Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalacıq
Kəndlər Azərbaycanda Qalacıq (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qalacıq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qalacıq (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Ermənistanda Qalacıq (Qarakilsə) — Qərbi Azərbaycanın Qarakilsə rayonunda kənd.
Qalacıq (Cəbrayıl)
Qalacıq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qalacıq Cəbrayıl rayonunun Hovuslu inzibati ərazi vahidində kənddir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olmuşdur. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salindığı üçün belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qalacıq (Hurand)
Qalacıq (fars. قلعه جيق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (14 ailə).
Qalacıq (Həştrud)
Qalacıq (fars. قلعه‌جوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (5 ailə).
Qalacıq (Kövsər)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Qalacıq (Maku)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 696 nəfər yaşayır (170 ailə).
Qalacıq (Məlikan)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.935 nəfər yaşayır (487 ailə).
Qalacıq (Nir)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 241 nəfər yaşayır (48 ailə).
Qalacıq (Poldəşt)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (24 ailə).
Qalacıq (Qarakilsə)
Qalacıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qala (qələ) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması əsasında yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir. Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Kənddə 1457 nəfər yaşayır.
Qalacıq (Sulduz)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (37 ailə). Milli tərrkibi azərbaycan türklərindən ibarətdir.
Qalacıq (Sərab)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,185 nəfər yaşayır (568 ailə).
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qalacıq (Urmiya)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (37 ailə).
Qalacıq (Xudabəndə)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (115 ailə).
Qalacıq (İsmayıllı)
Qalacıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalacıq İsmayıllı rayonundan 30 km Şimal Qərbdə dağ ətəyində yerləşir. Əhalisi əkinçilik, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandalıqla məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana vardır. Qalacıq yaxınlığında çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd eyniadlı turizm zonasında yerləşir. «Qasımxan» qalasının qalıqlarını görmək üçün kənddən qalaya qədər olan 8 km məsafənin 5 km-ni avtomobillə, 3 km-ni isə piyada və ya atla getmək olar. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə il boyu fəaliyyət göstərən yeməkxana vardır. İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutu kənddən keçir.
Qalacıq (Şərur)
Qalacıq — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin şimal-şərq hissəsində, Axuraçayla Havuşçavın birləşdiyi yerdə, hündür dağın sinəsində arxeoloji abidə. Qala divarları iri ölçülü daşlardan inşa edilmiş və uzunsov-dördkünc planlıdır. Qala divarının eni bəzi yerlərdə iki metrə çatır. Divarlar düzbucaqlı çıxıntılar və dördkünc formalı kontrforslarla möhkəmləndirilmişdir. Aparılan tədqiqatlar əsasın- da aydanlaşdırılmışdır ki, burada mədəni təbəqənin dərinliyi 1 metrdən artıq deyil. Görünür ki, qaladan daimi yaşayış yeri kimi istifadə edilməmişdir. Tədqiqatlar zamanı buradan tikinti qalıqları, müxtəlif növ saxsı qab sınıqları, çürümüş nizə, ox ucları, küp, küpə, qazan tipli qab sınıqları, şirsiz və şirli saxsı məmulatı və. s tapılmışdır. Qalacıqdan aşkar edilmiş arxeoloji tapıntılar e.ə. 2, eramızın 3 əsri üçün səciyyəvidir.
Qalacıq arxı
Qalacıq arxı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qədim süni suvarma şəbəkəsi. Oğlanqala yaşayış yerinin şm.- ndan, qalanın yaxınlığından çəkilmişdir. Başlanğıcını Arpaçaydan götürür. Yaşayış yerindən cənubda və qərbdə olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Arxın bəzi yerlərində iri qaya parçalarından hörülmüş tikinti qalıqları saxlanmışdır. Tədqiqatçıların fikrincə, Qalacıq arxı uzun müddət fəaliyyət göstərmiş, (e. ə. 2–1-ci) minilliklərdə və erkən orta əsrlərdə də öz əhəmiyyətini itirməmişdir.
