QAYIM

sif. köhn.
1. Uca, bərk, zil.
Molla İbrahim Xəlil bu halət ilə görməkdən vəch edib, qayım sövt ilə çığırırdı. M.F.Axundzadə.

2. Bərk, möhkəm, ağır, tutarlı.
Təzəcə dəyənək alıbsan ələ; Qayım tut ki, nagah düşər, ağlarsan. M.V.Vidadi.
[Vəzir:] Əlbəttə, sabah ona bundan qayım sözlər deyəcəyəm. M.F.Axundzadə.
Odabaşı əlini ölçə-ölçə qayım səs ilə başladı: – A kişi, sən allah, zarafat eləmə… C.Məmmədquluzadə.

3. Simic, xəsis, bərk.
[Zalxa:] Niyə qayım olmayım, səndən mən nə xeyir görmüşəm? M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYIM qayım bax 1. zil 1; 2. xəsis
  • QAYIM uca — bərk — zil
  • QAYIM bərk — möhkəm — ağır — tutarlı
  • QAYIM simic — xəsis — bərk

Etimologiya

  • QAYIM Qərb dialektlərində “möhkəm” anlamında işlədilir. Ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QAYIQÇILIQ
QAYIM-QAYIM

Digər lüğətlərdə