Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proprioseiopsis solens
Proprioseiopsis solens (lat. Proprioseiopsis solens) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis solens Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Colenso
Vilyam Kolenso (ing. William Colenso; 17 noyabr 1811 – 10 fevral 1899) — Yeni Zelandiya botaniki, mikoloqu. == Elmi fəaliyyəti == Vilyam Kolenso toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == William Colenso. The Authentic and Genuine History of the Signing of the Treaty of Waitangi. Government Printer, 1890.
Koblens
Koblens (alm. Koblenz‎; lat. Confluentes) — Reynland-Pfalts əyalətində, Almaniyanın qərbində yerləşən alman şəhəri.
Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Lorens
Lorens — ad. Lorens Kun — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Lorens Kleyn — amerikalı iqtisadçı və ekonometrik. Lorens Cenkell — Fransız rəssamı və heykəltaraşı.
Öləng
Öləng — qədim türk su və yaşıllıq tanrıçası, Göy Tanrının zövcəsi və həkimlərin, qadınların, körpələrin himayədarı sayılırdı. Фарид Алекперли — Медицина в Азербайджане. İRS Jurnalı. No. 1 (9), 2004.
Odens
Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əhalisinin sayı 182.387 nəfər olmuşdur. Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı, bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır. Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir. O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib. Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi.
Polen
Çiçək tozu və ya polen – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair).
Lens lens
Vicia lens (lat. Vicia lens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Vicia lens subsp. lamottei (Czefr.) H.Schaef., Coulot & Rabaute Vicia lens subsp.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…], Arnem[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. == Fəaliyyəti == 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Henri Rolins
Henri Lourens Qarfild (ing. Henry Lawrence Garfield; 13 fevral 1961[…], Vaşinqton) — amerikalı rok musiqiçi, vokalist, musuqi leyblın direktoru, spoken word janrında artist, publisist, kitab müəllifi, tele- və radioaparıcı və aktyor. Ən çox Black Flag və Rollins Band qruplarının frontmeni kimi tanınır. İnsan hüquqlarının müdafiəçisi. Öz solo (spoken word) çıxışlarında ABŞ da, Cors Buş hakimiyyəti dövründə olan siyasi və sosial durumu pisləyir, prezidenti axmaq şəklində təsvir edir.
Kristian Lorens
Kristian "Fleyk" Lorenz (16 noyabr 1966, Şərqi Berlin); almaniyalı musiqiçidir. O, Rammstein qrupunda klaviş ifaçısıdır. Eyni zamanda "Feeling B" qrupundakı rolu ilə də tanınmışdır. == Bioqrafiyası == Lorenz ailəsi tərəfindən övladlığa götürülən Flake iki ögey qardaşı ilə birlikdə böyümüşdür. Erkən yaşlarında pianoya ilk uşaqlıq dostlarından biri piano ifa edə bildiyi üçün maraq göstərmşdir. Ailəsi onu musiqi məktəbinə göndərmişdir. 15 yaşında ad gününde 100 Marka aldıqları pianonu hədiyyə etmişdilər. Hal hazırda böyüdüyü Prenzlauer Berg'də yaşayır, hətta qrup məşqlərinə gedərkən hər gün köhnə məktəbinin önündən keçir. Uşaqlıqda qəzet paylayan işləmişdir. Əslində həmişə cərrah olmaq istəmişdir, ancaq hərbi xidməti rədd etdiyi üçün ali təhsilinə icazə verilməmişdir.
Lorens Cenkell
Lorens Cenkell (fr. Laurence Jenkell 31 dekabr 1965, Burj) — Fransız rəssamı və heykəltaraşı. == Sərgiləri == Lorens Cenkellin əsərləri indiyədək dünyanın 25-dən çox ölkəsində nümayiş olunmuşdur. 6 may 2014-cü ildə Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində fərdi sərgisi təşkil olunmuşdur. Həmin sərgidə müəllifin ümumilikdə 27 əsəri təqdim edilmişdir ki, bu əsərlər müxtəlif ölkələrin bayraqlarının konfet şəklində heykəllərindən ibarət idi.
Lorens Fişborn
Lorens Con Fişborn III (30 iyul 1961[…]) — ABŞ aktyoru. "Emmi" və "Toni" mükafatı laureatıdlr. Fişborn "Matris" seriyasındakı Morfeus roluna görə tanınır.
