Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hörümçək-Qven
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Qven Stefani
Qven Stefani (3 oktyabr 1969, Fallerton[d], Kaliforniya) — ABŞ müğənnisi. Love. Angel. Music. Baby.
Hörümçək-qadın (Qven Steysi)
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur. 23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. Əhalisinin hamısı Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Crvej
Crvej — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cevriş formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir. Ermənicə bu kənd hal-hazırda "Crvej" adlanır, və kəndin adının mənasının erməni dilində "şəlalə" olduğu bildirilir. Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1929-cu illərdə İran və Türkiyədən köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1873-cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdular. İndi burada ermənilər yaşayır.
Evoj
Evoj (fr. Évosges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01155. 2010-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. 2010-cu ildə 85 yaş arasında (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 83,5%, 1999-cu ildə 70,7%). 71 aktiv sakindən 63 nəfər (32 kişi və 31 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) işlədi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Grep
grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qjel
Qjel – rus farforu olub, adını yarandığı Qjel şəhərindən götürüb. Adı ilk dəfə 1328-ci ildə çəkilir. Farfordan düzəldilmiş qablar, oyuncaqlar ağ və mavi rəngli boyalarla bəzədilir.
Qley
Qley - Q.N.Vısotski tərəfindən işlənmişdir. Torpaq profilinin struktursuz azməsaməli hissəsi yaşıl, mavi, tünd göy, yaxud göyümtül pas rəngli olur. Bataqlaşmış və bataqlıq torpaqlarda oksigenin torpağa çətinliklə daxil olduğu və ya heç daxil olmadığı şəraitdə torpağın qleyləşməsi nəticəsində əmələ gəlir. İkivalentli dəmir birləşməsinin olmasından irəli gələrək, torpaq horizontu mavi-tünd göy, yaxud yaşıl rənglidir. Dayanıqlı rütubətlilik şəraitində güclü inkişag etmiş qleyləşmə prosesi nəticəsində formalaşır.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
Qnet
Qnet Ltd, keçmiş adları ilə QuestNet və GoldQuest — QI Group-a aid baş qərargahı Honkonqda yerləşən çoxsəviyyəli marketinq (MLM) şirkəti. QNet 1998-ci ildə Vicay Esvaran və Cozef Bismark tərəfindən qurulmuşdur. Şirkətin məhsullarına elektron ticarət platformasında enerji, çəki idarə etmə, qidalanma, şəxsi qulluq, ev qulluğu və moda aksesuarları daxildir. Şirkət bəzi ölkələrdə qanuni şəkildə fəaliyyət göstərir. Lakin Hindistan kimi ölkələrdə piramida sxemi və çoxsəviyyəli marketinq kimi ittiham olunur. Hindistan hökuməti və Hindistanın Telekommunikasiya Tənzimləmə Təşkilatı Banqalorda yayılan etiraz aksiyasından sonra saytı ölkədə qadağan etmişdir. Latviya televiziyası "QN Europe"un piramida sxemi olduğunu bildirdi. Livan İqtisadiyyat Nazirliyi əhaliyə Qnet haqda xəbərdarlıq etdi. Malidə şiddətli etirazlardan sonra 10 IR fırıldaqçılıqdan həbs edildi. Yeni üzvlər 400-6.000.000 CFA arası ödəniş etdi.
Ağbulaq (Avəc)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc şəhərindən 36 km şimal-şərqdə, dağlıq ərazidədir.
Bee Gees
Bee Gees — 1960-cı illərdə rok, 1970-ci illərdə disko musiqi ilə məşğul olmuş, dünyanın ən tanınmış qruplarından biri. "Bee Gees" qrupu İngiltərədə doğulmuş, Avstraliyada böyümüş, ABŞ-də şöhrət qazanmış Berri, Robin və Moris adlı 3 qardaşdan ibarət olmuşdur. Qrup 1977-ci ildə World Music Awards Əfsanə mükafatına layiq görülüb. Qrup üzvü Moris Qibb 12 yanvar 2003-cü ildə, Robin Qibb isə 20 may 2012-ci ildə vəfat etmişdir. "Bee Gees" 7 dəfə Qremmi mükafatı qazanmış, albom və sinql satışları 225 milyonu keçmişdir.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Hamosa glycyphyllos (L.) Medik. Hedyphylla glycyphylla (L.) Rydb. Hedyphylla vulgaris Steven Tragacantha glycyphyllos (L.) Kuntze Astragalus gliciphyllos Neck. Astragalus glycyphyllos proles bosniacus (Beck) Asch. & Graebn. Astragalus glycyphyllos f. bosniacus Beck Astragalus glycyphyllos var. rotundifolius Čelak.
