Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Şunt
Şunt — elektrik cərəyanının (və ya maqnit axınının) dövrənin hər hansı bir hissəsindən keçməsinə imkan verən cihazdır. Adətən aşağı müqavimətli rezistor, induktivlik çarxı və ya keçiricidən ibarətdir.
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hünüt (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin] Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.
Riyazi sübut
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Subut Mehdiyev
Mehdiyev Subut Əyyub oğlu — yazıçı, "Qızıl qələm" mükafatı laureatı, "Aydın Fikir" ictimai-siyasi qəzetinin və "Qlobxeber.az" saytının təsisçisi və baş redaktoru. Mehdiyev Subut Əyyub oğlu 21 aprel 1971-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1978-ci ildə Minkənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin məktəbin 8-ci sinfini fərqlənmə ilə bitirmişdir. 1986-cı ildə Bakı şəhərində yerləşən 1 saylı Respublika Fizika-Riyaziyyat Təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuş və 1988-ci ildə bitirmişdir. 1988-ci ilin payızında Leninqrad Hərbi Akademiyasına daxil olmuş, lakin ailə vəziyyətinə görə təhsilimi davam etdirməmişdir. 1989-1991-ci illərdə həqiqi-hərbi xidmətə çağırılmış və vətənin müdafiəsində iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Universitetə daxil olmuş, ali təhsil almışdır. Ali məktəbdə təhsil aldığı müddət ərzində respublikada nəşr olunan “Ekspress” , “Ekspert” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışmış və bir neçə dövlət və müstəqil qəzetlərdə isə ölkə üçün mühüm əhəmiyyət daşıyan müxtəlif məqalələrlə çıxış etmişdir. 2003-cü ildə nəşr olunmuş “Diplomatiya və İqtisadiyyat” kitabının həmmüəllifidir. 7 noyabr 2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə "İnsan naminə" siyasi partiyalar blokunun 121 saylı Laçın seçki dairəsindən vahid namizədi kimi namizədliyi irəli sürülmüş və namizədliyi seçki komissiyası tərəfindən qeydə alınmışdır.
Sulut bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).
Süzüt kanalı
Süzüt kanalı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal kəndi yaxınlığında tarixi abidə. Süzüt çayından Süzüt bağlarına çəkilmişdir. Kəndin aşağısında çayın qarşısı bəndlə kəsilərək su təqribən 3,5 metr yüksəkliyə qaldırılmış və torpaqda qazılmış kanalla bağlara aparılmışdır. Hazırda kanalın qalıqlarının eni 2 metr, dərinliyi isə 1,5 metrdir. Su kanalının çayın üzə rindən keçirilərək aparılması onun tikinti sində mühəndis məharətinin mühüm rol oynadığını göstərir. Kanal çayın üzərindən onun sağ kənarındakı qayalığa söykənən xüsusi bəndin köməkliyi ilə keçirilmişdir. Bəndin tikintisində yonulmuş daşlardan və əhəng məhlulundan istifadə olunmuşdur. Bəndin qalıqları hazırda qalmaqdadır. Kanalın ətrafından aşkar olunan keramika məmulatı onun I əsrdən başlayaraq fəaliyyət göstərdiyini təsdiq edir. Su kanalı XIX əsrədək bərpa olunmaqla istifadə olunmuş, lakin XX əsrdə onun bərpası üçün göstərilən cəhd uğursuz olmuşdur.
Süzüt qalası
Süzüt qalası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal kəndində Süzüt çayı ilə Qaranlıq dərənin qovşağında qala tipli arxeoloji abidə. Qala sıldırım qayalarla əhatə olunmuş dağın zirvəsində yerləşir. Ehtimal ki, qaladan gözətçi məntəqəsi kimi istifadə olunmuşdur. Süzüt bağlarını qaladan nəzarət altında saxlamaq mümkündür. Qalanın mərkəzi hissəsində dördkünc formalı binaların qalıqları vardır. Binaların tikintisində daşdan və bişmiş kərpicdən istifadə olunmuşdur. Əhali nin verdiyi məlumata görə qalanın yarım dairəvi formada tamamlanan mağzalları olmuşdur. Hazırda yaşayış yerinə səpələnən, bir tərəfi qövsşəkilli olan bişmiş kərpiclər də bunu təsdiq edir. Yaşayış yerinin yaxınlığın da, dərənin içərisində su dəyirmanı olmuşdur. Onun qalıqları indi də qalmaqdadır.
