Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vtoroy adası (Karaqin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa burnundan şimal-qərbdə, Konus və İviniçamandan şimal-qərbə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir.
Vtoroy adası (Penjin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzində, Treti adası və Melkovodnı körfəzindən cənub-şərqdə, Elistratova burnu və yarımadasından cənubda, Kraynı adasından isə şimalda yerləşir. İnzibati baxımından Kamçatka diyarı Penjin rayonu ərazisinə daxildir.
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır. Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Voore
Voore - Estoniyada kənd. Əhalisinin sayına görə (320 nəfər) Yıgıva rayonunda ən böyük kənddir. Vooreda məktəb, qonaq evi və kitabxana var. 4-cü Vikmediya CEE görüşü Vooreda qonaq evində keçirilmişdir.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. == Tarixi == XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır. XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır. IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir.
Divani-hikmət
"Divani-hikmət" (Hikmət evi) - ilk ədəbi məclis "Divan-ı Hikmət" ("Hikmət Evi") XIX əsr. Azərbaycanda qurulan ilk ədəbî məclislərdən biridir. 1820-1830-cu illər arasında, Gəncədə, şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbiylə, 1841-1846-cı illər arası faaliyətini Tiflisdə davam etdirmişdir. Yığıncaqlarına Azərbaycan şairləriylə bir arada ruslar, almanlar, ermənilər və b. da qatıldığı tək ədəbî məclisdir. "Divan-ı Hikmət'in faaliyətləri və toplantıları, Tiflisdə 1852-ci ilə, Mirzə Şəfi Vazehin ölümünə qədər, Gəncədə isə 1882-ci ilə, Mirzə Mehdi Nacinin ölümünə qədər davam etmişdir. Məclis 2014-cü ildə bərpa edilmşdir.
Divani xətti
Divani xətti — Ərəb xətt növü. == Tarixi == Nəstəliq xəttinin iranlı xəttatlar tərəfindən ixtirasından sonra iranlı xəttatlarla Osmanlı xəttatları arasında əsl rəqabət başlanır. Osmanlı xəttatları nəstəliq xəttini dəyişdirərək yeni –divani xəttinin əsasını qoyurlar. Yəni, divani xəttini osmanlılar, daha dəqiq, XV əsrin xəttatı İbrahim Münif yaratmışdır. Bu xətt növü yaradıldıqdan sonra bir çox müsəlman ölkələrində yayılmış, Osmanlı dövlətində pul vəsiqələri, verilən hökm, əmr və fərmanlar, habelə məktub və digər yazılı sənədlər məhz divani xətti ilə yazılmağa və çap olunmağa başlanmışdır. Divani xətti ilə kitab üzü köçürülməsinə o qədər də əhəmiyyət verilməmişdir. AMEA Əlyazmalar İnstitutunda divani xətti ilə yazılmış sənədlər mövcuddur ki, onların da arasında M.F.Axundovun adına Türkiyədə tərtib edilmiş fərman diqqəti xüsusilə cəlb edir. Burada həmçinin təmiz divani xətti ilə yazılmış 7 ərəbdilli əlyazma kitabı və divani ünsürlü nəsxlə köçürülmüş daha bir ərəbdilli əlyazma qeydə alınmışdır. Sonralar divani təkmilləşdirilərək özünün hazırkı mükəmməl görünüşünə çatdırılmışdır. Hazırda divaninin iki növü – qəliz divani və qırma divani mövcuddur.
