Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vilayət
Vilayət (ərəb. ولاية‎ — vilayət) , valilik — valinin təyin olunduğu əyalət. Və ya elə əyalət (ər. يالة) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Bir sıra Qərb ölkələrində və dillərində “provincia” adlanır. == Provincia == Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Provincia" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. == Müasir dövlətlərdə və ölkələrdə == Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Kasserin (vilayət)
Kasserin vilayəti (ərəb. القصرين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kasserin vilayətinin ərazisi 8 260 km2-dır. Kasserin vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kayruan (vilayət)
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Mahdiya (vilayət)
Mahdiya vilayəti (ərəb. المهدية‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Mahdiya vilayətinin ərazisi 2 878 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Mahdiya vilayətinin əhalisi 410 812 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Manuba (vilayət)
Manuba vilayəti (ərəb. منوبة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Manuba vilayətinin ərazisi 1 138 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Manuba vilayətinin əhalisi 380 518 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Medenin (vilayət)
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Monastir (vilayət)
Monastir vilayəti (ərəb. المنستير‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Monastir vilayətinin ərazisi 1 024 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Monastir vilayətinin əhalisi 548 828 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. == Tarixi == Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Nabul (vilayət)
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ostrobotniya (vilayət)
Ostrobotniya (fin Pohjanmaa; isv. Österbotten) — Finlandiyanın vilayətidir. Bu vilayət Ostrobotniya, Cənubi Ostrobotniya və Satakunta vilayətləri ilə sərhəddir. Mərkəzi Vaasa şəhəridir. Ostrobotniyanın sahil ərazilərindəki buzlaq hərəkətləri əraziyə çox miqdarda süxur gətirmişdir. == Əhali == Ostrobotniya Finlandiyada isveçdilli əhalinin çoxluq təşkil etdiyi iki vilayətdən biridir (digər konstitutsional olaraq monolinqual olan Aland vilayətidir); Əhalinin 51,2%-i isveç dilində danışır. Vilayətdəki 13 kommuna bilinqual, 2 kommuna isə findilli monolinqualdır. == Rayonlar == Vilayət 4 rayon və 15 kommunadan ibarətdir. Qalın şriftlə göstərilən 6 kommunanın şəhər statusu var.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . == Coğrafiya == Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. == Pistoya viləyətinin şəhər və kommunaları == Vilayət 22 kommunaya bölünür.
Qabes (vilayət)
Qabes vilayəti (ərəb. قابس‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Qabes vilayətinin ərazisi 7 166 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Qabes vilayətinin əhalisi 374 300 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qafsa (vilayət)
Qafsa vilayəti (ərəb. قفصة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Qafsa vilayətinin ərazisi 7 808 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Qafsa vilayətinin əhalisi 338 332 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qostanay vilayət
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Sfaqs (vilayət)
Sfaqs vilayəti (ərəb. صفاقس‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Sfaqs vilayətinin ərazisi 7 545 km²-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Sfaqs vilayətinin əhalisi 955 422 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Vilavan Apinyaponq
Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır. == Karyerası == Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır. Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir. Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi.
Vilayət (dəqiqləşdirmə)
Vilayət — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Vilayət (ad) — Müsəlman dünyasında kişi adı.
Vilayət Cəfərov
Vilayət Cəfərov (azərb. Cəfərov Vilayət Abbasqulu oğlu;‎ 15 may 1940, Bozalqanlı, Tovuz rayonu – 21 fevral 2021, Bakı) — Şərqşünas, ərəbşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor == Həyatı == Vilayət Abbasqulu oğlu Cəfərov 15 may 1940-cı ildə Azərbaycanın Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. A. S. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil almışdır. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 1965–1967-ci illərdə Yəməndə, 1978–1981-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adını almışdır. Uzun müddət AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, elmi yaradıcılıqla, tərcümə fəaliyyətilə yanaşı, pedaqoji sahədə də çalışmış, müxtəlif dövrlərdə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində mühazirələr oxumuşdur. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında 10-dan artıq dissertasiya müdafiə olunmuşdur.
Vilayət Eyvazov
Vilayət Süleyman oğlu Eyvazov (28 iyun 1968, Əbrəqunis, Culfa rayonu) — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019). == Həyatı == Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Vilayət Hacıyev
Vilayət Tapdıq oğlu Hacıyev (1 aprel 1950, Sofulu, Qazax rayonu – 4 aprel 2023, Bakı) — Azərbaycan filoloqu, dosent, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində işləmişdir, Azərbaycan Dillər Universitetindəki Avstriya Kitabxanasının elmi rəhbəri vəzifəsində işləyib. == Həyatı == 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M. F. Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir. 1973-cü ildən, 2017-ci ilə qədər Azərbaycan Dillər Univesitetində (SSRİ-nin 50 illiyi adına APXDİ) işləmişdir. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində çalışıb. Filologiya elmləri namizədi, dosentdir. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Vilayət Hacıyev 4 aprel 2023-cü ildə 73 yaşında vəfat edib.