Sənədləşdirilmiş sübut
Sənədləşdirilmiş sübut, Yazılı sübut və ya Sənədli sübut — məhkəmə işi üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlərdən ibarət sübut. Bu mənada o, şifahi şahid ifadələrindən fərqlənir. Sənədləşdirilmiş sübut çox zaman yazılı sübutlarla (qəbz, müqavilə və ya vəsiyyətnamə kimi) əlaqədar istifadə edilir, lakin informasiyanı özündə əks etdirən digər vasitələr də, məsələn, fotoşəkillər; lent yazısı və film kimi nümayiş etdirilməsi üçün xüsusi mexaniki cihaza ehtiyacı olan vasitələr; həmçinin elektron poçt kimi rəqəmsal sübutların çap edilmiş forması da sənədləşdirilmiş sübut hesab olunur. Bir qayda olaraq, sənədləşdirilmiş sübutlar sübut kimi qəbul edilməzdən əvvəl, onların orijinallığı digər sübutlarla təsdiqlənməlidir. Əgər sənəd onun məzmununun müəyyənləşdirilməsi deyil, başqa məqsədlə təqdim edilmişdirsə, o, sənədli sübut hesab olunmayacaq. Məsələn, əgər üzərində qan ləkəsi olan məktub sadəcə cavabdehin məktubun müəllifini məktubu yazarkən arxadan bıçaqladığını göstərmək üçün təqdim olunubsa, o halda həmin məktub sənədli deyil, maddi sübut hesab olunacaq. Əəgr daha sonra eyni məktubun məzmunu qəsdən adamöldürmənin motivini sübut etmək üçün təqdim edilərsə, o halda həm maddi, həm də sənədli sübut hesab olunacaq. Sənədləşdirilmiş sübutların təsdiq edilməsi üçün müxtəlif autentikasiya üsulları tətbiq olunur: şahid ifadələri, sənədlərin həqiqiliyinin müəyyən edilməsi, ekspertiza, güman edilən müəllifin əlyazmasını müəyyən edə biləcək şahidin ifadəsi və s.
Vilhelm Vundt
Vilhelm Maksimilian Vundt (alm. Wilhelm Maximilian Wundt‎; 16 avqust 1832[…], Nekarau[d], Baden knyazlığı[d] – 31 avqust 1920[…], Leypsiq, Prussiya[d]) — alman psixoloq, filosof və fizioloqu. Dünyada ilk eksperimental psixologiya laboratoriyasının yaradıcısı (Leypsiq universitetində 1879-cı il), psixologiya elmi ilə bağlı bir sıra qiymətli əsərlərin müəllifidir. Özünün "Xalqların psixologiyası" əsərində mədəni-tarixi hadisələrin (əsatir, din, incəsənət və s.) psixoloji şərhini verməyə çalışmışdır. 1879-cu ildə Leypsiq şəhərində Vilhelm Vundt məşhur eksperimental psixologiya laboratoriyasını yaratdı. Əslində Vundtun laboratoriyası psixologiya tarixində üçüncü laboratoriya idi. Lakin birinci iki laboratoriya diqqəti cəlb etməmiş və psixologiya elminin inkişafında əsaslı rol oynamışdır. Vundtun laboratoriyası isə qısa müddət ərzində nəinki Almaniyada, həm də bütün dünyada psixologiya elminin inkişafına böyük təsir göstərdi. О bir növ dünya psixologiyasının Məkkəsinə çevrildi: psixoloqlar müxtəlif ölkələrdən Leypsiq şəhərinə axışıb gəlir, Vundtun laboratoriyası ilə tanış olur və öz ölkələrində onun timsalında eksperimental laboratoriyalar yaradırdılar. Bir qədər sonra Vundtun laboratoriyası əsasında dünyada ilk Eksperimental Psixologiya İnstitutu təşkil olundu.
Xunut dağı
Kömürlüdağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcında, Bağırsaqdərəsi çayının mənbə hissəsində, Günnüt kəndindən 2,5 km şimal-şərqdə dağ (hünd. 2065,8 m). Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn kəsik konusa bənzər yüksəklikdir. Yamacları eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə örtülmüş və uzununa və eninə istiqamətlənmiş qırılmalarla mürəkkəbləşmişdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahının şimal-qərb hissəsində məskunlaşan Günnüt əyilməsinin mərkəzində yerləşir. Yerli əhali dağı Xunut da adlandırır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Çimino şuntu
Çimino şuntu, Çimino-Bresçia fistulu (ing. Cimino-Shunt, Cimino-Brescia-Fistel) , arterial-venoz şunt — cərrahi müdaxilə olub, mil arteriyası ilə yanaşı yerləşən lat. V. cephalica və yaxud lat. V. mediana cubiti arasında anastomozun (körpü, şunt, pəncərə) qoyulmasıdır. Məqsəd dializ müalicəsinə möhtac xroniki böyrək xəstələrini hemofiltirasiya yaxud dializ aparatına qoşmaq üçün qapı, giriş əldə etməkdir. Bu zaman arterial qanın şunt vasitəsilə venaya vurulması onun qanla doldurur ki, nəticədə həmin venaya sancılmış iynə yaxud venadaxili kateter vasitəsilə dializ aparatına qanın ötürülməsi asanlaşmış olur.
