Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gimnastika
Gimnastika — idmanın populyar növlərindən biridir. Gimnastikanın aşağıdakı növləri var: İdman gimnastikası, bədii gimnastika, akrobatik gimnastika, tamblinq == İdman gimnastikası == Qadın idman gimnastikası 4 alət üzərində (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlər), kişi idman gimnastikası isə 6 alət üzərində (xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik) hərəkətlərin icra olunduğu bir idman növüdür. Qadın idman gimnastları güc, ustalıq, artistizm, elastiklik tələb edən tarazlıq, mayallaq aşma, fırlanma və salto elementlərini xüsusi zərifliklə mükəmməl icra edirlər. Güc, elastiklik, tutma çevikliyi, akrobatik elementlər və alətin bir tərəfindən digər tərəfinə keçmə bacarığı dəfedilməz, başdöndürən çıxış nümayiş etdirməyə imkan yaradır. Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir. Digər gimnastika növləri ilə müqayisədə kişi idman gimnastikası ən çox medal dəstlərinin oynanıldığı bir yarış növüdür. == Bədii gimnastika == Gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. Dünya miqyaslı yarışlarda alətsiz çıxışlar bir qayda olaraq müşahidə olunmur. Qrup hərəkətləri komandaları isə iki proqram üzrə çıxış edirlər: birincisi - beş eyni alətlə (məsələn: 5 top, beş cüt gürz, 5 halqa) ikincisi isə, iki fərqli alətlərlə (məsələn: halqalar və gürzlər, lent və toplar, ip və toplar). == Akrobatik gimnastika == Akrobatika gimnastikası musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür.
Akrobatik gimnastika
Akrobatik gimnastika — musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür. == Tarixi == Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları "İliada" və "Odisseya"da da öz əksini tapıb. Qədim Yunan teatrlarında Aristofanın komediyası göstərilən zaman (bizim eradan əvvəl IV əsrdə), fasilələrdə akrobatik elementlərdən ibarət məzhəkəli nömrələr göstərilirmiş. "Akrobat" termini yunanca "Akrobates" sözündən əmələ gəlmiş "yuxarı qalxan" mənasını verir. Akrobatika da cütlərlə və qrup halında çıxışlar olur: 1. Qadın cütlüyü 2. Kişi cütlüyü 3. Qadın qrupu (3 nəfər) 4. Kişi qrupu (4 nəfər) Hər çıxışın da qrupları var: 1.
Bədii gimnastika
Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var. Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa).
Azərbaycan Gimnastika Federasiyası
Azərbaycan Gimnastika Federasiyası — Azərbaycanda idman gimnastikanin idarəetmə orqanı. == Haqqında == 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva seçilib. Mehriban xanımın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Azərbaycanda bədii gimnastika
Azərbaycanda bədii gimnastikaının yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadecda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır. 1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak edib. Bu, Azərbaycjan gimnastlarının dünya arenasında ilk çıxışı idi. Lina 1965-ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümumdünya Spartakiadasında çempion adını qazanıb. "Burevestnik" idman cəmiyyətinin komandası tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə edən Lina Vinnikova 3 dəfə "Miss Qrase" seçilib. 1984-cü il Olimpiya Oyunlarından sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşayiət olunub. Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina (məşqçisi V. Ukleyina) hesab olunurdu.
Beşiktaş Gimnastika Klubu
Beşiktaş Gimnastik Klubu (tr. Beşiktaş Jimnastik Kulübü) 1903-cü ilin Mart ayında İstanbulda təsis edilən idman klubudur. Beşiktaş Bərəkət Gimnastika klubu adıyla qurulan komanda, 26 Yanvar 1911 tarixində quruluşu təsis edilən klub Beşiktaş Osmanlı Gimnastika Klubu adı ilə təsdiqlənmişdir. Klub, futbol (kişilər və qadınlar), basketbol (kişilər və qadınlar), voleybol (kişilər və qadınlar) və həndbol növlərində əsas liqada, gimnastika, əlillər, boks, bric, güləş, yüngül atletika, avarçəkmə, stolüstü tennis və şahmat növlərində iştirak edir. Beşiktaş klubu emblemində Türkiyə bayrağını daşıyan ilk idman klubudur. Bundan əlavə futbol şöbəsində formasında ulduz daşıyan və beşdən çox çempionluğu olan 4 klubdan biridir. == Tarixi == 1902-ci ildə 22 nəfərdən ibarət olan qrup, o dövrdə Mədinə mühafizəsi adını daşıyan Şhaplı Osman Fərid paşa Beşiktaş rayonunu Sərəncəbəy bölgəsindəki evinin həyətində həftənin müəyyən günlərində görüşüb gimnastika ilə məşğul olardılar. O dövrdə toplanma azadlığı olmadığına görə bir gün bu qrup kəşfiyyat idarəsinin hücumu ilə polisə aparılmışdılar. Ancaq sonralar II Əbdülhəmidin yavəri və bəzi saray əməkdaşları padşahı sağlamlığa xeyirli işlər gördüklərini və dinən haram qəbul edilən və qadağan edilən futbol ilə məşğul olmadıqlarına inandıraraq bu qrupu gimnastika ilə məşğul olmağa icazə vermişdilər. Buna görə daha sonra adlarını Osmanlı Beşiktaş Bədən Tərbiyəsi Məktəbi olaraq dəyişdirmişdilər.
