Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Rəngi
Rəngi — Azərbaycanın milli rəqsi. Ən qədim rəqslərdən sayılan "Rəngi" qadın rəqsində hərəkət genişliyi, rəqsin şənliyinin rəngarəngliyi ona xas olan səciyyəvi cəhətlərdəndir. Naxçıvanda bu rəqsi hələ də oynayırlar. Rəqs Gəncədə yaranıb. Onun tempi aramdır.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Dənli bitkilər
Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən 3 qrupa ayrılır: Taxıl cinsinə mənsub olan dənli bitkilər. Bunlar 2 yarımqrupa ayrılır: a) əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir; b) darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı; Qarabaşaq bitkisi; Paxlalı dənli bitkilər – noxud, nut, lobya, mərci, lərgə, paxla və soya. Bütün dənli bitkilərin tərkibində fermentlər vardır. Normal tam dəyərli dənin tərkibində kompleks fermentlər olur. Taxılın, un və yarmanın saxlanılmasında, unun və çörəyin istehsalında fermentlərin çox böyük rolu var. Quru dəndə fermentlər az fəaldır, lakin nəmlik və rütubət artdıqca, temperatur yüksəldikcə fermentlər daha da fəallaşırlar. Nişastanı şəkərləşdirən, dekstrinləşdirən və proteoletik fermentlər nə qədər fəal olarsa, o zaman yüksək keyfiyyətə malik olan buğda unu istehsal etmək olar. Karbohidratlar – miqdarına görə dənli bitkilərin üzvi maddələri sırasında birinci yeri tutur. Karbohidratlardan dənli bitkilərdə əsasən nişasta (vələmirdə 36%, qarğıdalıda 60%), dekstrinlər, şəkər (soyada 2,2%, qalan dənlərdə 10%-ə qədər), sellüloza, pektin maddələri vardır. Nişasta dənli bitkilərin mühüm ehtiyat qida maddəsidir.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Göz rəngi
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Gümüş rəngi
Gümüşü – rəng çaları.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Krem rəngi
Krem rəngi — ağa sarı bir ton vermək üçün bəzilərinin işıqda birləşdirildiyi zəngin sarı karotenoid piqmentləri ilə təbii otlaqda mal-qara yayma tərəfindən istehsal olunan rəngdir. Krem sarı rəngli pastel rəngdir. Sarı və ağ qarışığı ilə krem istehsal edilə bilər. İngilis dilində bir rəng adı olan kremdən ilk istifadə 1590-cı ildə olmuşdur. == Təbiətdə == Bequnok quşu Krem rəngli ağacdələn == İnsan mədəniyyətində == === İncəsənətdə === Krem bəzi sənət növlərində, əsasən animedə dəri tonu kimi istifadə olunur. === Geyimdə === Kişilərin ağ tuxedo gödəkçələri krem və ya fil sümüyü rəngindədir. === Daxili dizaynda === Krem rəngi daxili dizaynda qeyri-ağ rənglərdən biri kimi geniş istifadə olunur. === İdmanda === İndiana Universitetinin Bloomington Hoosiers komandasının rəsmi rəngləri krem və qırmızıdır. Nebraska Universitetinin Cornhuskers komandasının rəsmi rəngləri qırmızı və kremdir. Oklahoma Universitetinin Sooners komandasının rəsmi rəngləri qırmızı və kremdir.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən "Kərkük"ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış "Kərkük" daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı "Kərkük" 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Mengi Oorjak
Mengi Oorjak və ya Meñgi Nagaan-ool Oorjak (8 yanvar 1975, Tıva) — Baytayqa bölgəsində yerləşən Baytalda anadan olmuşdur. Tuvalı şair, mənzum əsərlər ustasıdır. Tıva Respublikasının Turan şəhərinin 2 saylı məktəbində Tıva dili və ədəbiyyatı müəllimidir. O, eyni zamanda Tuva Respublikası və Rusiya Federasiyasının Yazıçılar Birliyinin üzvüdür. Mengi Oorjak 8 yanvar 1975-ci ildə Baytayqa kojunda Baytal beldesində anadan olmuşdur. 1999-cu ildə Tuva Dövlət Univesitetindən məzun olmuşdur. 1992-1993-cü illərdə "Sоdeystviye-Detkimçe" adlı qəzetin müxbiri, 1993-1996-cı illərdə "Tuva Respublikası" adlı qəzetin müxbirliyini, 1999-2000-ci illərdə Biy-Hem bölgəsinin Uyuk beldesinin orta təhsil müəssisələrinə Tuva dili və ədəbiyyatı müəllimliyinə təyin edilmişdir. İndi isə 2000-ci ildən bəri Turanın 2 saylı məktəbində Tuva dili və ədəbiyyatı müəllimi olaraq işləyir. Yazıçılığa 1990-cı illərin sonlarından başlamışdır. 1999-cu ildə özünün şerlər kitabı olan "Çöpşül den" adında kitabı yayımlanmışdır.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Qızılgül rəngi
Qızılgül rəngi — 330 düymlük hündürlükdə olan RGB rəng çarxı olaraq da bilinən HSV rəngli təkərində qırmızı və qəhvəyi rəngdə yerləşir. Qızılgül, HSV (RGB) rəngli təkərində üçüncü rənglərdən biridir. Gülün tamamlayıcı rəngi yaz yaşılıdır. Bəzən qızılgül rəngi, qırmızıya daha yaxın olan, 320 dərəcə yaxın bir hündürlüyə uyğun olan və ya əflatundan qırmızıya daha yaxın olan rəng kimi istifadə edilir. İngilis dilində rəng adı kimi ilk istifadə 1382-ci ildə olmuşdur. Rəngin adının etimologiyası çiçəyin adı ilə bağlıdır. Rəng adının etimologiyası gül çiçəyi adı ilə eynidır. Ad Cənubi İtaliyadakı Oskandan borc alınmış Latın qızılgülündən götürülmüşdür. Bu rəng kompüter ekranı üçün HTML kodunda dumanlı qızılgül kimi yazılmışdır. Rəng adı kimi ilk dəfə 1987-ci ildə istifadə olundu, bu rəng 1990-cı illərin əvvəllərində X11 veb rəngləri kimi formalaşdırıldı.
