Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dracula
Drakula — mənası balaca əjdahadır. Şəxslər III Vlad Drakula — Valaxiya hakimi (XV əsr). Əsərlər Drakula (roman) — İrlandiya yazıçısı Brem Stokerin əsəri. Drakula (personaj) — İrlandiya yazıçısı Brem Stokerin "Drakula" əsərində baş qəddar personaj. Filmlər Drakula 2000 (film, 2000) Drakula (film, 1931, İspanca versiya) Drakula (film, 1958) Drakula (film, 1979) Drakula (film, 2014) Digər Drakula (lat. Dracula) — bitki növü.
Drakula
Drakula — mənası balaca əjdahadır. Şəxslər III Vlad Drakula — Valaxiya hakimi (XV əsr). Əsərlər Drakula (roman) — İrlandiya yazıçısı Brem Stokerin əsəri. Drakula (personaj) — İrlandiya yazıçısı Brem Stokerin "Drakula" əsərində baş qəddar personaj. Filmlər Drakula 2000 (film, 2000) Drakula (film, 1931, İspanca versiya) Drakula (film, 1958) Drakula (film, 1979) Drakula (film, 2014) Digər Drakula (lat. Dracula) — bitki növü.
Grangea
Grangea (lat. Grangea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Grangea anthemoides O.Hoffm. Grangea ceruanoides Cass. Grangea gossypina (Baker) Fayed Grangea jeffreyana Fayed Grangea lyrata (DC.) Fayed Grangea madagascariensis Vatke Grangea maderaspatana (L.) Desf.
Qranada
Qranada (isp. Granada) — İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən şəhər. 1492-ci ilə kimi Qranada əmirliyinin paytaxtı olmuşdur. Əndəlus müsəlmanlarının tikdiyi məşhur Əlhambra sarayı bu şəhərdədir.
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Qravüra
Qravür (fr. gravure alm. graben‎dən — qazmaq, kəsmək fr. graver) — çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyirlər. Daş üzərində həkk olunmuş qravürə litoqrafiya (yun. lito — "daş"), ağac üzərindəkilərə isə ksiloqrafiya ("ksilo" – yunanca "ağac" deməkdir) deyilir. Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənir.
Frangula
Mürdəşər (lat. Frangula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Glandula
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Frangula grandiflora
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.
Frangula rupestris
Qaya mürdəşəri (lat. Frangula rupestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, nahamar, tünd boz rəngli, çox budaqlanan gövdəli, az mərciməkli, sürünən koldur. Yarpaqları möhkəm yarımdərili, parlaq yaşıl, üstü tutqun, alt tərəfi açıq yaşıl, enli-oval, enli əks-yumurtavaridən uzunsov-ovaladək dəyişir, uzunluğu 1,5-5 sm, eni 1-4 sm, qısa, ucu biz, bünövrəsi yumru, 7-10 cüt çox çıxan damarcıqlıdır. Yarımçətirləri mürəkkəb çiçəkləri, 2-10 ədəd olmaqla uzun çiçək saplağında yerləşir. 1-2 ədəd çiçək altlığı vardır. Çiçəkləri yumru, uzunluğu 0,25-0,3 sm olub, üstü açıq yaşıl və ya sarımtıl, içərisi sarıdır. Meyvələri əvvəlcə qırmızı, sonradan bənövşəyi-qara rəng alır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir == Ekologiyası == İstisevən bitkidir, rütubətə və küləyə davamlıdır.
Grangea lanceolata
Madonna Qranduka
Madonna Qranduka (it. Madonna del Granduca) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Qranduka" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Palatso Pittidə saxlanılır.
Physostegia granulosa
Yeganə Physostegia virginiana (L.) Benth. növü aiddir. Gülçülükdə bir növ- Virciniya fizostegiyasından (P. virginiana) geniş istifadə olunur. Bu bitkilərin hündürlüyü 1 m-ə qədər olub, nazik lansetvari yarpaqları uzun çiçək oxcuğunda sıra ilə yerləşib. Çoxlu sayda sortları olan bu bitki hündürlüyünə və çiçəklərin rənginə görə bir-birindən fərqlənir. Çiçəklərin rəngi ağ, tünd-qırmızı, yasəməni ya da bənövşəyi ola bilər. Fizostegiyanı əkməzdən əvvəl torpağı mineral gübrələrlə təmin etmək lazımdır. Payızda çiçək saplaqları kəsilməlidir. Fizostegiya bitkisini toxumla, yazda kolların və kökümsovların bölünməsi ilə çoxaltmaq olar. Dracocephalum denticulatum Aiton Dracocephalum denticulatum var.
Qraf Drakula
Qraf Drakula (ing. Count Dracula) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin baş mənfi personajıdır. Qraf Drakula personajı Brem Stokerin Drakula əsərində baş mənfi personaj kimi göstərilib. Bu personaj IV əsrdə İrlandiyanı idarə etmiş qəddar hakim olan Drakula əsasında yaradılmışdır. Əsərin sonunda Drakulaya qalib gələn yeganə şəxs həkim Van Helsinq olur. İlk dəfə teatrda 1927-ci ildə Londonda göstərilmişdir.
