərzurumda böyük xidmətlər göstərmiş və general rütbəsinə yüksəldilmişdir. O, həmçinin Müqəddəs Georgi ordeninə də layiq görülmüşdür. Osmanlı ordusuna qarşı uzun müddət döyüşmüş, lakin sonunda məğlub edilmişdir. İrəvana çəkilən Silikyan Oktyabr İnqilabında bolşeviklərə qarşı müharibə aparmış, lakin yenə də məğlub edilmişdir və buna görə də Ermənistandan qaçmaq məcburiyyətində qalmasıdır. 1937-ci ildə isə Sovet qoşunları tərəfindən əsir götürülmüş və Stalinin göstərişi ilə edam edilmişdir.