Qəhvə rəngi
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir.
Denni Boyl
Denni Boyl (ing. Danny Boyle; 20 oktyabr 1956) — İngiltərə rejissoru və kinoprodüseri. Onun ilk ekran əsəri olan "Shallow Grave" filmi "BAFTA" mükafatına layiq görülüb. Boylun narkotik aludəçilərindən bəhs edən filmi "Treynspottinq" 21-ci əsrin ən yaxşı 10 Britaniya filmi siyahısında yer alır. Denni Boylun ən görkəmli işi isə "Xarabalıqdan çıxmış milyonçu" filmi olub. Bu filmə görə o, "Oskar", "Qızıl Qlobus", və "BAFTA" mükafatlarına layiq görülüb.
Aleks Denni
Aleksander Ceyms Denni (ing. Alexander James Denny; 12 aprel 2000) — yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == === Everton === Denni 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. O, öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 91-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Denni İngiltərə U-17 millisi ilə debütünü 2016-cı ilin sentyabr ayında Xorvatiya U-17 millisinə qarşı oyunda etmişdir.
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Türkmaneli (dərgi)
"Türkmaneli" (dərgi) — türk dilində nəşr olunmuş siyasi qəzet. "Türkmaneli" dərgisi İraq Türkman Cəbhəsinin İnformasiya Dairəsi tərəfindən üç ayda bir türk dilində işıq üzü görmüş siyasi və mədəni mövzuları əhatə edən dərgidir. Dərginin 2003-cü ildən sonra nəşri dayandırılıb. 2007-ci ildə isə yeni bir heyətlə təkrar fəaliyyətə başlayıb.
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Yasəmən rəngi
Yasəmən rəngi – yasəmən çiçəklərinin orta rəngini əks etdirən solğun bir bənövşəyi ton olan bir rəngdir. Bəzi yasəmən çiçəklərinin rəngləri solğun, parlaq və tünd yasəmən çiçəklərinin rəngi tonlarında olur. Bəzi yasəmən gülünün çiçəkləri qırmızı-bənövşəyi rəngdə olur. İlk dəfə olaraq 1775-ci ildə İngiltərədə yasəmən rəngi olaraq qeydə alınıb.
Lopastnoy adası
Lopastnoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasından 350 metr şərqdə Kapriznaya çayının mənsəbində yerləşir. Lopastnoy adasından cənub və şimalda bir necə ada vardır: 500 m şimal-şərqdə Razdelnı adası, 3,8 km cənub-qərbdə Ozyornı və 5,2 km cənub-qərbdə Qlinistı adası yerləşir. == Təsviri == Adanın uzunluğu 1,8 km, eni 820 m təşkil edir. Sahillərində çoxlu dayda burun və körfəzlər vardır. Adanın cənubunda şirinsulu gölə sahibdir. Seçilən yüksəklik yoxdur. Maksimal hündürlük 4 metrdir. Qərbində geodeziya məntəqəsi yerləşir.
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. == Tarixi == Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Tomislav Lopatiç
Tomislav Lopatiç (6 mart 1963, Jelovci[d]) — Yuqoslaviyalı biatlonçu. Tomislav Lopatiç Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. Tomislav Lopatiç birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Lopatiç 40:18.2 saniyəlik nəticəsi ilə 64 atlet arasında 57-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Demi Lovato
Demi Lovato (ing. Demetria Devonne Lovato; 20 avqust 1992, Albukerke, Nyu-Meksiko) — Amerikalı müğənni, aktrisa, bəstəkar və xeyriyyəçi. "Disney" Camp Rock "və" Camp Rock 2 filmlərində Michie Torres rolu ilə şöhrət qazanmışdır. 2008-ci ildə Hollywood Records ilə müqavilə imzalayaraq Don't Forget adlı ilk studiya albomunu çıxardı. O, həmçinin "Sanniyə imkan verin", "The Disney Kanal sıra mühüm rol oynayır. 2009-cu ildə Demi "Şahzadə mühafizə proqramı" filmində mühüm rol oynamışdır. Kiçik olanda "Barney və Dostları" serialində Angela adlı kiçik qız rolunda çıxış etmişdir.. == Həyatı və karyerası == 20 avqust 1992-ci ildə `Albuquerque`da dünyaya gələn Demi Lovato qısa bir müddət sonra Dallasa köçür. Elə 7 yaşında rol aldığı Barney & Friends serialıyla sənət həyatına addım atır və elə 7 yaşında da gözəllik müsabiqəsində 1. seçilir.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Yevgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.