Qalacıq bələdiyyəsi
Qalacıq bələdiyyəsi (İsmayıllı) — İsmayıllı rayonunda bələdiyyə. Qalacıq bələdiyyəsi (Qusar) — Qusar rayonunda bələdiyyə.
Qalacıq (Mahnişan)
Qalacıq (fars. قلعه جوق‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (11 ailə).
Qalacıq (Şimali Çaybasar)
Qalacıq (fars. قلعه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı, Çaybasar-i Şimali dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).
Qalacıq bələdiyyəsi (İsmayıllı)
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qalacıq yaşayış yeri
Qalacıq yaşayış yeri (III-XIII əsrlər) — ilk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km aralıda, Saxsılı taxta yaşayış yerinin şərqində yerləşir. Sahəsi təqribən 15 hektara yaxındır. Abidənin şərq tərəfində Taxtalar adlanan əkin sahəsi, şimalda Qızılca dağlarının otlaq sahələri, qərbində Əpci dərəsi, cənubunda isə Pirəbağdad adlı orta əsr türbəsi yerləşir. Əpci çayı abidənin ərazisindən keçir. Pirəbağdad türbəsinin yaxınlığında “Təpə dibi” adlı hündür bir yer vardır. Bu təpənin uçmuş hissəsinin kəsiyindən ilk orta əsrlərə aid saxsı məmulatı aşkar olunmuşdur. Çox güman ki, burada gözətçi məntəqəsi yerləşmiş və Qalacıqdan cənub tərəfi izləməyə xidmət etmişdir. Yaşayış yerinin ətraflarındakı əlverişli təbii-coğrafi şərait, burada ilk orta əsrlərdə yaşamış əhalinin təsərrüfat həyatında heyvandarlığın və əkinçiliyin əhəmiyyətli rol oynamasına imkan yaratmışdır. Yaşayış yerində 5×5 m ölçüdə qazıntı işləri aparılmış (1974 ildə), onun birtəbəqəli ilk orta əsr abidəsi olduğu müəyyən edilmişdir.
Qalacıq-i Nəcəfquluxan (Miyanə)
Qalacıq-i Nəcəfquluxan (fars. قلعه جوق نجف قلي خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 626 nəfər yaşayır (105 ailə).
Qalaç Məhəmməd qalası
Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir. Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır. Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir. Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir. Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır. Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir.
Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay. Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır. Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
Qalvaniz
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Qaracik
Qaracik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Salaçıq
Salaçıq (ukr. Старосілля, krımtat. Salaçıq, Салачыкъ) — Krımın Baxçasaray rayonunda (Ukraynanın inzibati-ərazi bölgüsünə görə - Krım Muxtar Respublikası) yoxa çıxmış kənd. 1954-1968-ci illərdə Baxçasarayın tərkibinə daxil edilmişdir. İndi şəhərin şərq kənarlarını təşkil edir. Salaçık Krım xanlığının ilk paytaxtı (1532-ci ilə qədər) olan Çufutqalanın ətəyində qədim yaşayış məskənidir. Artıq Övliya Çələbinin Səyahətnamə əsərində (1667-ci il) Əski Salaçıq kimi qeyd edilmişdir. Əslində Baxçasarayın ətrafı olan Salaçıq ayrıca kənd kimi Rusiya İmperiyası dövrünün və Sovet hakimiyyətinin ilk illərinin mühasibat sənədlərində əksini tapmır. 1833-cü il tarixli "Xəritələr, planlar, mənzərələr və vinyetkalarla bəzədilmiş Krıma Səyahət Bələdçisi ..." əsərində Çarlz Montandon Salaçıqın adını qeyd etmədən təsvir etdi (... onun necə adlandırıldığı məlum deyil ...) Yalnız 1865-1876-cı illərə aid Şubertin üçverstlik xəritəsində Salaçıqda 61 həyət göstərilmişdir.