Qaradığa — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2]
Qaradığa | |
---|---|
39°16′55″ şm. e. 46°20′31″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.225 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kəndin başqa adları Qaraunlu, Qaranka, Qardağa formalarında da göstərilir[3]. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qaradıqya formasında[4] qeyd edilmişdir.
Burada IX-X əsrlərə aid alban abidələri vardır.
Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözü ilə türk dilində «təpə, zirvə» mənasında işlənən tiqey sözünün[5] fonetik forması olan dıqya > dığa sözündən əmələ gəlmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 200 nəfər, 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər, 1904 - cü ildə 198 nəfər, 1914 - cü ildə 184 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 1923-24 - cü illərdə öz doğma evlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 95 nəfər, 1931-ci ildə 125 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə qovulmuşdur. İndi ermənilər yaşayır.