Vilyoy ulusu (saxa Бүлүү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Vilyoy kəndidir.
Vilyoy ulusu | |
---|---|
63°59′ şm. e. 121°52′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon 9 yanvar 1930-cu ildə qurulmuşdur. Vilyoy ulusu uzun müddət davam edən mədəni ənənələrlə zəngindir. Burada Saxada açılan ilk kitabxana, diyarşünaslıq muzeyi, xalq evi, uşaq musiqi məktəbi, xomus evi, hərbi şöhrət muzeyi açılmışdır. Vilyoy ulusu M.N.Jirkov, E.P.Stepanov, I.L. Kondakov, P.X. Starovatov, üç Sovet İttifaqı Qəhrəmanı: N.S.Stepanov, N.A. Kondakov, A. A. Mironov; altı Sosialist Əməyi Qəhrəmanı və Saxa Respublikasının (Yakutiya) Xalq Rəssamları: Q.S. Vasiliev, A.P. Pavlov, A.V. Yeqorov; xalq şairləri: İ.M. Qoqolev (Kindıl), M.E. Timofeev kimi şəxsiyyətlərin vətənidir. İlk peşəkar teatr rəssamı Q.M. Turalısov karyerasına Vilyoyskda başlamışdır.
Vilyoy rayonunun tarixi 9 yanvar 1930-cu ildə, Vilyoysk inzibati mərkəzi yarandığı zaman başlayır. 2014-cü ildə onun 380 illik yubileyi qeyd olunur. "Vilyoy ulusu" bələdiyyə birliyi 29 sentyabr 2000-ci ildə keçirilən yerli referendum nəticəsində qurulur.
Respublikanın qərbində, Mərkəzi Yakut düzənliyində yerləşir. Rayonun sahəsi 55.2 min km²-dir.
Böyük çayI - Vilyoydur. Çoxlu göllərə sahibdir. Onlardan ən böyüyü Mastaxdır.
2002-ci il siyahıyaalınmasına görə: saxalar- 21 341 nəfər (83,05%), ruslar - 3216 nəfər (12,52%), ukraynalılar - 428 nəfər (1,67%), tatarlar - 149 nəfər (0,58%), evenklər - 127 nəfər ( 0.49%), evenlər - 70 nəfər (0.27%) və digər millətlər - 365 nəfər (1.42%).
Şəhər şəraitində (Vilyoysk və Kısıl– Sır) rayon əhalisinin 55,09%-i yaşayır.
Vilyoy ulusu ərazisinə 2 şəhər və 19 kənd inzibati[2][3] vahidliyinə ümumilikdə 23 yaşayış məntəqəsi daxildir.
Sənaye - inkişaf edən qaz istehsalı kompleksi, ət və süd kompleksi, tikinti materialları istehsalı.
Ulus iqtisadiyyatında aparıcı yerı kənd təsərrüfatına aiddir. Onun əsas sahəsi heyvandarlıqdır (ətlik və südlük maldarlıq, at yetişdirilməsi), Kənd təsərrüfatı torpaqları 46,7 min ha təşkil edir. Əsasən kartof və tərəvəz yetişdirilir.
Nəqliyyat əlaqələri çay, avtomobilyolu və hava nəqliyyatı vastəsi ilə təmin edilir. Çayın kənarında Vilyoysk, Kısıl-Sırda priçallar vardır.
Vilyoy ulusunun sahəsi demək olar ki, Xorvatiya ərazisinə bərabərdir və Bosniya və Herseqovinanın ərazisindən çoxdur. Vilyoy ulusun sahəsi 55193 km², Xorvatiyanın sahəsi 56542 km², Bosniya və Herseqovinanın sahəsi isə 51129 km²-dir.