Lorens Kleyn
Lorens Robert Kleyn (ing. Lawrence Robert Klein; 14 sentyabr 1920[…], Omaha, Nebraska – 20 oktyabr 2013[…]) — amerikalı iqtisadçı və ekonometrik. 1980-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorens Kleyn əvvəlcə Los Anceles Şəhər Kollecində riyaziyyat üzrə təhsil almış, daha sonra isə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirərək 1942-ci ildə diplom almışdır. 1944-cü ildə isə Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Lorens Kleyn Çikaqo Universitetində İqtisadi Tədqiqatlar üzrə Kovles Komissiyasında işləmişdi. Burada işlədiyi müddətdə Yan Tinberqenin təkmilləşdirdiyi ilk ekonometrik modeli dəyişdirərək ABŞ iqtisadiyyatına uyğunlaşdıran Kleyn modelini yaratmışdır. Bu modelə əsaslanaraq ABŞ iqtisadiyyatında II Dünya müharibəsindən sonra iqtisadi genişlənmə olacağını doğru şəkildə təxmin etmişdir. Sonralar isə Miçiqan Universitetində Artur Qoldberqerlə birlikdə ABŞ iqtisadiyyatı üçün yeni bir ekonometrik model olan Kleyn-Qoldberqer modelini təkmilləşdirmişlər. Kleyn əvvəllər Amerika Kommunist Partiyasının üzvü və yəhudi əsilli olduğundan 1950-ci illərdə senator McKartinin diqqətini özünə cəlb eləmiş və ona Miçiqan Universitetində professorluq verilməmişdir.
Lorens Kraus
Lorens Maksvel Kraus (27 may 1970, Nyu-York) — amerikalı fizik, nəzəri və kosmoloji fizika sahəsi üzrə mütəxəssis. Arizona Ştat Universiteti, Yel Universiteti və həmçinin Keys Vestern Rezerv Universitetlərində dərs deyib. O, kainatla bağlı fundamental sualları araşdırmaq üçün indi ASU-nun Planetlərarası Təşəbbüs adlanan Origins Project layihəsini qurdu və layihənin direktoru kimi fəaliyyət göstərdi. O 300 çox nəşrlərin müəllifi və bir neçə məşhur kitabın müəllifidir. == Həyatı == Kraus 27 may 1970-ci ildə, Nyu-York şəhərində anadan olub, uşaqlığı isə Torontoda keçib. O yəhudi ailəsində böyüyüb, amma ailəsi dindar olmayıb. Lorens Kraus bakalavr dərəcəsini Ottavada, 1977-ci ildə Karlton Universitetində alıb və fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini 1982-ci ildə Massaçusets Texnologiya İnstitutunda alıb[9] == Əmək fəaliyyəti == Bir müddət Harvard Universitetində işlədikdən sonra, 1985-ci ildə Yel Universitetində dosent olaraq, daha sonra 1993-cü ildə Keys Vestern Rezerv Universitetində professor kimi çalışıb. 2008-ci ilin avqust ayında Arizona Ştat Universitetinin fakultəsində, yer kürəsinin və kosmik fəzanın araşdırmaları məktəbində azad sənət və elmlər kollecinin fizika fakultəsində professor kimi fəaliyyətə başlayır. Kraus sim nəzəriyəsinin tənqidçilərindəndir və 2005-ci ildə yazdığı "Hiding in the Mirror" kitabında bu haqda müzakirə edir . 2012-ci ildə iyulda "Newsweek" elmi jurnalında dərc olunan məqaləsində, Kraus Hiqqs bozonu bizim Böyük partlayış barəsində anlayışımızla necə bağlı olsuğunu göstərir.
Lorens Kun
Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Bekenderfun yanında sahə müdiri olaraq çalışdı. 1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayony "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi. === Repressiya === Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır.
Lorens Stern
Lourens Stern (24 noyabr 1713 Knommel, İrlandiya — 18 mart 1768 London) — irland yazıçı. == Hayatı == Lourens Stern 1713-cü ilin noyabrın 24-ündə İrlandiyada anadan oldu. Atası İspaniya ilə müharibəni bitirən Utrext müqaviləsinin imzalanmasından sonra köç etdi 1723-cü ildə təhsil almaq üçün Lourens İrlandiyadan İngiltərəyə köçüb dayısı ilə yaşamağa başladı. Atası Rocer Stern 1731-ci ildə vəfat etdi və Yamaykada dəfn olundu. Lourens Stern 1733-cü ildə Kembricdəki İsa Kollecində təhsil almağa başladı.
Lorens qüvvəsi
Lorens qüvvəsi — maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsi Lorens qüvvəsi adlanır. Bu ad Niderland fiziki Hendrik Anton Lorensin şərəfinə verilmişdir. F=qvBsin£ Burada: (q)- yük(v)- yükün sürəti. (B)- maqnit induksiya vektoru Lorens qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. Ümumiləşmiş Lorens qüvvəsinin tənliyi: F=qE+qvBsin£ Lorens qüvvəsi vektorial kəmiyyətdir. Vahidi [N]-Nyutondur. Yüklü zərrəcik maqnit sahəsində induksiya xətlərinə paralel istiqamətdə daxil olarsa, Lorens qüvvəsi sıfıra bərabər olur. 1. Yüklü zərrəcik maqnit sahəsinə qüvvə xətləri istiqamətində daxil olduqda, sahə tərəfindən zərrəciyə heç bir qüvvə təsir etmir, zərrəcik düzxətli bərabərsürətli hərəkət edir. 2.
Musculus soleus
Robin Qosens
Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu. Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır. 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı.
