Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqnostik
Aqnostisizm — tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu, eləcə də sözügedən varlıqların mövcud olmasının və olmamasının da sübut oluna bilməyəcəyini irəli sürən fəlsəfi görüş. Filosof Uliam Rou aqnostisizmi belə tərif edir: "Aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür". == Ateizm və deizmdən fərqi == Aqnostisizm ateizm ilə eyni deyil. Ateizm tanrının var olmadığını və yaxud var ola bilməyəcəyini qəbul edir, lakin aqnostisizm tanrının var olub olmadığının bilinmədiyini və ya heç vaxt bilinməyəcəyini qəbul edir. Demoqrafik araşdırmalara görə isə ateizm və aqnostisizm digər bütün dinsiz fəlsəfələrlə eyni kateqoriyadadır. Bəzi mənbələr isə aqnostisizmi "neytrallıq" adlandırır. Tomas Heksli isə aqnostisizm haqqında demişdir: "Əslində bir ateistin düşüncəsi bir deistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür." Bertran Rassel , 1953 == Növləri == === Aqnostik deizm === Aqnostik deizm yaradıcının mövcud olmasını daha yüksək qəbul edən və yaradıcının varlığına inanan, amma yaradıcının mövcudluğunun sübut edilməsinin mümkün olmadığını qəbul edən fəlsəfi görüşdür. Deist biri yaradıcının varlığının beyin və müşahidə yoluyla başa düşülə biləcəyini deyər, amma aqnostik deist isə yaradıcının varlığının sübut edilməsinin heç bir yolu olmadığını, amma yaradıcının var olduğunu deyər.
Aqnostik ateizm
Aqnostik ateizm ateizmi və aqnostisizmi əhatə edən fəlsəfi mövqedir. Aqnostik ateistlər ateistdirlər, ona görə ki onların heç bir tanrı və ya ilahi varlığa inancları yoxdur və ona görə aqnostikdirlər ki, tanrının varlığının prinsip olaraq bilinə bilməz olduğunu və ya ən azından hal hazırda bilinə bilməyəcəyimiz hesab edirlər. Aqnostik ateizm bir və ya daha çox ilahi varlığın mövcudluğuna inanan, ancaq bu varlıqların mövcudluğunun və ya yoxluğunun bilinə bilməyəcəyini düşünən aqnostik teizmin əksi ola bilər. == Epistemoloji arqumentlər == Ateistlər həmçinin tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanens fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqda əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edirdi ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Qotik memarlıq
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotik metal
Qotik metal ya da Qot metal. Doom metal və Heavy metal ın, Gothic tərzi ilə görüşüdür. ABŞ və Avropada yaranıb. Celtic Frost, bir neçə il sonra isə Paradise Lost və Theatre Of Tragedy kimi melodik keyboard və ağır Doom riffli gitara işlədən qruplardan yaranıb. Type O Negative, My Dying Bride və Anathema adətən insana böyük təsir göstərən ağır və hüznlü atmosferi ilə cəlb edir. İlk Goth Metal mahnısı, Paradise Lost qrupunun "Gothic" albomunun eyni adlı mahnısı sayılır. Death və famale vokallarla... Bu albom bir çox qruplara ilham mənbəyi olmuşdur, eləcə də Paradise Lost`un özünə. Theatre Of Tragedy, Tristani və Sins Of Thy Beloved kimi qruplar, bu tərzə daha qaranlılıq və daha da daxili əzabvericili əlavə edərək daha yüksəltdilər Goth Metal`ı. Orta əsrlərə xas olan musiqi əlamətləri, Gregorian xorları, kilsə orqları, fleytalar, skripkalar və qadın vokallar əlavə edilərək, Doom metal riffləri ilə bəzədildi və nəticədə çox sevilən bir tərz kimi qəbul edildi.
Qotik rok
Qotik rok (ing. Gothic rock) — rok musiqi üslubu. 1970-ci illərin sonlarında ortaya çıxmış bir rok növüdür. Qısaca qot rok olaraq da adlandırırlar. Qotik rokda çoxu rok növündə olduğu kimi elektro gitara, bass gitara, zərb alətləri, solo gitara istifadə edirlər; amma digər rok növlərindən özünü ayıran xüsusiyyəti isə əlavə olaraq zərb maşını və sintezator alətlərinin istifadə edilməsidir. Bu növün qruplarının %90-ı qadın vokalist istifadə edər.
Noetik Elmlər İnstitutu
Noetik Elmlər İnstitutu ( IONS ) Amerika qeyri-kommersiya parapsixoloji tədqiqat institutudur. Təsisat 1973-cü ildə keçmiş astronavt Edqar Mitçel, investor Paul N. Temple və paranormal hadisələrlə maraqlanan digər şəxslərlə birlikdə noetika və insan potensialları ilə bağlı araşdırmaları təşviq etmək və aparmaq üçün təsis edilmişdir. İnstitut spontan remissiya, meditasiya, şüur, alternativ müalicə üsulları, şüura əsaslanan sağlamlıq xidməti, spiritualizm, insan potensialı, psixi qabiliyyətlər, psixokinez, ölümdən sonra həyat və şüurun sağalması kimi mövzularda tədqiqatlar aparır. İnstitut, fiziki və psixi sağlamlıq faydalarının meditasiya və yoqa ilə əlaqəli olub-olmaması ilə bağlı 6500-dən çox məqaləyə istinadla İnternetdə mövcud olan pulsuz istifadə üçün bazasını saxlayır. Baş ofisi Kaliforniyanın Petaluma şəhərinin xaricində yerləşən IONS 81 hektar ərazidə yerləşir. Onun hazırkı direktoru Claire Lachance-dir. Edqar Mitçel, 1971-ci ildə Apollon 14 Aya eniş etdikdən sonra Yerə qayıdarkən böyük bir təcrübə yaşadığını bildirdi. O, həmçinin kosmosa uçuş zamanı yerdəki dostları ilə ekstrasensorik təcrübələr apardığını deyirdi. 1973-cü ildə investor Paul N. Temple və digərləri ilə birlikdə Mitçel Noetik Elmlər İnstitutunun (IONS) həmtəsisçisi oldu. 1973-cü ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmişdir.