Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Frans Rubo
Frans Rubo (rus. Франц Алексеевич Рубо; fr. Franz Alexeïevitch Roubaud; 5 (17) iyun 1856, Odessa, Xerson quberniyası – 13 mart 1928, Münxen) — Fransız əsilli rus rəssam; əsasən batal janrında müharibə təsvirləri yaratmaqla tanınmışdır. Rubo XIX əsrin sonları və XX əsrin əvvəllərində Rusiya imperiyasında panoram rəssamlığının əsas nümayəndələrindən hesab olunur. Rəssamın əsərləri əsasən müharibə və şəhər təsvirlərindən ibarətdir ki, bu baxımından 1813-cü ildə Rusiya imperiyası və Qacarlar arasında baş vermiş Lənkəran döyüşünün təsvir edildiyi eyni adlı tablonu misal göstərmək olar. == Həyatı == Frans Rubo 1856-cı ilin 15 iyun tarixində Rusiya imperiyasının Odessa şəhərində əslən fransız-katolik olan ailədə anadan olmuşdur. Atası Alex Rubo, anası Madelin Seneq olan Frans ilk rəssamlıq təhsilini anadan olduğu Odessa şəhərində yerləşən Rəssamlar Akademiyasında almışdır. Rubo ailəsinin kökü Fransanın cənubunda yerləşən Marsel şəhərindən idi və Alex Rubo, Odessaya gəlməmişdən əvvəl, Marseldə kitab satışı ilə məşğul olmuşdur. Rubo Odessa Rəssamlıq Akademiyasında ilkin təhsilini başa vurduqdan sonra Almaniyanın cənubunda yerləşən Münhen şəhərinə yollanmış və 1877-ci ildən etibarən Münhen Rəssamlıq Akademiyasında təhsil almağa başlamışdır. Rəssamlıq üzrə dövrünün iki tanınmış akademiyasında təhsil alıqdan sonra Rubo, yenidən Rusiya imperiyasına qayıdır və Sankt-Peterburq şəhərində yerləşən, eyni adlı İmperiyal Rəssamlıq Akademiyasında panoram və müharibə rəsimləri çəkməyə başlayır.
Adolf Eduard Qrube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Aruba
Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti. 1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir. Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir. XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır. == Coğrafiya == İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.
Bruco
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Qrunt
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. Əhalisi 937 nəfərdir.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Qorbo
Qorbo (fr. Gorbio) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Uest kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,02 km², əhalisi — 1279 nəfərdir (2006) artım tendensiyası ilə: 1304 nəfər (2012), əhalinin sıxlığı 185,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1294 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1304 nəfər.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir. == Tarix == Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır. == Su yolları == Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur. Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Qrup
Qrup – 1)bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Məsələn, bir qrup adam; 2)siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). Məsələn, ictimai qruplar, ədəbi qruplar, təbliğatçılar qrupu, desant qrupu; 3)elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Məsələn, elmlər qrupu, bitki maddələri qrupu. Qrup (riyaziyyat) — G çoxluğu qrup adlanır. Qrup nəzəriyyəsi Qrup 84 — Ankaralı 4 gənc tərəfindən qurulan musiqi qrupu. Qrup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupu. Qrup Hepsi (Hepsi) — Türkiyə musiqi qrupu. Sosial qrup — Qrup seks Qruplaşma Musiqi qrupu R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Qrut
Qrut (ing. Groot) — Marvel Comics personajı. Sten Li və Cek Kirbi tərəfindən yaradılmış bu komiks obrazı ilk dəfə 1960-cı ildə ekrana çıxdı. Ağaca bənzər yadplanetli Qrut ilk dəfə eksperiment həyata keçirmək üçün insanları ələ keçirməyə çalışan işğalçı obraz kimi görünmüşdür. Marvel Kinematoqrafiya Kainatında Vin Dizel tərəfindən səsləndirilmişdir.
Quba
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Gulo
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Dəyirman qrupu
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
El Qreko
Dominikos Teotokopulos, El Qreko (yun. Δομήνικος Θεοτοκόπουλος, Domenikos Theotokopoulos, eləcə də Dominiko, Domenika, Teotokopuli kimi variantlara da rast gəlinir; isp. El Greco, hərfi mənada "Qrek" — yunan; 1 oktyabr 1541, İraklion, Kandiya krallığı – 7 aprel 1614[…], Toledo, Kastiliya krallığı — Yunan mənşəli İspaniya rəssamı.