Divanı-Kəbir
Divanı-Kəbir (Böyük Divan) və ya Divanı Şəmsi Təbrizi, Məhəmməd Cəlaləddin Ruminin söylədiyi ilahi eşq şeirlərindən ibarət olan, 44 min 8 yüz 34 beyitlik (rübai beytləri ilə birlikdə təxminən 50 min beyt) şeirlərdən ibarət əsərdir. Mövlananın "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma; Mövlananın qəzəllərinin sonunda öz adı əvəzinə (bir neçə istisna xaricində) hər zaman Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir. == Xarakteri == Əsər, Xorasan vilayətinin xalq farscası ilə yazılmışdır. Yek avaz qəzəllərdən ibarətdir. Mövlana bu qəzəllərində, "Şəms (günəş) başda olmaq üzrə, bağ-bağça, gül-bülbül, aşiq-məşuq, dəniz-damla, mey-saqi kimi simvollarla ilahi məhəbbəti həmişə ön planda tutur; Məsnəvi olduğu kimi Allaha qovuşmadan könlünün rahatlıq tapmayacağını, ilahi eşqi yazan aciz qalıb qələminin qırıldığını, bu dünyanın bir palçıqdan ibarət olduğunu, çox yeməyin mənzilə çatmağa əngəl təşkil etdiyini, artıq ağla olan üstünlük və ucalığını, nəfsin pisliyini, miskin- miskin oturan insanların bu tənbəllikləri məqsədə (ilahi aşmaq) çata bilməyəcəyini, gecələrini yatmaqla deyil də eşq və ibadətlə keçirilməsi lazım olduğunu" vurğulayaraq şeirlərini didaktik bir üslubla deyir. Bəzi şeirlərində də qəzəlin ruhundan fərqli olaraq sosial mövzulara girir; Rüşvət yeyən qaziləri tənqid edir; Yalançı şeyxləri, şovinist alimləri mənfəət və zəlil kimi səciyyələndirir; Bazar yerlərindən, toy adətlərindən, küçədə oynayan uşaqlardan, zülmətə müqavimətdən və azadlıqdan bəhs edər. == Divan-i Kəbrin ən qədim əl yazıları == İstanbul-Süleymaniyyə Kitabxanası Əsəd Əfəndi Kitabları, No:2693 347 Səhifə, Səlcuqlu nəsx yazısı, xəttatı məlum deyil, 13-cü əsr sonlarında yazıldığı təxmin edilir. Vatikan-Bibliotheca Vaticana, Pers.130 270 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir. Dublin-Krister Beatty Library 309 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir.
Divanə Bəhlul
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Ülufə divanı
Ülufə — Qapıqulu əsgərlərinə, yeniçərilərə və bəzi saray adamlarına üç ayda bir dəfə verilən maaş. Gündəlik olaraq hesablanan bu maaş Ədalət Meydanında xüsusi mərasimlə ödənilirdi. Əvvəlcə yeniçərilər saray mətbəxi önündə, sipahi əsgərləri isə saray anbarları önündə sırayla düzülməli idi. Daha sonra ülufələr paylanılırdı. Ardından yeniçərilərin önünə qapaqlı qazanlarda aş, ət və şorbalar düzülürdü. Əsgərlərin ülufələrindən razı olub-olmaması bu yeməkləri yemələrindən asılı idi. Əgər əsgərlər yeməkləri yesələr, deməli aldıqları maaşdan razıdılar. Ancaq Osmanlı tarixi boyunca bir çox dəfə ülufə divanı dağılmış, əsgərlər aldıqları maaşda narazı qalıb yemək qazanlarını aşırdıb üsyan çıxarmışdır.
Fatehlərin divanı
Fatehlərin divanı — 1997-ci il Azərbaycan istehsalı dram filmi. == Məzmun == Filmdə böyük türk xaqanları Haqq divanında toplaşaraq sərkərdə Əmir Teymuru divana çəkirlər. Sonda isə Teymur (Fuad Poladov) haqqında ədalətli qərarın çıxarılması tamaşaçıların ixtiyarına verilir. == Film haqqında == Film Nejdat Sevincin "Duruşmalar" pyesinin motivləri əsasında çəkilmişdir. 2024-cü ildə TRT Avaz telekanalı tərəfindən nümayiş etdirilmişdir.
Hotaru Tomoe
Seylor Saturn (セーラーサターン, Sērā Satān) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər. == Profil == Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru Çibiusa və Usaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur.