Milli Gimnastika Arenası
Milli Gimnastika Arenası — Koroğlu metrostansiyası yaxınlığında yerləşən arena. 9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev maqistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur.
Milli Gimnastika Arenası (Bakı)

Ümumrusiya Bədii Gimnastika Federasiyası
Ümumrusiya Bədii Gimnastika Federasiyası (ÜBGF; rus. Всероссийская федерация художественной гимнастики) — Rusiya qeyri-hökumət təşkilatı. 1991-ci ildə yaradılmışdır. SSRİ-də ayrıca Ümumrusiya Bədii Gimnastika Federasiyası (Rusiya Sovet Federativ Sosialist Respublikası) da mövcud idi, lakin o zaman bu, yalnız SSRİ Bədii Gimnastika Federasiyasının respublikada bədii gimnastikanın inkişafı və populyarlaşdırılması üzərində işləmək üçün hazırlanmış struktur şöbəsi idi. İndiki "Ümumrusiya Bədii Gimnastika Federasiyası" 1991-ci ildə təsis konfransı (12 sentyabr 1991-ci il, İvanovo şəhəri) tərəfindən təsis edilmişdir. Növbəti il 9 yanvarda qeyr-hökumət təşkilatı RSFSR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 2001-ci ildə hesabat-seçki konfransında təşkilatın strukturu yenidən qurulmuşdur. Rusiya Federasiyası Prezidentinin köməkçisi Sergey Yastrjembski prezident seçilmişdir. O, 2008-ci ilin dekabrında İrina Viner prezident seçilənə qədər bu vəzifədə iki dəfə dörd illik müddətə qalmışdır. İndi o, Federasiya prezidentinin vəzifələrini milli komandanın baş məşqçisinin işi ilə birləşdirir.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — 17, 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında keçirildi. Yarışlarda idmançılar 8 dəst medal uğrunda yarışdı. Yarışlarda fərdi çıxış edən idmançıların sayı 20, komanda kimi çıxış edən idmançıların sayı isə 75 bərabər idi. Ümumi olaraq Azərbaycan paytaxtına 95 gimnast gəldi. Onlar Avropanın 17 ölkəsini təmsil etdi. Yarışlara ən çox idmançı ilə ev sahibi Azərbaycan, həmçinin Belarus, Rusiya Federasiyası və Ukrayna qatıldı. Onlar 2015 Avropa Oyunlarında 8 gimnast ilə qatıldı. İştirakçı gimnastlar arasında ən məşhuru Rusiya Federasiyasını təmsil edən 8 qat Dünya Çempionu Yana Kudryavtsevadır. Bədii Gimnastika yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında keçirildi. Bu arena 2014-cü ildə istifadəyə verildi.
Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı
== Nəticələri ==
Bədii gimnastika üzrə Dünya Çempionatı
== Dünya Çempionatları ==
Bədii Gimnastika 2016 Yay Olimpiya Oyunlarında
Bədii Gimnastika 2016 Yay Olimpiya Oyunlarında — XXXI Yay Olimpiya Oyunlarında bədii gimnastika idman növü üzrə yarışlar 19-21 avqust tarixləri arasında baş tutdu. Yarışlar 14 000 tamaşaçı tutumu olan HSBC Arenada keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Fərdi yarışlarda qızıl medala Rusiya gimnastı Marqarita Mamun layiq görüldü; gümüş medalı digər Rusiya gimnastı Yana Kudryavtseva, bürünc medalı isə Ukrayna nümayəndəsi Anna Rizatdinova qazandı. Qrup yarışlarında da qızıl medal Rusiya gimnastlarına nəsib oldu. Gümüş medalı İspaniya, bürünc medalı isə Bolqarıstan nümayəndələri qazandı. Ümumi yekunda, medal sıralanmasında Rusiya Federasiyası maksimum nəticə, 2 qızıl və 1 gümüş medalla 1-ci yeri tutdu.