Fosfat qrupu
Fosfat turşusu ( P O 4 − 3 {\displaystyle PO_{4}^{-3}} ) — qeyri-üzvi, kimyəvi və fosforlu turşudur. Fosfat turşusu və fosfat biokimya və ekologiya üçün cox mühimdir. Fosfat kənd təsərrüfatı və sənaye üçün çox əhəmiyyətli kimyəvi məhsuldur. Fosfat bərk şəraitli yüksək temperaturda firofosfatdan (Xörək duzu) da kondensasiya oluna bilər. Bütün hüceyrələri zülal olan fosfalar əlavə və aradan qaldırılması metabolik olan proseslərin tənzimləməsində əsas strategiyadır. Fosforlaşma və defosforlaşmanın enerji saxlanmasında və yaşayış sistemlərinin azad olunmasında əhəmiyyətli yolları var. Fosfat və ya ortofosfat ionu PO4 −3 üç protonun H+çıxarılması ilə fosfor turşusundan əmələ gəlir. Bir və ya iki protonun çıxarılması, sırasıyla dihidrogen fosfat ionu H2PO4− və hidrogen fosfat ionu HPO4−2 ionunu verir. Bu adlar ammonium dihidrogen fosfat və trisodium fosfat kimi anionların duzları üçün də istifadə olunur. Üzvi kimyada fosfat və ya ortofosfat bir orqanofosfattır, PO şəklində ortofosfor turşusunun mürəkkəb efiridir.
Kelt qrupu
Kelt dilləri — hind-avropa dil ailəsinə daxil olan qohum dillər qrupu.
Kern qrupu
Kern qrupu — Argentina, Avstraliya, Braziliya, Cənubi Afrika Respublikası, Çili, Filippin, İndoneziya, Kanada, Kolumbiya, Kosta-Rika, Qvatemala, Malayziya, Pakistan, Paraqvay, Peru, Tayland, Uruqvay, Vyetnam və Yeni Zelandiya da daxil olmaqla kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan 19 dövləti birləşdirən maraq qrupu. Kern qrupu kənd təsərrüfatı istehsalı sahəsində qlobal ticarəti liberallaşdırmaq məqsədi güdür. Qrup üzvlərinin məqsədi, xüsusilə də kənd təsərrüfatı məhsulları üçün ixracat subvensiyalarını ləğv etmək və belə məhsulların ixracatı üçün bazara daxil olmaları təkmilləşdirməkdir. Koalisiya, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) çoxtərəfli ticarət danışıqlarında ortaq bir cəbhə təqdim etməyə çalışır, ortaq təklifləri müzakirə edir və bəzən inkişaf etməkdə olan ölkələrin G20 qrupu kimi həmfikir qruplarla işləyirdi. 2018-ci ilin sentyabrında, İqtisadi Məsələlər İnstitutu, "Birləşmiş Krallığın əsas kənd təsərrüfatı ixracatçısı olmasa da, Aİ təchizat zəncirlərinə bağlandığını" ifadə edərək Birləşmiş Krallığın Kern qrupuna "mümkün qədər tez" qoşulmasını təklif etmişdi. == Tarixi == === Qurulması === Kern qrupu, 1986-cı ilin avqustunda, Avstraliya hökuməti bir qrupun yaradılmasına başçılıq etdiyi və Avstraliyanın Kern şəhərində ilk görüşü təşkil etdiyi zaman təsis edildi. İlk olaraq qrupun 14 üzvü var idi - Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Fici, Macarıstan, İndoneziya, Malayziya, Yeni Zelandiya, Filippin, Tayland və Uruqvay - göründüyü kimi qrup siyasi və iqtisadi cəhətdən çox müxtəlif olan dövlətlərdən təşkil olunmuşdur. Qrupun formalaşmasına Avstraliya hökuməti başçılıq edirdi. Lakin bəzi Cənub-Şərqi Asiya ölkələri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası vasitəsilə kənd təsərrüfatı ticarəti üzərində birgə işləyirdilər. "Kern qrupunun ən diqqət çəkən cəhətlərindən biri intellektual rəhbərliyin Avstraliya tərəfindən həyata keçirilməsi və Kanadanın bu prosesdə daha az iştirak etməsi idi.
Koimbra qrupu
Koimbra qrupu (ing. Coimbra Group – CG) — Avropada yüksək beynəlxalq standarta malik olan çoxistiqamətli universitetlərin şəbəkəsi. == Tarixi == 1985-ci ildə yaradılsa da, rəsmi nizamnamə ilə 1987-ci ildə təşkil edilmişdir. == Adı == Təşkilat öz adını Portuqaliyanın Koimbra şəhərindən almışdır; hansı ki, həmin şəhərdəki Koimbra Universiteti Avropada ən qədim ali məktəblərdən biridir.