Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Gavar (Kəleybər)
Gavar (fars. گوار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (92 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Lavar (İzer)
Lavar (fr. Lavars) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Mans kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38208. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Alaşar
Alaşar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1604-cü ildə yaradılmışdır.[mənbə göstərin] == Etimologiya == Alaşar kənd adının mənası talış dilində "alçaq dağlıq yer" deməkdir. Alaşar Cəlilabad rayonunun Komanlı inzibati ərazi vahidində kənd. Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, İinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır. == Toponimikası == Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, şinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır.
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Gilavan
Gilavan (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Xanəgah-i Gilavan — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır. == Haqqında == Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi. Məzmununa görə holavarlar üç qrupa ayrılır: Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; İş heyvanlarını tərənnüm edən holavarlar; Cütçünü tərənnüm edən holavarlar.Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur: Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir: Öküzlər qoşa getdi, Güc vurdu, daşa getdi. Cütün macı qırıldı, Zəhmətin boşa getdi.Qara öküz aranda, Çıxar gün qızaranda, Hodaq murada çatar, Torpaqdan bar alanda.
Qalasar
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qravür
Qravür (fr. gravure alm. graben‎dən — qazmaq, kəsmək fr. graver) — çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyirlər. Daş üzərində həkk olunmuş qravürə litoqrafiya (yun. lito — “daş”), ağac üzərindəkilərə isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənir. == Metalları qravür vasitəsi == Bir kəsici olaraq istifadə olunanlar: ştihel, bor (frez), puanson (dırnağa bənzər alət, müxtəlif ölçülü və dərinlikdəki nöqtələrdən kəsikli bir xətt ilə oyma zamanı istifadə olunur).
Telavar
Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Coğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd). == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.Telavar ətrafındakı relyef dağlıqdır. Ən yaxın yaşayış məntəqəsi Telavardan 14,1 km güney-günbatanda yerləşən Yardımlı şəhəridir. == Tanınmış şəxsiyyətlər == Bəhruz Mənsurov — Azərbaycan Milli Qəhrəmanı.Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri. Babayev İdris Babakişi oğlu.. 12 iyul 1962 ci ilde Telavar kəndində anadan olub. Şair..
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi.Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.
Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Alvar
ToponimlərAlvar (kommuna)
Davar
Davar - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən ad, mal-qara. == Etimologiyası == Davar sözü qədim türkcədəki tavar sözündəndir.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfin idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Quava
Quava — Cənubi Amerikada bitən meyvə. Bəzən bu meyvəyə Şimali Amerikada da rast gəlmək olar. O vitamin A-la zəngindir, dadı turşdan şirinə qədər dəyişilə bilər.
Glycyrrhiza glabra var. glabra
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Aladar Qereviç
Aladar Qereviç (mac. Aladár Gerevich; 16 mart 1910 – 14 may 1991, Budapeşt) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan. Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır. == Həyatı == Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı.Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar.1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi. O, keçirilən yarışlarda bütün idmançıları məğlubiyyətə uğradaraq komitə üzvlərini susdurdu. 1960-cı ildə keçirilən olimpiya oyunlarının qılıncoynatma üzrə final mərhələsində ani bir hərəkətlə məğlub oldu.