Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. == Miqrasiya == Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
Vladimir Qardin
Vladimir Rostislavoviç Qardin (d. 18 yanvar 1877, Moskva, Rusiya - ö. 29 may 1965, Sankt-Peterburq, Rusiya) - Rusiya və SSRİ aktyoru. SSRİ xalq artisti (1947). == Həyatı == Vladimir Rostislavoviç Qardin 18 yanvar 1877-ci ildə Moskvada anadan olmuş, 29 may 1965-ci ildə Sankt-Peterburqda vəfat etmişdir. == Fəaliyyəti == 1898-ci ildən Riqa, Odessa, Taqanroq, Kişinyov və s. şəhərlərin teatrlarında işləmişdir. 1907-ci ildə Müstəqil teatrı yaradır və burada qadağan olunmuş tamaşaları cəsarətlə səhnəyə qoyur. 1908-ci ildə isə Parisdə rus teatrı açır. Kinoda 1913-cü ildən fəaliyyət göstərir.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Bardana
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Carlina
Yumaqotu (lat. Carlina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Garcinia
Qarsiniya (lat. Garcinia) — kluzikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Brindonia Thouars Cambogia L. Clusianthemum Vieill. Mangostana Gaertn. Oxycarpus Lour. Pentaphadilium Warb. Rheedia L. Septogarcinia Kosterm. Tripetalum K.Schum. Tsimatimia Jum. & H.Perrier Verticillaria Ruiz & Pav.
Gardenia
Qardeniya (lat. Gardenia) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Jasminəbənzər qardeniya (Gardenia jasminoides Ellis) == İstinadlar == Qardeniya:The Plant List saytında takson barədə məlumat.
Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Kardinal
Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsiː Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir. Kardinal geyimləri == İstinadlar == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 9.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
Qaradığa
Qaradığa — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Kəndin başqa adları Qaraunlu, Qaranka, Qardağa formalarında da göstərilir. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qaradıqya formasında qeyd edilmişdir. Burada IX-X əsrlərə aid alban abidələri vardır. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözü ilə türk dilində «təpə, zirvə» mənasında işlənən tiqey sözünün fonetik forması olan dıqya > dığa sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 200 nəfər, 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər, 1904 - cü ildə 198 nəfər, 1914 - cü ildə 184 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 1923-24 - cü illərdə öz doğma evlərinə dönə bilmişlər.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qardili
Qardili — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Qarrinça
Qarrinça (port. Garrincha; tam adı: port. Manuel Francisco dos Santos; 28 oktyabr 1933[…] – 20 yanvar 1983[…], Rio-de-Janeyro) — Braziliyanın məşhur futbolçularından biri. Yarımmüdafiəçi mövqeyində çıxış edib. O, XX əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tutur. == Həyatı == Qarrinça 28 oktyabr 1933-cü ildə Rio-de-Janeyro yaxınlığındakı Pau-Qrandi kəndində kasıb bir ailədə anadan olub. Qarrinça anadan olduğu zaman çox zəif idi; həmçinin qıçlarında anatomik pozuqlar olub. Sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi. Həmçinin sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi. Ailəsinin kiçik Qarrinçanı müalicə etdirmək imkanı yox idi.
Qarğıma
Qarğıma - türk, anadolu və altay xalq inancında qarğış, bəddua. Anadoluda Kargış (Karış) və monqolcada Harah olaraq da deyilər. Bir insan üçün pis xahişlərdə etmək və bu məqsədlə Tanrıya yaxarmaq. Anadoluda "Qarış Vermək" təbiri lənət oxumaq, bəddua etmək mənasında istifadə edilir. "Ah Etmək" də bənzər mənalara malikdir. "Ahım Çıxdı" cümləsində olduğu kimi. Qarğımak (Qarğış Etmək) feli ilə də istifadə edilər. Qarğa quşu, həm rəngi həm də Nuh tərəfindən özünə qarğındığı üçün bu adı almışdır. == İlənc == İlənc - türk və altay xalq mədəniyyətində və inancında lənət. Pis qədər, pis son, fəlakət kimi bir insanın başına gələn və arxasını buraxmayan mənfi hallar.
Qatçina
Qatçina (rus. Гатчина) — Rusiyanın Leninqrad vilayətində yerləşən şəhər. Şəhər Sankt-Peterburqun 45 km cənubundadır. Şəhər Qatçina rayonunun mərkəzidir. Ərazisi 28,75 km² olan şəhərin əhalisi 2010-cu il etibarı ilə 92,937 nəfər dir.Qatçina, Dünya Mirası olan Sankt-Peterburq Tarixi Mərkəzi və Abidələr Bağlı Qrupların bir parçasıdır.
