Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadao Araki
Sadao Araki (荒木 貞夫, Araki Sadao, 26 may 1877 – 2 noyabr 1966, Tokio[d]) – Yaponiya İmperator ordusunun generalı. Ultramilliyyətçi olmuş, Mancuriyanın işğalını və Yaponiyada imperator ənənələrinin möhkəmləndirilməsini dəstəkləmişdir. == Həyatı == 1897-ci ildə Hərbi Akademiyadan məzun olmuş, 1904–1905-ci illərdə Rus-yapon müharibəsində kiçik zabit kimi döyüşmüşdür. 1908-ci ildə Ordu Heyəti Kollecini bitirdikdən sonra Rusiyada dil zabiti (1909) və hərbi ateşe (1912) kimi fəaliyyət göstərmişdir. 1918-ci ildə Yaponiyanın Sibir müdaxiləsində iştirak etmişdir. Araki general-mayor kimi 1923-cü ildə 23-cü piyada briqadasına komandanlıq etmişdir. 1927-ci ildə general-leytenant rütbəsinə yüksəlmiş və 1928-ci ildə Ordu Heyəti Kollecinin nəzarətçisi olmuşdur. 1929-cu ildə 6-cı piyada diviziyasına komandanlıq etmişdir. 1931-ci ildə Təhsil Nazirliyinin bir bölməsinin direktoru olmuşdur. Sağçı fikirləri ilə tanınan "Kokuhonşa" təşkilatının vitse-prezidenti seçilmişdir.
Araks
Araks Avetisyan Muradovna və ya sadəcə olaraq Araks (erm: Արաքս Մուրադի Ավետիսյան; 25 dekabr 1903, Böyük Qarakilsə, Aleksandropol qəzası – 15 iyun 1978, İrəvan) — erməni sovet yazıçısı, jurnalist. Araks Avetisiyan Muradovna 25 dekabr 1903-cü ildə Qarakiləsədə (indiki Vanadzor) kənd müəllimi ailəsində doğulmuşdur. Tiflisdəki Meriamian-Hovhanian qızlar məktəbində oxumuş və 1923-cü ildə orta təhsilini başa vurmuşdur. 1930-cu ildə isə İrəvan Dövlət Universitetini bitirmişdir. 1933-cü ildə Moskvada jurnalistika kurslarına qatılmışdır. Araks əsasən jurnalist kimi fəaliyyət göstərsə də, uşaq ədəbiyyatına da öz töhfəsini vermiş və - Erməni Uşaq Ədəbiyyatı sahəsinin öncül simalarından birinə çevrilmişdir. 1926-cı ildən etibarən ermənicə yazdığı uşaq ədəbiyyatına “Uşaqlar üçün nağıllar”, “Sehrli təyyarə”, “Narlı qız”, “Şən səslər” kimi nağılları aid etmək olar. Onun yazdığı "Dərəçiçəkli Nənə" (ԾաղկաձորցիՏատիկը) və "Zimmi" nağılları o dövrdə erməni uşaqlarının sevimli nağıllarına çevrilmişdir. Araksın toplu uşaq nağılları ilk dəfə 1926-cı ildə eyni anda İrəvan və Tiflisdə dərs edilmişdir. 1933-cü ildə Moskvadakı təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Araks, “Oktemberik” uşaq jurnalında redaktor kimi fəaliyyətə başlayır.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Arşaki
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Bravi
Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür. Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi. == "Nişanlılar" əsərindəki bravilər == Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi. Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi. l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Krako
Krako(az:Krako), İtalyanın cənubundakı Basilikata bölgəsinə bağlı Matera vilayətindən olan bir qarabasma şəhərdir.Təbii fəlakətlərlə bağlı olaraq tərk edilən köhnə qəsəbə indiki vaxtda məşhur bir turist hədəfi və film çəkmək üçün bir sahədir. Qəsəbə 2010-ci ildə Dünya Abidələr Fondunun izləmə siyahısına alınmışdır. == Mədəniyyət == === Kino === Craco tərkedilmişliyi və tarixi şəxsiyyəti belə bir çox filmin çəkilişi üçün set olmuşdur. Məsələn Mel Qibsonun 2004 çəkilişi Ehtiras - İsa Məsihin Çilesi filmində Yəhuda'nın asıldığı yer bu qəsəbədə çəkilmişdir. Qəsəbədə çəkilən digər layihələr: La lupa (1953), Alberto Lattuada Christ Stopped at Eboli (1979), Francesco Rosi Three Brothers (1981), Francesco Rosi King David (1985), Bruce Beresford Saving Grace (1986), Robert M. Young The Sun Also Shines at Night (1990), Paolo and Vittorio Taviani The Nymph (1996), Lina Wertmüller The Big Question (2004), Francesco Cabras ve Alberto Molinari The Nativity Story (2006), Catherine Hardwicke Quantum of Solace (2008), Marc Forster Basilicata coast to coast (2010), Rocco Papaleo Murder in the Dark (2013), Dagen Merrill == Televiziya == Antik sit Bruno Corbucci'nin yönettiği İtalyan TV dizisi Classe di ferronun (1989-1991) çekildiği yerdir. Luiz Fernando Carvalho'nun yönettiği Brezilya dizisi O Rei do Gadonun (1996-1997) geçtiği yerdir. == Musiqi == Fransız grup Ödland Sankta Lucia (2011) albümlerinden çıkan "Santa Lucia" şarkılarının video klibini burada çekmiştir. Alman piyanist Hauschka Abandoned City (2014) albümündeki "Craco" şarkısını burası için yazmıştır.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Çiaki
Çiaki — Yapon adı. Çiaki Yamada — keçmiş Yaponiya qadın futbolçusu. Çiaki Minamiyama — Yaponiya qadın futbolçusu.