Play Store
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Tomoe Kato
Tomoe Kato (d. 27 may 1978) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 114 oyun keçirib, 8 qol vurub.
Torre Cepsa
Torre Cepsa (ing. Cepsa Tower) — İspaniyanın Madrid şəhərindəki Cuatro Torres Business Areada yerləşən göydələndir. Hündürlüyü 248.3 m və 45 mərtəbədən ibarət olan bu Cuatro Torres Business Area kompleksindəki dörd binanın ikinci ən hündür binasidir. Torre de Cristaldan bir metrdən də artıqdır. İspaniyadakı ikinci ən yüksək bina və Avropa Birliyindəki 5-ci ən yüksək binadır. Lord Foster tərəfindən hazırlanmışdır. Qüllənin inşası zamanı Repsol gələcək qərargahının yerini dəyişdirmək qərarına gəldi və Caja Madrid maliyyə qurumu, binanı 2007-ci ilin avqustunda 815 milyon avroya satın aldı. 2016-cı ildə Avropanın ən varlı adamı və qlobal moda qrupunun qurucusu və Zara sahibi Inditex Amansio Orteqa tərəfindən satın alındı (ITX.MC), əmlak sərmayəsi qolu ilə İspaniyanın ən böyük əmlak şirkətlərindən biri olan Pontegadea Inmobiliaria vasitəsilə 90 milyon avro qarşılığında. Avropanın ən hündür binalarının siyahısı Şüşəli qüllə Torre Espacio Vikianbarda Torre Cepsa ilə əlaqəli mediafayllar var.
Torre Espacio
Torre Espacio — İspaniyanın paytaxtı Madriddə yerləşən, hündürlüyü 230 metr və 57 mərtəbədən ibarət olan göydələn, hal-hazırda Madridin dördüncü ən hündür binadır. 2014-cü ildəki siyahıya alınmaya görə Avropanın ən hündür binaları siyahısında 24-cü, İspaniyanın ən hündür binaları siyahısına görə isə 4-cü yerdə idi. Maksimum hündürlük - 230 metr, dama qədər olan hündürlük - 224.15 metr binanın uzunluğu və eni - hər biri 46,2 metr mərtəbə hündürlüyü - 2.85 metr 56 yerüstü, 6 yeraltı mərtəbə sayı 27 lift sayı Binanın daxili sahəsi - 56 259 m² Tikinti dəyəri - 390 milyon avro Memar - Henri Kobb Binanın tikilişi 2004-cü ildə başlamışdır: bu göydələn dörd çoxmərtəbəli bina komleksindən birincisidir. Tikili hal-hazırda "Dörd qüllə" adlandırılır. 4 sentyabr 2006-cı ildə tikilməkdə olan göydələndə 42 və 43-cü mərtəbələrində yanğın baş verir, ölən və xəsarət alanlar olmur, bina isə bir qədər zərər görür. 2006-cı ilin noyabr ayında Torre Espacio hündürlüyü ilə Gran Hotel Bali göydələnini üstələdi və İspaniyanın ən yüksək binası oldu. Lakin bir neçə aydan sonra Torre Espacio - Torre PwC (236 metr), Şüşəli qüllə (249 metr) və Bank Tower (250 metr, 2008-ci ildən bu günə qədər İspaniyanın ən yüksək binası) inşası ilə əlaqədar olaraq bu üstünlüyünü itirdi. Binanın açılışı 20 mart 2007-ci il tarixində baş tutdu.