Boz gəvən
Bərkcan Güvən
Berkcan Güven və ya təxəllüsü ilə BEGE (30 may 1996, İstanbul) — Türkiyə internet fenomeni, "YouTuber" və müğənni. O, 2014-cü ildə "YouTube" karyerasına başlamış və indiki dövrdə xüsusilə buraxdığı mahnılarla tanınır. Güven 2013-cü ildə "Vine" sosial şəbəkə platformasında ilə mediaya daxil olmuşdur. O, daha sonra platformanın bağlanması ilə "Instagram" , ardınca "Youtube"da məzmun istehsal etməyə başlamışdır. Güvən 2017-ci ildə "YouTube My Job", daha sonra isə "Re" və "Where?" kimi buraxdığı mahnılarla populyarlığını artırmışdır. Onun “Re” mahnısının klipində müğənni Aleyna Tilki ilə çıxış etməsi də mətbuatda yer almışdır. O, 27 dekabr 2019-cu ildə "Clear Man"in sponsorluğu ilə Kriştiano Ronaldo ilə video çəkmişdir. O, Ben Fero, Reynmen, Unlost və Efe Uygaç kimi şəxslərlə əməkdaşlıq edərək öz nənəsi üçün ianə yayımı başlatmış, Darülacezeyə 200 min TL ianə etmişdir. Bu ianə yayımında Türkiyə futbolçusu Yusuf Yazıcı da ianə etmişdir. Güvən səs aktyoru və aktyor Burhan Güvənin oğludur.
Ceyn Qrey
Lady Jane Dadley (evləndikdən sonra) və "Doqquz günün kraliçası" olaraq da bilinən Lady Jane Grey (c. 1537 - 12 fevral 1554), 10 İyuldan etibarən İngilis zadəgan və de-fakto İngiltərə və İrlandiya Kraliçası idi. 19 iyul 1553. Jane, kiçik qızı Məryəm vasitəsi ilə Henry VII'nin nəvəsi idi və bir dəfə Edward VI'dan çıxarılan ilk əmiuşağı idi. Mükəmməl bir humanist təhsili və öz dövrünün ən çox öyrənilən gənc qadınlarından biri kimi bir nüfuza sahib idi. 1553-cü ilin mayında o, Edvardın baş naziri Con Dadlinin kiçik oğlu, Northumberland əyalətindən olan Lord Lord Gildford Dadli ilə evləndi. 1553-cü ilin iyununda Edward VI, Ceyn və onun kişi varislərini Tacın varisi kimi irəli sürərək öz iradəsini yazdı, qismən onun bacısı Məryəm Roma Katolik olduğu üçün, Jane sadiq Protestant olduğu üçün və İngiltərənin İslah edilmiş Kilsəsini dəstəkləyəcək. təməlinin qoyulduğunu iddia etdi. Bu, onun yarı bacıları Məryəm və Elizabethi, üçüncü varislik qanununa görə iddialarını dəyişdirərək qanunsuzluqlarına görə varislik xəttindən kənarlaşdıracaq. Edvardın ölümündən sonra Ceyn 10 iyul 1553-cü ildə kraliça elan edildi və London qalasında tac gözlədi.
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Düzyarpaq gəvən
Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Elvin Qrey
Elvin Qrey (başq. Элвин Грей) və ya Radik Yulyakşin (başq. Радик Юлъяҡшин; rus. Радик Юльякшин) — rus pop müğənnisi və başkir əsilli prodüser. Radik Yulyakşin Ufada etnik başkır inşaat işçisi ailəsində anadan olub. Moskva Dövlət Pedaqoji Universitetini bitirib . 2006-cı ildə ilk albomunu çıxarmışdır. Yulyakşin 2006–2012 illər ərzində hər il Başqırdıstanda İlin Müğənnisi seçilmişdir. 2011-ci ildə Moskvaya köçmüşdür. 2016-cı ildə Yulyakşin Tatarıstanda ilin mədəniyyət adamı adına layiq görülüb.