2007 Bədii gimnastika üzrə Avropa Çempionatı
Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı — 28 iyun 2007-ci ildə Azərbaycan respublikası Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışda 33 ölkənin 200-dən artıq idmançısı mübarizə aparıb. Fərdi mübarizəyə 31 ölkənin 80 gimnastı qatılıb. Yeniyetmələrin komanda yarışında isə 25 kollektivin iştirak edib. Bu gimnastlar 6 dəst medal uğrunda mübarizə aparıblar Qitə birinciliyinin ilk günündə daha aşağı reytinqə malik gimnastların yer aldığı C və B qruplarında fərdi yarışlar olub. == İştirak edən dövlətlər == Avstriya Azərbaycan Belçika Belarus Boliviya Xorvatiya Kipr Çexiya Estoniya Finlandiya Fransa Quam Almaniya Birləşmiş Krallıq Yunanıstan Macarıstan İsrail İtaliya Latviya Moldova Norveç Polşa Portuqaliya Rumıniya Rusiya Litva Slovakiya Sloveniya İspaniya İsveç İsveçrə Türkiyə Ukrayna == Gimnastlar == Azərbaycan Böyüklər: GİMATOVA Dinarə, QURBANOVA Anna, QARAYEVA Aliyə, CAVADLI Zeynəb Yeniyetmələrdən ibarət qrup komandası: MİRZƏYEVA Nigar, QULIYEVA Ceyla, ORUCOVA Esmira, SƏLIMBƏYOVA Əzizə, HÜSEYNOVA Cəmilə, XƏLƏFOVA Aelita Avstriya Böyüklər: VEBER Karolina, PÖSTINGER Selina, RAYTGRUBER Katarina Yeniyetmələr: ELLEBERQER Nina, QASSLER Liza, LANTSER Barbara, RUPEXT Nicol, VERTANÇİK Lena Ehtiyat: VEQŞNAYDER Nataşa Belçika Böyüklər: MASSET Manon, QERONTITIS Katerina Belarus Böyüklər: ÇERKAŞİNA Lyubov, RUDALOVA Svetlana, YÜŞKEVIÇ Mariya Yeniyetmələr: BIÇUN Yuliya, XARİTONOVA Anastasiya, STANİUTA Melitina, ARLOVSKAYA Xana, XLADKAYA Anqelina Ehtiyat: OSİPOVA Alesiya Bolqarıstan Böyüklər: PEYÇHEVA Simona, MİNÇEVA Monika, SIDEROVA Filipa Yeniyetmələr: BOJİLOVA Romina, TRAYANOVA Stefaniya, İLİYEVA Kristina, DİMİTROVA Maqika, KIROVA Qabriela Ehtiyat: TODOROVA Elena Xorvatiya Böyüklər: MAKAROVA Aleksandra, ZELİMORSKİ Anamarij, STOYAKOVIÇ Mateya Kipr Böyüklər: PANAQİYOTU Rayisa-Sula, TRİKOMİTİ Luçiya Çexiya Böyüklər: MENDLİKOVA İva, MİÇKOVA Monika, RADİMERSKA Nelya Yeniyetmələr: MARKOVA Nikol, DOSTALOVA Xana, DOPPLEROVA Barbara, KUMPREXTOVA Lüsi, ZAMORSKA Vendula, Ehtiyat: ZEMANOVA Monika İspaniya Böyüklər: SİD Almudena, RODRIQES Karolina Yeniyetmələr: REDONDO Lidiya, QONSALES Silviya, QARSIYA Rebeka, QARVIN Sara, AQİLER Sandra Ehtiyat: VAN RAVESTAYN Barbara Estoniya Böyüklər: KİKKAS İrina, LUKYANOVA Jana Yeniyetmələr: KUKK Karina, MAKUSİNA Yuliya, PUÇKİNA Tatyana, MOTSMEES Ariyel, BOQOMOLOVA Anna Ehtiyat: AKULINITSEVA Liza Finlandiya Böyüklər: RINQINEN Mariya, XUUXTANEN Yuliya, SARESVİRTA Marlena Yeniyetmələr: KİİXKİNEN Xaydi, XIYETAPAKKA Diana, ROMANJUK Yuliya, PURONLİNNA Emiliya, RİSTİKANGAS Rebekka Ehtiyat: RİSTIKANGAS Viktoriya Fransa Böyüklər: LEDU Delfin Birləşmiş Krallıq Böyüklər: CONS Françeska, MANN Xizer Gürcüstan Böyüklər: SAMLİKAŞVİLİ Mzevinari, XATİAŞVİLİ Ketevan, DONADZE Tatiya Yeniyetmələr: KURDADZE Nino, NAVAİDZE Natia, YANTETS Miriam, BALAXAŞVİLİ Meqi, TVİLDİANİ Tamara Ehtiyat:ÇARQEYŞVİLİ Tekla Almaniya Böyüklər: İNGİLDEYEVA Liza, VİTMAN Klaudiya, STOLBİN Darya Yeniyetmələr: QRAF Kristina, MANSUR Janin, MARKS Laura-Tabeya, NIKEL Yuliya, ULBRİX Liza Ehtiyat: DİTRİX Daniyela Yunanıstan Böyüklər: ANDRİYOLA Eleni, GKOUNTROUMPI Evangeliya, Yeniyetmələr: TAMPAKİ Eleni, PAPAİOANNU Antoniya, KONSTANTINU Mariya, MANIU