Şuhut (Afyonkarahisar)
Şuhut — Afyonkarahisar ilinə bağlı, Daxili Ege bölgəsinin ən şərqində iştirak edən bir mahalda. Il mərkəzinə uzaqlığı 29 km-dir. 1946-ci ildə ilçe olmuşdur. Şuhut, "keşkek" yeməyiylə məşhurdur. Əhəmiyyətli bir et və kartof istehsal mərkəzidir.
Şurut körpüsü
Şurut körpüsü — Culfa rayonunun Şurud kəndində orta əsrlərə aid memarlıq abidəsi. Körpünün qalıqları kəndin cənubunda yerləşir. Körpünün yalnız bir dayaq sütununun qalıqları indiyədək salamat qalmışdır. Onun salamat qalan hissəsinin hündürlüyü 8 m, ön tərəfdən eni 1,5 m, yandan 2 m-dir. Körpü çay daşlarından və qaya parçalarından tikilərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün tikinti texnikası Azərbaycanın orta əsr memarlığı üçün xarakterikdir. Körpü XVII əsrə aid edilir.
Suntu (Mahnişan)
Suntu (fars. سونتو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (98 ailə).
Biyektiv sübut
Biyektiv sübut — iki sonlu A və B çoxluğu arasında f : A → B bijektiv funksiyasının və ya iki kombinator sinfi arasında ölçüsü qoruyan bijective funksiyasının tapıldığı sübut üsuludur və bununla da eyni sayda elementi sübut edir, |A| = |B|. Texnikanın faydalı olduğu yer A-nın ölçüsünü bilmək istədiyimiz, lakin çoxluğun elementlərini saymaq üçün birbaşa yol tapa bilmədiyimiz zamandır. Bu halda, B çoxluğunun elementlərinin sayını hesablamaq daha asan olarsa, A və bəzi B çoxluğu arasında bijection qurmaq problemi həll edir. Bu texnikanın digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, bijeksiyanın təbiəti çox vaxt iki dəstdən hər biri haqqında güclü məlumat verir. == Əsas nümunələr == === Binom əmsallarının simmetriyasının sübutu === Binom əmsallarının simmetriyası bildirir ki ( n k ) = ( n n − k ) . {\displaystyle {n \choose k}={n \choose n-k}.} Bu o deməkdir ki, n elementdən ibarət çoxluqda n − k elementin birləşmələri qədər k elementin kombinasiyası var. Biyektiv sübut Nəzərə alın ki, bərabərliyini sübut etdiyimiz iki kəmiyyət istənilən n elementli S çoxluğunun müvafiq olaraq k və n − k ölçülü alt çoxluqlarının sayını hesablayır. S alt çoxluqlarının iki ailəsi Fk və Fn − k arasında sadə biyeksiya mövcuddur. — hər bir k elementli alt çoxluğu S çoxluğunun tam olaraq qalan n − k elementlərini ehtiva edən tamamlayıcısı ilə əlaqələndirir. Fk və Fn − k elementlərinin sayı eyni olduğundan, müvafiq binom əmsalları bərabər olmalıdır.
Sübut (hüquq)
Hüquqda Sübut — qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, onların əsasında işə düzgün baxılması və həlli üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən edən faktlar haqqında məlumat. Beləliklə, fiqhdə dəlil məlumat, yəni idrak fəaliyyətinin nəticəsi kimi başa düşülürsə, məntiqdə dəlil həqiqətin, yəni əməlin əsaslandırılmasıdır. Həqiqəti müəyyən etmək üçün dəlil əldə etməyə yönəlmiş idraki fəaliyyət fiqhdə sübut adlanır. Sübut sübutların toplanması, təmin edilməsi, yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Sübut hüququnda ən mühüm anlayışlar sübut predmeti və müxtəlif iş kateqoriyaları üçün fərqli şəkildə müəyyən edilən sübutun hüdudlarıdır.
Vunus-Bellapais nekropolu
Vunus-Bellapais nekropolu, əslində Vunoy — Kipr adasının şimalında, əsasən qaya otaqlarından ibarət olan Erkən və Orta Tunc dövrünə (EC1–MC) aid nekropol. Vunus-Bellapais nekropolu Bellapais abbatlığının şimal-şərqində, Girne dağlarının şimal ətəklərindəki kiçik bir təpənin şimal yamacında yerləşir. John Nicolas Coldstream: The Originality of Ancient Cypriot Art. Cultural Foundation of the Bank of Cyprus, Nicosia 1986. Porphyrios Dikaios: Excavations at Vounous-Bellapais in Cyprus 1931–2. Archaeologia or Miscellaneous tracts relating to Antiquity. Society of Antiquaries of London, Oxford 1940, S. 1–168. Sturt W. Manning: Prestige, distinction, and competition. The anatomy of socioeconomic complexity in Fourth to Second Millennium B.C.E. In: Bulletin of the American Schools of Oriental Research. 292, 1993, S. 35–58.