Qvardiya
Qvardiya - imtiyazlı seçmə qoşun hissəsi. Qədim Şərq ölkələrində meydana gəlmişdir. Daha çox Əhəmənilər dövlətində (10 minlik "ölməzlər" korpusu) və Qədim Romada (pretorianlar) inkişaf etmişdir. XII əsrdə İtaliyada meydana gələn "qvardiya" anlayışı dövlət bayrağını mühafizə edən seçmə dəstə mənasını verirdi. Qvardiya xüsusilə Fransa, İngiltərə, İsveç, Rusiya, Prussiya və s. monarxiya ölkələrində mövcud olmuşdu. Orta əsrlərdə Şərqdə qvardiya rolunu monarxların keşikçiləri, muzdlulardan və qullardan ibarət seçmə hissələr oynayırdılar. Onlar Bağdad xəlifələrinin və Böyük Moğolların qvardiyaları, habelə Misir hökmdarlarının məmlükləri və Osmanlı sultanlarının yeniçəriləri idilər.
Sardana
Sardana və yaxud sardans (kat.sardanes)-kataloniyalıların milli rəqsi olub. Rəqs yallı xarakteri daşıyır. Rəqs edənlər cərgəyə düzülüb əl-ələ tutaraq musiqi sədaları altında müəyyən rəqs hərəkətləri ifa edirlər. Sardananın harda və nə zaman yaranması tarixi dəqiq məlum deyil. Məlumdur ki, bu rəqs XVII –ci əsrdən məşhurdur. Sardana kataloniyalıların milli ruhunu əks etdirir. Bu rəqs həm də “etiraz rəqsi” adlanır. Cünki bu rəqsi peşəkar rəqqaslar səhnədə, sadə insanlar isə meydanda ifa edir. Frankonun diktaturası zamanı sardana rəqsi rəsmi olaraq qadağan edilmişdi. Müasir zamanda bu rəqsin iki növü yayılmışdır.
Giardia
Lyambliya (lat. Giardia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinə aid heyvan cinsi. İnsan və digər bir çox məməlilər, eləcə də quşların nazik bağırsaqlarında parazitlik edir. Bu cinsin Giardia lamblia növü insanda lyambliyoz xəstəliyi törədicisidir. Lyambliyalar da digər diplomonadidalar kimi iki nüvə və iki cüt orqanoidlərdən — 4 cüt qamçı və 2 medial bədəndən ibarətdir.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. == Süjet == Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). == Kastinq == Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Adam Qarsiya
Adam Garcia (ing. Adam Garcia; Wahroonga, New South Wales) — ABŞ aktyoru.
Alfred Qarsiya
Alfred Qarsiya Kastiyo (isp. Alfred García Castillo; d. 14 mart 1997, El-Prat-de-Yobreqat, Kataloniya, İspaniya) — İspaniya müğənnisi. O, Amaya Romero ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Alfred Qarsiya 14 mart 1997-ci ildə İspaniyanın Kataloniya muxtar vilayətində yerləşən El-Prat-de-Yobreqat şəhərində anadan olmuşdur. O, yeddi yaşından vokal və trombon dərsləri almağa başlamışdır. Qarsiya eyni zamanda gitara, təbil və sintezorda da ifa edə bilir. O, Unió Filharmònica del Prat musiqi filarmoniyasında musiqi təhsili almışdır. Qarsiya audiovizual kommunikasiya ixtisası üzrə təhsil alır. O, eyni zamanda Barselonada yerləşən Taller de Músics musiqi məktəbində caz və müasir musiqi ixtisasları üzrə təhsilinin üçüncü ilindədir.
Anisley Qarsiya
Anisley Navarro Qarsiya (19 yanvar 2002) — Kubalı suya tullanan. Anisley Qarsiya Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Anisley Qarsiya birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 213.25 xal toplayaraq 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Arctium bardana
Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. == Botaniki xarakteristikası == İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir. İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Keçəvari pıtraq hörümçək toruna bənzəyən tükcüklü və gövdəli, kiçik pıtraq xırda səbətcikli (1,5-2,5 sm diametrli), hörümçək torundan məhrum edilmiş fırçaya bənzəyir.
Bardana arctium

Bardana lappa

Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (film, 2014)