Vasiliki, QEORQOVASILI Aleksandra Ehtiyat: BOTSİ Qeorqiya Macarıstan Böyüklər: VASS Dora, BENYO Frujina Yeniyetmələr: MİJER Aleksa, BOLDİJAR Ester, XORÇER Noemi, MARTON Fransiska, DUDİNSKY Mariya Ehtiyat: JOKE Kinqa İsrail Böyüklər: RIZENSON İrina, RİVKİN Neta Yeniyetmələr: BUZOVSKI Moran, KADOŞ Noa, KREMER Koral, SLUSER Elena, ZAKALUZKY Polina Ehtiyat: LEVIN Aleksandra İtaliya Böyüklər: LAURİTO Romina, ZANKANARO Beatris, KANTALUPPI Cülyetta Yeniyetmələr: ANTİNUÇÇİ Federika, FRANTSİNİ Paola, QALLİ Alisa, PLOTSER Valentina, ZUKKA Marqarita Ehtiyat: KOLOMBO Karlotta Latviya Böyüklər: KİSLUXİNA Marina, MEYERSONE Yelena, İSAKOVA Yana Yeniyetmələr: ROMANOVA Veronika, NAXİMOVA Nataliya, BEBRE Valda, MİÇULE Alina,YEFREMOVA Anna Ehtiyat: NESKROMNAYA Anna Litva Böyüklər: PAPARTİTE Lina, ABROMAVIÇUTE Qiedre Yeniyetmələr: LİONQİNAVİÇYUTE Yurqita, SILEYKİTE Eqle, LIEPAYTE Aqne, MARKEVIÇYUTE Uqne, PAPARTİTE Rasa Ehtiyat: KONÇEVIÇYUTE Qoda Moldova Böyüklər: TANURKOVA Anastasiya, ÇEBAN Karina, LEVKO Yelena Norveç Böyüklər: BOQETVEYT Xanna Kristina, QRAM Marte Yeniyetmələr:TORKILDSEN Mari, TORKILDSEN Tea, SANDVOLD Rikke, ÇHUDİ Daniela, TUYE Sara Bronnum Ehtiyat: QRAVDAL Tea Polşa Böyüklər: MİTROŞ Coanna, JDUN Anna Yeniyetmələr: JAMALEK Marta, ZUXLİNSKA Katarjina, KLAJMAN Süzanna, NAROLSKA Coanna, KOJİRA Karolina Ehtiyat:TRJONKOVSKA Karolina Portuqaliya Böyüklər: QOMEŞ İnes, KAETANO Sara, QERALDES Katarina Yeniyetmələr: SARAYVA Coana, DİAS Coana, JARDİM Cessika, ROSA Daniela, RORITS Vanessa Ehtiyat: MAÇADO Diana Rumıniya Yeniyetmələr: FAUR Kristina Teodora, MOLDOVAN Malina Florina, MARSİUS İonela,TOÇU Alis Viviyana, ÇAYA Monika Florina Ehtiyat: MARGINEYAN İoanna Aleksandra Rusiya Böyüklər: SESINA Vera, KAPRANOVA Olga, KANAYEVA Evqeniya Ehtiyat: STRUÇKOVA Olqa Yeniyetmələr: ANDRONOVA Darya, XAYRETDINOVA Karina, DONSKOVA Ulyana, ELYUTINA Aleksandra, NEXOJINA Nataliya Ehtiyat: YAKIMENKO Mariya Sloveniya Böyüklər: RODE Moyça, SEME Tyaşa İsveçrə Yeniyetmələr: ROXATÇ Karol, FRİDRİX Janin, ŞMİD Lara, STUÇKI Nadin, YAKOUB Suxeliya Ehtiyat: BÜSSER Rebekka Slovakiya Böyüklər: MIÇİKOVA Mixala, VARQOVA Katarina, MAÇALOVA Petra Yeniyetmələr: KOMPELOVA Jujana, QUBRIKOVA Darina, BARANOVA Yaroslava, PODLUÇKA Marianna, POKORNA Aleksandra Ehtiyat: DERMEKOVA İvana İsveç Böyüklər: LARSON Tereza Türkiyə Böyüklər: SÜTCÜ Berfin Serdil, ÖYLÜMLÜ Qizem Yeniyetmələr: AKILVEREN Pinar, DEVEÇİ Nevin Sevinc, AKILVEREN Pelin, ÇELEP Elif Zeynep, TAŞ Asya Nur Ehtiyat: AKALIN Yağmur Ukrayna Böyüklər: BESSONOVA Anna, QODUNKO Nataliya, Ehtiyat: KOVALÇUK İrina Yeniyetmələr: ŞURXAL Valeriya, BELKİNA Irina, SLOBODYAN Yuliya, YESKOVA Svetlana, RIZƏTDİNOVA Anna Ehtiyat: SUBBOTİNA Anna == Şəxsi nəticələr == Şəxsi birincilikdə Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq, Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşdür. Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325) ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600) ilk üç yeri tutmuşlar. Gürzlə hərəkətlərdə Vera Sessina (18,000) daha güclü çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Olqa Kapranova onunla eyni xalı yığsa da, cərimə xalı onun ikinci yeri tutmasına səbəb olmuşdur.