İrakli
İrakli — ad. I İrakli İrakli Metaksa — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. İrakli Morkov — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796).
Dəniz kralı
Dəniz kralı (Qədim skan. Sækonung) - Qədim Skandinaviyada güclü dəniz qulduru vikinqlərə verilən ad. Dəniz kralları əsasən ya hökmdarların övladları ya da "torpaqsız hökmdarlar" olurdu. Torpaqsız hökmdarlar bəzən o qədər güclənirdi ki, dənizdən başqa ölkələri işğal edib özlərini kral elan edə bilirdilər. İsveç kralı Östeni yandıraraq hökmdar olan dəniz kralı Sölve yaxud «Danların əməlləri» əsərində adı keçən İsveç kralı Huqleiki öldürən dəniz kralı Haki buna nümunə göstərilə bilər. Snorri Sturlusonun Nəzm Eddasında bəzi dəniz krallarının adları keçir.
Ermənistan dramı
Ermənistan dramı (erm. Հայկական դրամ) — Ermənistanın milli pul vahididir. 1 dram lumaya (erm. լումա) bərabərdir. Ancaq luma pul mübadiləsində faktiki olaraq istifadə olunmur. "Dram" sözü yunanca "draxma" (yun. δραχμή) sözündən götürülüb mənası pul deməkdir. Dramın simvolu — Aşağısından iki üfüqi xətt çəkilmiş və erməni əlifbasının dördüncü hərfi olan Դ ("da") hərfidir. Ermənicə olan "Դրամ" sözü də da hərfi ilə başlayır. Valyutanın buraxılışının müstəsna hüququ Ermənistan Respublikasının Mərkəzi bankına məxsusdur.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.
Futbol kralı
Futbol kralı (türk. Gol kralı) — Türk yazıçı Əziz Nesinin satirik romanıdır. Əsərdə sadəlövh, utancaq bir gəncin — Səidin həyatından, məhəbbətindən bəhs edilir. O, öz məhəbbətinə qovuşmaq naminə futbol ulduzu olmağa çalışır və məqsədinə çatır. Romanda idman dünyasındakı çirkli işlər, "futbol xəstəliyi" satirik qələmlə təsvir olunmuşdur. == Qısa məzmunu == == Personajlar == Səid Kürənoğlu (orijinalda Səid Sarıoğlu) Sevim Atəşfəşan Divar Əhməd Doktor Rəfiq Bərrin xanım Madmuazel Anjel Hasib Atəşfəşan Məchurə Atəşfəşan Çərənçi Dündar Kəmənd Erol Tompson İspan Aysel == Maraqlı məlumatlar == Əsərin türk dilindəki orijinal adı "Qol kralı"dır (Bəzi nəşrlərdə "Qol kralı Səid Hopsəid" də qeyd olunur). Əsər Azərbaycan dilinə İsmayıl Şıxlı və Elçin Şıxlı tərəfindən tərcümə olunmuş, 1988-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Roman əsasında 1980-ci ildə "Qol kralı" komediya filmi çəkilmiş, baş rolu Kamal Sunal ifa etmişdir.
II İrakli
II İrakli (gürc. ერეკლე II; 7 (18) noyabr 1720, Telavi – 11 yanvar 1798, Telavi) — Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı. 11 yanvar 1798-ci ildə vəfat etmişdir. == İlkin həyatı == 7 noyabr, 1720-ci ildə Telavidə çar II Teymuraz və Kartli çarı VI Vaxtanqın qızı Tamarın böyük oğlu olaraq dünyaya gəldi. Gəncliyi müharibələrə şahidliklə keçən şahzadə 1737-1739-cu illərdə Hindistanda Nadir şahla birgə döyüşmüşdü. 1747-ci ildə Kartli şahzadəsi Arçilin üsyanını yatırdı. Nadir onun şücaətindən təsirlənərək İraklini Kaxetiya çarı, Teymurazı isə Kartli çarı kimi tanıdı, bacısı Kotevanı isə Adil şahla evləndirdi. Nadir şahın öldürülməsindən sonra ata-oğul müstəqilliklərini elan etdilər. == Hakimiyyəti == 1752-ci ildə II Teymuraz və İrakli Rusiyaya səfirlər göndərdilər ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya hökuməti isə bu təklifə məhəl qoymadı.
