Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konstantin Fransua Volney
Konstantin Fransua Volney (3 fevral 1757[…] – 25 aprel 1820[…], Paris) —Fransa maarifçisi və şərqşünası. == Həyatı == Volney qrafı. Fransız filosof, tarixçi, şərqşünas və siyasətçi. Atasından qalan soyadı olan Boisgrais'i sonradan Voltaire və Ferneyi birləşdirərək yaratdığı Volney olaraq dəyişdirmişdir.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Macarıstan şəhərləri VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Vilnöv
Vilnöv (kanton)
Volkov
Volkov — Ruslarda daha çox işlədilən soyad. Nikolay Volkov (böyük) — aktyor (1900–1985) Nikolay Volkov (kiçik) — aktyor (1934–2003) Vladimir Volkov — Aktyor Oleq Volkov — Rusiya publisisti.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Volvo
Volvo dünyanın qabaqcıl TİR, avtobus, avtomobil, iş maşını, dəniz mühərriki və sənaye mühərriklər istehsalı edən firmasıdır. Bunun xaricində Volvo Group olaraq təyyarə sənayesindən maliyyə sektoruna qədər geniş sahədə fəaliyyət göstərən holdinqdir. 1927-ci ildə Yaponiya Göteborgda SKF markasının istehsalçı olaraq quruldu. Volvo Groupa bağlı minik avtomobil istehsalçısı Volvo Cars şirkəti, 1999-dan bəri Ford Motor Company-yə bağlı olaraq fəaliyyət göstərir. Dəniz mühərrikləri istehsal edən hissə isə Volvo Penta olaraq adlandırılmaqdadır. Bunun xaricində Mack tırları da Volvo Groupa bağlıdır. Volvo bir isveç markasıdır. Almanların Audisi, Mercedesi, BMWsi qədər güclü bir markadır. Dünyada təhlükəsizlik baxımından ən qiymətli avtomobillərin arasındadır.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827, Nijeqorod quberniyası[d] – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Alisa Volton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.
Bolşoy Baran
Bolşoy Baran — Kolıma çayının mənsəbi yaxınlığında qayalıq burundur. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Bilibinski rayonu ərazisində yerləşir. İlk dəfə F. Х. Plenisner tərəfindən 1763-cü ildə xəritəyə salınmışdır. Ferdinand Vrangelin fikrinə görə burun öz adını çoxlu sayda vəhşi qoyunun görünməsi ilə əlaqədar adlandırılmışdır. Çukot dilində işlənən "Ralyaven" sözü "yol üzərində yaşayış yeri" mənasını verir. == Həmçinin bax == Baranix burnu == İstinadlar == == Mənbə == Баранов камень // Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
Frensis Volley
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.
Nuryo-Volonya
Nuryo-Volonya (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Oleq Volkov
Oleq Vasilyeviç Volkov (8 (20) yanvar 1900, Sankt-Peterburq – 10 fevral 1996[…], Moskva) — Rusiya publisisti. Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir. Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib. O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Vilnöv-Lube
Vilnöv-Lube (fr. Villeneuve-Loubet) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Vilnöv (Averon)
Vilnöv (fr. Villeneuve, oks. Vilanòva) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnöv kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12301. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1952 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1446 nəfərdən (15-64 yaş) 829 nəfər iqtisadi fəal, 317 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 67.4%).
Vilnöv (En)
Vilnöv (fr. Villeneuve) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01446. 2010-ci ildə əhalinin sayı 1383 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 891 nəfərdən (15-64 yaş) 729 nəfəri İqtisadi aktiv, 162 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 81.8%, 1999-cu ildə 75.6%). Aktiv 729 sakindən 695 nəfər (385 kişi və 310 qadın), 34 nəfəri işsizdir (7 kişi və 27 qadın). 162 hərəkətsiz 65 nəfər arasında şagird və ya tələbə, 54 nəfər təqaüdçü, 43 digər səbəblərə görə hərəkətsizdir.
Vilnöv (kanton)
Vilnöv (fr. Villeneuve) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1243. Vilnöv kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Vilnöv kommunasıdır. 2006-cı ildə əhalinin sayı 4 555 nəfər təşkil edirdi.