Te-Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Vilyam Kolenso
Vilyam Kolenso (ing. William Colenso; 17 noyabr 1811 – 10 fevral 1899) — Yeni Zelandiya botaniki, mikoloqu. Vilyam Kolenso toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. William Colenso. The Authentic and Genuine History of the Signing of the Treaty of Waitangi. Government Printer, 1890.
Lorens skalyarı
Nisbilik nəzəriyyəsində Lorentz skalyarı hər hansı Lorens çevrilməsi altında invariant qalan skalyar ifadələrdir. Məsələn, vektorların skalyar hasilindən (daxili hasil) və ya nəzəriyyədəki tenzorların qısaldılması ilə Lorens skalyarı əldə edilə bilər. Vektorların və tensorların komponentləri Lorens çevrilmələri altında dəyişsə də, Lorens skalyarları dəyişməz qalır. Lorens skalyarı həmişə riyazi mənada invariant skalyar deyil, lakin nəticədə skalyar qiymət nəzərdən keçirilən nəzəriyyənin əsaslandığı vektor fəzasına tətbiq edilən istənilən bazis çevrilməsi zamanı invariant olur. Minkovski fəzasında sadə Lorens skalyarı fəza-zamanda iki hadisənin fəza-zaman məsafəsidir (onların fərqinin "uzunluğu"). Hadisələrin dördölçülü radius vektoru müxtəlif ətalət hesablama sistemlərində dəyişdiyi halda, müvafiq Lorens çevrilməsi altında onların fəza-zaman məsafəsi invariant olaraq qalır. == Xüsusi nisbilikdə sadə skalyarlar == === Radius vektorunun modulu === Xüsusi nisbilik nəzəriyyəsində zərrəciyin dördölçülü fəza-zamanda radius vektoru bu cür verilir, x μ = ( c t , x ) {\displaystyle x^{\mu }=(ct,\mathbf {x} )} burada, x = v t {\displaystyle \mathbf {x} =\mathbf {v} t} üçölçülü fəzada mövqe vektorudur, v {\displaystyle \mathbf {v} } üçölçülü fəzada sürətdir və c {\displaystyle c} işıq sürətidir. Bu vektorun "uzunluğu" Lorens skalyarını verir. x μ x μ = η μ ν x μ x ν = ( c t ) 2 − x ⋅ x = d e f ( c τ ) 2 {\displaystyle x_{\mu }x^{\mu }=\eta _{\mu \nu }x^{\mu }x^{\nu }=(ct)^{2}-\mathbf {x} \cdot \mathbf {x} \ {\stackrel {\mathrm {def} }{=}}\ (c\tau )^{2}} burada τ {\displaystyle \tau } məxsusui zamandır. Minkoviski metrikası isə η μ ν = η μ ν = ( 1 0 0 0 0 − 1 0 0 0 0 − 1 0 0 0 0 − 1 ) .
Solent Universiteti
Solent Universiteti — Birləşmiş Krallıqda, Sauthempton şəhərində dövlət universiteti. Universitetin mənşəyi 1856-cı ildə qurulan Sauthempton İncəsənət Kollecinə gedib çıxır. Sauthempton Texnologiya Kolleci və Varşaşdakı Dəniz Araşdırmaları Kolleci birləşdikdən sonra 1984-cü ildə Sauthempton Ali Təhsil İnstitutu yaradıldı. Sauthempton İnstitutu 12 iyul 2005-ci ildə Solent Universiteti adını aldı. Solent Universitetinin 3 əsas kampusu var: Şəhər, Varşaş və Timsberi kampusları. Biznesin İdarəetməsi fakültəsi Hüquq və Rəqəmsal Texnologiyalar fakültəsi (Solent Biznes Məktəbi və Solent Hüquq Məktəbini özündə birləşdirir) Yaradıcı İncəsənət fakültəsi Memarlıq və Mühəndislik fakültəsi Tibb və Sağlamlıq elmləri Məktəbi Sosial Elmlər və Varşaş Dəniz Məktəbi Ümumilikdə universitetin nüfuzu artır və ildən-ilə yüksək liqa cədvəllərində yüksəlir. Universitet həmçinin yerli və regional biznes təşkilatlarla, peşəkar orqanlar və sənaye qrupları ilə güclü əlaqələrə malikdir. Universitetdə həmçinin tədqiqatçıların inkişafı proqramını həyata keçirən və tədqiqat, innovasiya və bilik mübadiləsi üçün mükafatlar verən xüsusi Tədqiqat, İnnovasiya və Sahibkarlıq şöbələri var. Özəl, dövlət və üçüncü sektorlarla işləyən Solent marketinq, İqtisadiyyat, Beynəlxalq iqtisadi inkişaf, Sahibkarlıq və İnnovasiyalar, həmçinin Kibercinayətkarlıq kimi tədqiqat sahələrinə diqqət yetirlir. Tarixən Solent Universitetində əsas tədqiqat sahələrindən biri dənizçilik sektoru olmuşdur.