I İrakli
I İrakli (lat. Flavius Heraclius Augustus; təq. 575[…], Kappadokiya, Mərkəzi Anadolu regionu – 11 fevral 641, Konstantinopol) — 5 oktyabr 610 – 11 fevral 641 illərdə hökmranlıq etmiş, 100 illik İraklilər sülaləsinin əsasını qoymuş Bizans imperatoru. Onun hökmranlığı ilə Bizans imperiyasının tarixində yeni dövrü başlanmış olur. I İrakli V əsrdə Suriyada məşhur olan ailədən çıxmışdır. Onun eyni ada malik atası Sananid imperiyasına qarşı müharibədə sərkərdə və Karfaqo eksarxı olmuşdur. I İrakli atasının dəstəsilə Konstantinopola daxil olaraq imperator Fokanı devirərək 5 oktyabr 610 ildə imperator taxtına oturmuş olur.
Kanko erası
Kanko (寛弘) – Yaponiyada era. Çoho erasından sonra, Çova erasından isə əvvəl gəlir. Era 1004-cü ilin iyulundan 1012-ci ilin dekabrına kimi davam etmişdir. Bu erada hökmdarlıq etmiş imperatorlar İçico-tenno və Sanco-tenno idi. Murasaki Şikibu öz gündəliyini bu erada yazmışdır. == Era dəyişikliyi == 1004-cü ildə eranın adı bir sıra hadisələri vurğulamaq üçün dəyişdirilmişdir. Əvvəlki eranın başa çatmasından sonra 1004-cü ilin 7-ci ayının 20-ci günündə Kanko erası başlamışdır. == Hadisələr == 17 mart 1008 - Keçmiş imperator Kazan 41 yaşında vəfat etdi. 16 iyul 1011 - İmperator İçico hökmdarlığının 5-ci ilində səltənətdən imtina etdi. Qısa müddət sonra İmperator Sanco taxta çıxdı.
Kaynozoy erası
Kaynazoy və ya kaynozoy erası (rus. Кайнозойская эра, ing. Cainozoic; yun. kainos-yeni və zoe-həyat) — yer qabığı laylarının ümumi stratiqrafik cədvəlində ən yuxarıda yerləşib, Yerin geoloji tarixinin ən yeni erasına müvafiq gəlir. 67 milyon il əvvəl başlayıb, hazırda da davam edir. paleogen, neogen və dördüncü dövr (antropogen) sistemlərinə ayrılır. Kaynozoy erası alp qırışıqlığı ilə əlaqədar olan və Sakit okeanın sahil boyu, Cənubi Avropada və Asiyada ən yüksək dağ sistemlərini əmələ gətirən, intensiv dağ əmələgətirmə hərəkətləri ilə səciyyələnir. Neogenin axırı dördüncü dövrün əvvəlində Avropa, Asiya və Şimali Amerikada qalın materik buzlaşması ilə müşayiət olunan kəskin soyuqlaşma baş vermişdir. Canlı aləmdə məməlilər hakim mövqe tutur. Heyvanlar və bitkilər müasir vəziyyətinə yaxın olmuşdur.
Kokona Hiraki
Kokona Hiraki (yap. 開 心那; 26 avqust 2008) — Yaponiya skeytbordinqçisi, 2019-cu ildə Boysedə keçirilən X Oyunlarının gümüş medalçısıdır. 2020 Yay Olimpiya Oyunlarında Yaponiyanı təmsil edərək 12 yaşında gümüş medal qazanmışdır. == Həyatı == Kokona Hiraki 26 avqust 2008-ci ildə Yaponiyanın Hokkaydo şəhərində anadan olmuşdur. Tomakomayda yaşamışdır. 5 yaşında skeytbordinqçiliyə başladı və Sapporoya köçərək burada məşqlərə davam etdi. 2018-ci ildə qatıldığı Yapon Skeytbordinq Çempionatında 4-cü yeri tutdu. İlk qələbəsini 10 yanvar 2019-cu ildə eyni turnirdə əldə etdi. 2019-cu ildə Aydahonun Boyse şəhərində keçirilən X Oyunlarında iştirak etmişdir. Bu oyunlarda ilk dəfə ölkə hüdudlarından kənara çıxan Kokona gümüş medal almışdır.
Komor frankı
Komor frankı — Komor adaları dövlətinin pul vahididir. Bir Komor frankı 100 santimə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KMF-dir. 1 yanvar 2003-cü ilə qədər valyutaların Ümumrusiya təyinedicisində Komor adaları frankı adlanırdı. Pul dövriyyəsində 10000, 5000, 2500, 2000, 1000 və 500 nominallı frank əsginaslarından və 250, 100, 50, 25, 10 və 5 nominallı frank sikkələrdən istifadə edilir. 2003-cü ilin başlanğıcında 1 ABŞ dolları 522,7 Komor frankına bərabər idi. == Əsginaslar == Dövriyyədə 2005-2006-cı il buraxılışlı 500, 1000, 2000, 5000 və 10000 frank nominallı əsginasları görmək olar. Köhnə — 1976 və 1986-cı il buraxılışlı əsginaslar ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == Frankın məzənnəsi 491,96775:1 nisbətində avro (ISO 4217 kodu — EUR) ilə əlaqəlidir..
Lupinus grayi
Lupinus grayi (lat. Lupinus grayi) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.