Vilyoy ulusu
Vilyoy ulusu (saxa Бүлүү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Vilyoy kəndidir. Rayon 9 yanvar 1930-cu ildə qurulmuşdur. Vilyoy ulusu uzun müddət davam edən mədəni ənənələrlə zəngindir. Burada Saxada açılan ilk kitabxana, diyarşünaslıq muzeyi, xalq evi, uşaq musiqi məktəbi, xomus evi, hərbi şöhrət muzeyi açılmışdır. Vilyoy ulusu M.N.Jirkov, E.P.Stepanov, I.L. Kondakov, P.X. Starovatov, üç Sovet İttifaqı Qəhrəmanı: N.S.Stepanov, N.A. Kondakov, A. A. Mironov; altı Sosialist Əməyi Qəhrəmanı və Saxa Respublikasının (Yakutiya) Xalq Rəssamları: Q.S. Vasiliev, A.P. Pavlov, A.V. Yeqorov; xalq şairləri: İ.M. Qoqolev (Kindıl), M.E. Timofeev kimi şəxsiyyətlərin vətənidir. İlk peşəkar teatr rəssamı Q.M. Turalısov karyerasına Vilyoyskda başlamışdır. Vilyoy rayonunun tarixi 9 yanvar 1930-cu ildə, Vilyoysk inzibati mərkəzi yarandığı zaman başlayır. 2014-cü ildə onun 380 illik yubileyi qeyd olunur. "Vilyoy ulusu" bələdiyyə birliyi 29 sentyabr 2000-ci ildə keçirilən yerli referendum nəticəsində qurulur.
Vilyoy çayı
Vilyoy çayı (saxa Бүлүү) — çay Saxa və Krasnoyarsk diyarı ərarazilərindən axır və Lena çayının ən uzun qolunu təşkil edir. Çayın başlanğıc qolları Orta Sibir öndağılığı, Vilyoy plasonundan götürür. Aşağı Tunqus çayının gözəsi ilə sərhəd təşkil edir. Şimal axarda çay şimandan cənuba, Çoka çayı toküldüyü yerdən isə birfən istiqaməti şərqə yönəlir. Mənsəbdə isə cənuba istiqamətlənir. Yuxarı axarlarda çay bataqlıqlaşmış gölməçələrin axır. Aşağı istiqaməkləndikdən sonra dərinli müəyyən yerlərdə artır və kanyonlar əmələ gətirir. Hətta bəzi ərazilərdə kanyonların hündürlüyü 150 m təşkil edir. Enişıəri sıldırımlıdır. Çernışevski yaşayış məntəqəsindən Çirkuo çayının məndəbinə qədər Vilyoy SES sahəsinə daxildir (1967 il).
Volkov (Avurğazı)
Volkov (başq. Волков, rus. Волково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tukay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 50 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (88%) üstünlük təşkil edir.
Volley Berqamo
Volley Berqamo — İtaliyanın Berqamo şəhərini təmsil edən qadın voleybol komandasıdır. Komanda İtaliyada Seria A1-də mübarizə aparır. Komanda XXI əsrin ən nəhəng voleybol klubları arasında göstərilir. Volley Berqamo 1991-ci ildə yaradılmışdır. Komanda 1993-cü ildən etibarən Seriya A1də mübarizə aparır. Komandanın ilk böyük uğurları 1996-97 sezonuna təsadüf edir. Belə ki, həmin il klub ölkə çempionatı, kuboku və superkuboku ilə yanaşı CEV Qadınlar Çempionlar Liqasını da qazanmışdır. Son illərdə bir qədər sakitləşən komandanın İtaliya çempionatlarında səkkiz çempionluğu vardır. Bununla yanaşı yeddi qat Avropa çempionlarıdır. Avropada Çempionlar Liqasında son dəfə 2010-cu ildə titula sahib çıxa bilmişdir komanda.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Gölköy (Qaraqoyunlu)
Gölköy — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Tarixi == Əvvəllər Mürşişəli kəndinə bağlı olan Göl kəndi 2021-ci ildə "Gölköy" adlı kəndə çevrilmişdir.
Volxov (şəhər)
Volxov (rus. Волхов) — Rusiyada şəhər. Leninqrad vilayətinin Volxov rayonun inzibati mərkəzi.
Deni Vilnöv
Denis Vilnoev (3 oktyabr 1967) — Kanadalı rejissor və prodüser. O, beynəlxalq səviyyədə bir çox bəyənilən filmlərin, o cümlədən "Prisoners" (2013), "Düşmən" (2013) və "Sicario" (2015) kimi trillerlərin, həmçinin "Arrival" (2016) və "Ülgüc üzərində qaçan 2049" (2017) elmi fantastika filmlərin rejissorudur. Vilnoevin filmləri dünya üzrə 1,7 milyard dollardan çox gəlir əldə etmişdir.