Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı. Digər Sayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Qain
Qain və ya Qayin — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Qainat şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 32,474 nəfər və 8,492 ailədən ibarət idi.
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Görünməz qadın
Görünməz qadın (ing. Invisible Woman) — Marvel Comics tərəfindən 1961-ci ildə yaradılan super qəhrəman personajı. İlk dəfə 1961-ci ilin iyununda "Fantastik dördlük" komiksinin ilk sayında peyda olmuşdur. == Nəşr olunması == Görünməz qadın 1961-ci ildə Sten Li və Cek Körbi tərəfindən Fantastik Dördlüyün qurucu üzvlərindən biri kimi yaradılır. Lakin yaradıldığı zaman sadəcə görünməzlik gücünə sahib idi. Bu sonradan dəyişəcək, personaja yeni güclər əlavə olunacaqdı. O dövrün komiks dünyasında sadəcə görünməz olmaq yetərsiz kimi görünürdü. Həm də Sten Li orijinal fikri bu gücü klassik şəkildə işləmək idi, yəni personaj görünməz olmaq üçün paltarları da çıxarmalı idi. Amma bunun bir az erotik görsənəcəyini düşünən Sten Li fikrini dəyişdirərək məsələni Suzanın xüsusi paltarı ilə həll edir. Sadəcə görünməz olmaq personajın digər komanda yoldaşları arasında sönük və passiv qalmasına səbəb olur.
Hulusi Sayın
Hulusi Sayın (28 aprel 1926, Elazığ – 30 yanvar 1991, Ankara) — Türk generalı. == Həyatı == Maltəpə Hərbi Liseyindən 1945, Quru Qoşunlarının Hərb Məktəbindən 1948, Jandarma Zabit Məktəbi 1952-ci il, Hərb Akademiyasından 1964-cü ildə məzun oldu. 1974-cü ildə General-mayor, 1978-də Tümgeneral və 1983-də General-leytenant oldu. Fövqəladə Hal Bölgəsində yaradılan Asayiş Birlikləri Korpusu Komandirliyindən 1 sentyabr 1989 tarixində təqaüdə çıxmışdır. Baş nazirlik baş müşavir vəzifəsini icra edərkən 30 yanvar 1991-ci il tarixində Ankarada evinin qarşısında uğradığı silahlı hücum nəticəsində öldürülmüşdür. Qəzetləri axtaran bir adam hərəkəti qeyri-qanuni nəhəng-Sol Silahlı İnqilab Birlikləri Təşkilatı adına boynuna götürərkən, Təhlükəsizlik Ümumi Müdiri Nəcati Bilican isə hadisə yerində Kürdüstan Milli Qurtuluş təşkilatının bir məlumatının tapıldığını açıqlamışdır.
Kələk (qayıq)
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . == Səbəblər == Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) == Simptomlar == Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. === Ağrılar və anatomik bağlılığı === Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi. qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər. Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Layın dabanı
Layın dabanı (rus. подошва пласта, ing. base of bed, bottom of bed) — geologiyada layı aşağıdan məhdudlaşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Nayin dili
Nayin dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Nayində danışılır.
Nayin şəhristanı
Nayin şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nayin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,810 nəfər və 10,995 ailədən ibarət idi.
Pişik-qadın
Qadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Qadın araşdırmaları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qadın döşü
Qadın döşü (lat. Mamma) — qadınların sinə nahiyəsində olan qabarıq bədən hissəsi. Döşlər iki bioloji funksiyanı yerinə yetirir – yeni doğulmuş körpəni qidalandırmaq üçün süd vəzilərindən süd istehsal edir və cinsi cazibədə rol oynayır. Döşlər erogen zonalardır. Döşlər yeniyetməlik dövründə inkişaf etməyə və böyüməyə başlayır. Bu adətən 8 yaşından başlayaraq iyirmi yaşların əvvəllərinə qədər davam edir. Hamiləliyin sonlarına yaxın döşlər süd verməyə hazırlaşır. Menopauza zamanı döşlər sallanır və formasını dəyişdirir. Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Qadın düşərgəsi
"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır. Əsərdə qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgədəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. "Qadın düşərgəsi" "Üzdəniraq ada" romanındakı Zinyət surətinin əzablı həyatının davamıdır. Əsərdə Zinyətdən başqa onlarla məhkum qadının acı taleləri, törətdikləri cinayətlər əks olunub. Kitab 2008-ci ildə Bakı Kitab Klubunun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmiş və üç dəfə: 2008, 2010, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında “Qadın türməsi” adı ilə) çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. “Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olundu – FOTO Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine Qadın düşərgəsi haqda povest çapdan çıxdı Rövşən Yerfi "Qadın düşərgəsi" (Əsərdən bir parçanı oxu!) Rövşən Yerfi.
Qadın futbolu
Qadın futbolu — 11 qadın oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü.
Qadın haqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər. Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.