2009 Bədii gimnastika üzrə Avropa Çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. == İştirakçılar == Yarışa 32 ölkədən 186 gimnast qatımışdır. == Nəticələr == Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı. Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb. === Ev sahibinin nəticələri === Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatı

Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. == İştirakçılar == Yarışa 32 ölkədən 186 gimnast qatımışdır. == Nəticələr == Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı. Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb. === Ev sahibinin nəticələri === Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Gürzə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Gürzə) — 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 19.200 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.550 xal toplayan Ukrayna idmançısı Anna Rizatdinova qazandı. Bürünc medalı isə 18.150 xal toplayan Belarus idmançısı Melitina Staniouta qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Həlqə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Həlqə) — 19, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Yarışların finalı isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 18.850 xal toplayan Rusiya Federasiyasının idmançısı Marqarita Mamun qazandı. Gümüş medalı 18.500 xal toplayan Belarusnın idmançısı Melitina Staniouta qazandı. Bürünc medalı isə 18.150 xal toplayan İsrail idmançısı Neta Rivkin qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Lent) — 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 19.000 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.200 xal toplayan Azərbaycan idmançısı Marina Durunda qazandı. Bürünc medalı isə 17.950 xal toplayan Gürcüstan idmançısı Salome Pajava qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Top)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Top) — 19, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Yarışların finalı isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 18.950 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.250 xal toplayan Ukraynanın idmançısı Anna Rizatdinova qazandı. Bürünc medalı isə 18.200 xal toplayan Belarus idmançısı Melitina Staniouta qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Çoxnövçülük)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Çoxnövçülük) — 19 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 19 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 76.100 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 75.650 xal toplayan digər Rusiya Federasiyasının idmançısı Marqarita Mamun qazandı. Bürünc medalı isə 73.100 xal toplayan Belarus idmançısı Melitina Staniouta qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. Bürünc medalı isə İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 17 iyun tarixində baş tutdu. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. Bürünc medalı isə Belarus idmançıları (Anna Dudzenkova, Arina Tsitsilina, Ksenya Çeldişkina, Mariya Kadobina, Mariya Katsiak və Valeriya Pisçelina) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu.
FIG Bədii Gimnastika üzrə Dünya Kuboku 2017 seriyası
FIG Bədii Gimnastika üzrə Dünya Kuboku 2017 seriyası kişi və qadın idman gimnastikası üzrə yarışların keçirildiyi bir sıra mərhələlərdən ibarət idi.