Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilinit
Bilinit Fe2+ Fe23+ [SO4]4 • 22H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – ağ, sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,87; Sərtlik – 1; Sınıqlar – tikanlı; Morfologiya – kristallar: iynəvari, tükşəkilli; Mineral aqreqatları: radial-lifli kütlələr, qabıqlar. == Mənşəyi və yayılması == Ən çox hipergen şəraitdə dəmir sulfidlərinin dəyişilmə məhsulu kimi əmələ gəlir. Liqnitlərdə və sulfid filizlərinin oksidləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: ryomerit, botriogen, pikkerinqit, pikromerit və b. Mineralın tapıldığı yerlər: Bilina dağı (Çexiya). Azərbaycanda Laçın rayonunda Bülüldüz sulfid təzahüründə tapılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.
Vickers Valiant
Vickers Valiant (ing. Vickers Valiant) — bir vaxtlar Britaniya Hərbi Hava Qüvvələrində istifadə olunmuş dörd motorlu reaktiv bombardmançı təyyarəsidir. V Bombardmançıları (V-Bombers) deyilən nüvə hücumuna qarşı daşındırıcı bombardman təyyarəsidir. Digər iki V Bombardmançısı Avro Vulcan və Handley Page Victor-dur. Təyyarənin ilk prototipi 1951-ci ildə 18 may tarixində hazır olmuşdur. Prototip 27 aya hazırlanmışdır. Valiant başlanğıcda yüksək səviyyəli strateji bombardmançı əməliyyatlar üçün nəzərdə tutulmuş tutulmuşdu. Lakin aşağı rotadan uçan zaman təyyarədə ciddi problemlər yaranırdı. Bahalı bərpa proqramı ilə davam etməyin əksinə Valinət rəsmi olaraq 1965-ci ildə təqaüdə çıxdı. Onun vəzifəsini isə 1980-ci illərə qədər xidmət edən digər V Bombardmançıları yerinə yetirmişdir.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Con Viliam
Con Viliam — (25 iyun 1811 - 17 avqust 1893) Amerikalı rəssam. == Həyatı == O, Nyu-Yorkda anadan olub. Viliam və Durand yaxın dost olub. Onlar 1830-cu illərdə Nyu-Yorkda qravüraçı kimi bərabər işləyiblər. Dostu Durandın sayəsində onun rəssamlığa marağı artıb və rəssamlıqla yaxından maraqlanıb. == Ailə həyatı == 1867-ci ildə o, Nyu-Hempşirin Tamvorst şəhərində Helen M. Havord ilə evlənib. Onların (1867-1939) bir oğlu olub. Viliam 1893-cü ildə Nyu-Yorkun Saratoqa-Sprinqs şəhərində vəfat edib.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. == Həyatı == Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. == Karyerası == 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. == Siyasi karyerası == Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.
Viola vicina
Viola reichenbachiana (lat. Viola reichenbachiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola silvatica subsp. reichenbachiana (Jord. ex Boreau) Syme Viola silvatica proles reichenbachiana (Jord. ex Boreau) Samp. Viola silvatica var. reichenbachiana (Jord. ex Boreau) Crép. Viola sylvestris subsp.
Nina İlina
Nina Oleksandrovna İlina (ukr. Ніна Олександрівна Ільїна; 30 avqust 1951, Kiyev) — Ukrayna kino aktrisası və ictimai xadimi. 2000-ci ildən Ukraynanın əməkdar artisti, "Stozhary" Beynəlxalq Kino Aktyorları festivalının prezidenti. Nina İlina Ukrayna Milli Kinematoqrafçılar Assosiasiyası "Kinematoqrafçılar Gildiyası"nın fəaliyyət göstərən agentliyinin baş direktorudur. Nina İlina 30 avqust 1951-ci ildə Kiyevdə anadan olub. 1968-ci ildə Kiyevdəki 108 saylı orta məktəbi bitirib. 1958–1968-ci illərdə İlina Kiyev Pionerlər Sarayının bədii söz studiyasında təhsil alıb. Təhsilini Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində dram və kino aktyorluğu ixtisası üzrə davam etdirib (1968–1972). Orada İlina SSRİ xalq artisti Vladimir Belokurovun rəhbərliyi ilə Ukrayna Mədəniyyət Nazirliyinin sifarişi ilə Ukrayna emalatxanasını fərqlənmə diplomu ilə bitirib. 1972–2006-cı illərdə İlina Kiyevdəki Dovjenko adına kinostudiyada aktrisa kimi çalışıb.
Milina (Mortal Kombat)
Milina (ing. Mileena) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Milinanın Kitana ilə görünüşü eynidir. Fərq isə paltarı və silahlarındadır.
Volnat-Krik (Arizona)
Volnat-Krik (ing. Walnut Creek) — ABŞ-nin Arizona ştatında Mohave qraflığında qeyri-korporativ icma və siyahıyaalma tərəfindən təyin edilmiş yerdir (CDP). 2020-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 571 nəfər idi.