Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Etimologiyası == Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Qular (Bükan)
Qular (fars. ‎‎قولر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (23 ailə).
Qular (Çaldıran)
Qular (fars. قولار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (11 ailə).
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Gülab
Gülab - Azərbaycanda qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq üçün içilir. == Ümumi məlumat == Gülab ayrıca içilən içki deyildir. Ondan yeyilən və içilən qidaların ətirli olması üçün istifadə edilir. Dörd kiloqram qızılgüldən altı litr əla keyfiyyətli gülab alınır. == Tərkibi == Bu içkidən 6 litrt hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qızılgül ləçəyi – 4 kq, su – 6 litrdən çox. == Hazırlanma qaydası == Gülab çəkməkdən ötrü qızılgülü dərib, adi mis qazanın içərisinə yığır və gülün üst səthindən azacıq yuxarı qalxmaq şərtilə su tökürlər. Qazan ocağın üstünə qoyulur. Sonra qazanın ağzına gildən və ya misdən hazırlanmış əngənək adlanan qabı çevirib kip bərkidilir. Boş qalan yer səliqə ilə xəmirlənir. Bundan sonra əngənəyin böyründəki deşiyə, təxminən 1-1,5 metr uzunluğunda qamış (plasmas və ya xüsusi metal boru) taxılır.
Gülnar
Gülnar (türk. Gülnar) — Mersin ilinin ilçəsi.
Gülsar
Gülsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,013 nəfər və 2,775 ailədən ibarət idi. Gülsar şəhəri,Böyük Seyfabad və Xalisə Seyfabad kəndlərinin birləşməsindən yaranıb.
Gülzar
Gülzar (Kirman)
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. == Xüsusiyyətləri == Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Qullar
== Kəndlər == === Azərbaycanda === Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Kəndlər == === Dağıstanda === Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. === Gürcüstanda === Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. == Etimologiya == İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. == Tarixi == === Rusiya imperiyası ilə müharibə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Qulam
Qulam (ərəb. غلام‎) — ərəbcə qulluqçu, köməkçi, oğlan və ya gənc mənalarını daşıyan söz. Cənnətdəki gənc qulluqçuları təsvir etmək üçün istifadə olunur. Sözün cəm forması olan "qılman" məqaləsində təsvir olunduğu kimi Abbasilər, Osmanlılar, Səfəvilər və daha az dərəcədə Moğol imperiyalarında qul əsgərlərinə istinad etmək üçün də istifadə olunur. == Ad == Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. == Sözün mənşəyi == "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. == İnanclar == İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. == Qaliyyə məzhəbləri == İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. == Növləri == Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Qula
QULA' - İrəvan qubеrniyasının Sürməli qəzasında kənd adı == Tarixi == XIX əsrin sonlarından sonra mənbələrdə kəndin adı çəkilmir. == Toponimi == Toponimin üç izahı ola bilər. Kəndin adı oradakı "Qüllə" adlandırılan qədim qala adındandır. 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində bir kəndin adı Qüllə kimidir XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qula (digər adı Soltaş) toponimi mə'lumdur. Azərbaycanda Qulabənd (Göyçay rayonu), Qulu-Daş (Yardımlı rayonu), Qulaqalası (Qazax rayonu, Əskipara kəndinin 4-5 km. liyində) adları ilə еynidir.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Aşağı Qullar
Aşağı Qullar (gür.: g.ə. ქვემო ყულარი, l.ə. kvemo ğulari) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 96%-i azərbaycanlılardan ibarət 628 nəfər (308 nəfəri kişilər, 320 nəfəri qadınlar) əhali yaşayır.
Bala Qusar
Bala Qusar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bala Qusar oyk, mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sol sahilində, Qusar maili düzənliyindədir. Oykonim "Qusar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. Kənd XIX əsrdə Qusardan köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1446 nəfər əhali yaşayır.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.