Torre PwC
Torre PwC — İspaniyanın Madrid şəhərindəki Cuatro Torres Ticarət bölgəsində yerləşən bir göydələn. Bina 236 metr hündürlükdə və 52 mərtəbəlidir. Göydələn 2004-2008 illəri arasında inşa edilmişdir. Binanın 60%-ni əhatə edən beşulduzlu Eurostars Madrid Tower-də 6 və 27-ci mərtəbələri arasında otaqlar və panoramik görünüşünü təqdim edən iki mərtəbəli yemək otağı var. Peşəkar xidmət firması PricewaterhouseCoopers (PwC) paytaxtdakı ofislərini (təxminən 2500 mütəxəssis) 2011-ci ilin iyul ayında on yeddi mərtəbəni alaraq 34 və 50 arasında olan, boş olan mərtəbələrə köçürdü. Eyni tarixdə, PwC loqotipi, binanın başında, İspaniyada ən yüksək loqotip halına gətirilib, təxminən 236 metr hündürlükdə quraşdırıldı. PwC ofislərinin göydələnə köçürülməsi ilə bina Torre Sacyr Vallehermoso yerinə Torre PwC adlandırıldı. Bütün ofis mərtəbələri eynidir 1.258.23 m² və üç sektora və ya seqmentə bölünmüşdür. 51-58-ci mərtəbələr qüllənin ümumi qurğuları və avadanlıqları üçün nəzərdə tutulub. Cüt dəri fasadlı yeganə qüllədir ki, lopa şəklində şüşə ilə tamamilə örtülmüşdür.
Vyore-Voruaz
Vöre-Voruaz (fr. Veurey-Voroize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38540. Kommunanın 2009-cu il üçün əhalisi 1 386 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 178 ilə 1 620 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Apple Store
Apple Store — "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi kompüterləri, "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "Apple Watch" ağıllı saatları, "Apple TV" rəqəmsal media pleyerləri, proqram təminatı, "Apple" markalı və seçilmiş üçüncü tərəf aksesuarlar satılır. İlk "Apple" mağazaları 2001-ci ilin may ayında o vaxtkı baş icraçı direktor Stiv Cobs tərəfindən açılmışdır. İllərlə cəhd edilən mağaza daxilində mağaza konsepsiyası uğursuz olmuşdu və bu zaman iki mağaza açılmışdı. Şirkətin məhsullarının təkmilləşdirilmiş pərakəndə təqdimatına ehtiyac olduğunu görən Cobs 1997-ci ildə istehlakçılarla yaxşı əlaqələr əldə etmək məqsədilə pərakəndə satış proqramını yeniləmək üçün səy göstərməyə başlamışdı. O, 2000-ci ildə Ron Consonu işə götürmüşdü. Cobs 1997-ci ildə "Apple"ın onlayn mağazasını yenidən işə salmış və 2001-ci ildə ilk iki fiziki mağazanı açmışdır. Mətbuat əvvəlcə "Apple"ın iflasa uğrayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü, lakin bu mağazalar çox uğurlu olmuş, yaxınlıqdakı rəqib mağazaların satış nömrələrini keçərək üç il ərzində illik satışı 1 milyard ABŞ dollarına çatmışdır. "Apple Store" bunu bacaran ən sürətli pərakəndə satıcı olmuşdur. "Apple" 15 iyun 2023-cü ildə Birləşmiş Krallıqda, Londonun Bettersi rayonunda ən son mağazasını açmışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Torre Rossa
Torre Rossa (it. Torre Rossa; hərf. Qırmızı qüllə) — İtaliyanın Asti şəhərində yerləşən romanesk qüllə. Təxminən 24 metr (79 ft) hündürlüyündə və 16 tərəfli çoxbucaqlı şəklindədir. == Tarixi == Qüllə Asti şəhərində yerləşən ən qədim tikililərdən biridir. Onun tikintisi müxtəlif dövrləri əhatə etmişdir: qırmızı hissə e.ə. I əsrdə, ən yüksək hissəsi isə XI əsrdə tufdan tikilmişdir. Bu, Roma dövrünə aid iki şəhər qapısı qülləsindən biri idi. Xristian müqəddəsi Astili Sekundun burada həbs olunduğu və 30 mart 119-cu ildə başının kəsildiyi güman edilir. XII əsrdə qüllə qonşu kilsənin zəng qülləsinə çevrilmişdir və bu funksiyanı bu günə qədər qoruyub saxlayır. Qüllənin zirzəmisi sabitliyi artırmaq üçün doldurulmuş və divarlarla örtülmüşdür.