Qranada FK
Qranada FK — Qranada şəhərini təmsil edən ispan futbol klubu. Klub 14 aprel 1931-ci ildə Recreativo Granada adı ilə yaradılıb. 1941-ci ildə klub La Liqada debüt etdi və 1959-cu ildə Kral Kubokunun finalına çıxdı və orada "Barselona"ya uduzdu. Ümumilikdə, klub Primerada 17 mövsüm keçirdi ki, sonuncu mövsüm 1975/76-dır. O vaxtdan bəri komanda əsasən Sequnda B-də çıxış edib (33 mövsümdən 22 mövsüm). 2009-cu ildə klub bağlanmaq ərəfəsində idi, lakin Qranada Udineze ilə tərəfdaşlıq müqaviləsi bağlayaraq xilas oldu . Nəticədə, əsasını “Udineze”dən icarəyə götürənlərdən təşkil edən klub Sequndaya, növbəti mövsümdə isə Primeraya yüksələ bildi. 2016/17 mövsümünün sonunda klub İspaniya ikinci divizionuna düşüb. İki mövsümdə yenidən yüksək liqaya qayıda bildi. 2019/20 mövsümü “Qranada” üçün “Vilyarreal”la (4:4) qatil oyunu ilə başladı.
Qranada Konfederasiyası
Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət. 1853-cü ildə Yeni Qranada Respublikasında konsitutsiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir. 27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir.
Qranada Universiteti
Qranada Universiteti (isp. Universidad de Granada) — İspaniyanın Qranada şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1531-ci ildə qoyulmuşdur. Universitetin fakültələri bunlardır: Hüquq fakültəsi; İqtisadiyyat və biznes fakültəsi; Tibb fakültəsi; Əczaçılıq fakültəsi; Psixologiya fakültəsi; Kompüter elmləri fakültəsi; Sosial elmlər fakültəsi; Memarlıq fakültəsi; Mülki inşaat fakültəsi; Xarici dillər fakültəsi; Fəlsəfə fakültəsi; Fizika fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi. Universitet zəngin kitabxanaya malikdir. Koimbra qrupunun üzvüdür. Universitetə qəbul olmaq üçün əsas şərt dil bilikləri səviyyəsinin yüksək olmasıdır. İspan dilinin minimal səviyyəsi DBE olmalıdır.
Qranada qətliamı
Qranada qətliamı — 1066-cı ildə Qranada şəhərində yaşayan yerli yəhudiəsilli əhaliyə qarşı törədilmiş qətliam. Hadisə 1066-cı ilin 30 dekabr tarixində (İbrani təqvimlə: 9 Tevet, 4837-ci il) baş vermişdir. Hadisələr İslam hakimiyyətinə tabe olan Əndəlus bölgəsinin Qranada şəhərindəki dövlət sarayında yəhudi əsilli vəzir Yozef ibn Nagrela qarşı sui-qəsd ilə öldürülməsindən sonra şiddətlənmişdir. Yəhudi əsilli vəzirə qarşı törədilmiş hadisədən sonra şəhərdə yaşayan bir çox yəhudi öldürülmüş və yəhudilərə məxsus mülklərə ziyan vurulmuşdur. Yozef ibn Nagrela və ya tarixi mənbələrdə xatırlandığı kimi Yozef ha-Nagid (ivr. ‏רבי יהוסף בן שמואל הלוי הנגיד‏‎ ; ərəb. ابو حسين بن النغريلة‎) Berber hökümdarı Bədis əl-Müzəffərin sarayında vəzir kimi çalışırdı və eyni zamanda Qranada şəhərindəki yəhudi icmasının rəhbəri kimi də tanınmaqda idi. Rabbi Samuel adlı yəhudinin ailəsində dünyaya gələn Yozef ilk təhsili atasından almışdır. Atasının vasitəsilə ivrit dilində yazılmış şeirlərlə tanış olmuş və ivrit ədəbiyyatı ilə daha yaxından maraqlanmağa başlamışdır. Qeydlərinə əsasən 1045-ci ildə atası ilə birlikdə hərbi səfərlərə çıxmışdır.
Qranada əmirliyi
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
Rhamnus frangula
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
Frangula grandifolia
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda, İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Frangula microphylla
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılıb. == Botaniki təsviri == Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
Drakula 2000
Drakula 2000 (ing. Dracula 2000) — 2000-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film büdcəsinin nisbətən böyük olmasına baxmayaraq gəliri az olmuşdur. == Məzmun == Oğru dəstəsi Londonda yerləşən Van Helsinqin antikvar saxlamasına girirlər. Onlar əldə etdikləri qəniməti özləri apararaq ölkəni tərk edirlər. Bundan narahat olan Van Helsinq və antikvar ilə maraqlanan Saymon onların ardınca yola düşürlər. Bir müddət sonra Saymon gözlənilmədən Drakula ilə rastlaşır. Drakulanı öldürmək üçün adi insanın gücü çatmayacaqdır. Bunun sirrini isə dünyada yeganə insan bilir...
Drakula İstanbulda
Drakula İstanbulda (türk. Drakula İstanbul'da) — 1953-cü ildə istehsal olunmuş Türkiyə filmidir. Bu film Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərindən ilhamlanaraq türk yazıçısı Ali Rıza Seyfinin yazdığı "Kazıklı Voyvoda" əsəri əsasında hazırlanmışdır. == Məzmun == Azmi (Conatan Harker), İstanbulda yaşayan bir vəkildir. Azmi Rumıniyada yaşayan Drakula adlı bir nəfərin hüququ vəkilliyini üzərinə götürmüşdür. Bunun üçün bir qatar ilə Rumıniyaya gedir. Azmi Rumıniyaya gələndə buradakı Bistriç Otelinə gedir. Daha əvvəl Azmi üçün bu oteldən yer verilmişdir. Otelə Azmi üçün Drakula bir məktub göndərmişdi. Məktubda Drakula, Azmini öz qəsrinə aparacaq olan avtomobilin yerini təsvir etmişdir.
Drakula 3D
Drakula 3D (ing. Dracula 3D) — 2012-ci ildə istehsal olunmuş film.