Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Qumuq (Dağıstan)
Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. «Qumuq» toponimi türk dilli «Qumuq-Atıköz» meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır. Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi.
Qumuq dili
Qumuq dili — türk dilləri ailəsinə daxil olan dillərdən biri, qumuqların ana dili. Türk dillərinin qıpçaq qrupuna aiddir. Rusiya Federasiyası ərazisində, əsasən Dağıstan, qismən də Çeçenistan, İnquşetiya və Şimali Osetiya respublikalarında yayılmışdır. Əlifbası 1929-cu ilədək ərəb, 1928-38 illərdə latın və 1939-cu ildən isə kiril qrafikası əsasında tərtib olunmuşdur.
Quruq (Xoy)
Quruq (fars. قوروق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Quyuq (Sulduz)
Quyuq (fars. شاوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (102 ailə).
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == "Dənizçi Günü" peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində "Dənizçilər günü"nün qeyd olunması barədə qərar qəbul edilib.
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. == Haqqında == 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: == Müstəqillik illərində elm == Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır. Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar. Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır.
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. == Mənşəyi və tarixi == Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Həmrəylik günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla "Kanada Günü" adını aldı və daha millətçi bir quruluş qazandı.
Kəffarə günü
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. == Mənbə == Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Marmot günü
Marmot günü (ing. Groundhog Day) — Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Meliorator günü
Meliorator günü — Azərbaycan Respublikasında keçmiş peşə bayramı; 2007-ci ildən etibarən hər il iyun ayının 5-i qeyd olunmuşdur. 2014-cü ildə ləğv edilmiş və həmin ildən bu peşə ilə bağlı Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunmaqdadır. Bu peşə bayramı "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamı ilə təsis edilmiş, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli Sərəncamı ilə ləğv edilmişdir.
Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər. Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın! Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir. Əlbəttə ki, məşhur tarixi hadisədir bu.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Neftçilər Günü
Neftçilər Günü — neft-qaz sahəsində çalışanların peşə bayramı. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Pakistan Günü
Pakistan günü (urdu یوم پاکستان, Yaum-e-Pakistan) — 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayram. Silahlı qüvvələr tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsidir. Gün Müsəlman Liqası tərəfindən Minar-e-Pakistanda siyasi qətnamənin hazırlanması hadisəsi münasibətilə xatirə günü kimi qeyd olunur. Bu qətnamə 23 mart 1940-cı ildə Hindistanda Britaniyanın nəzarətində olan ərazilərin şimal-şərq və şimal-qərb regionlarında müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdən ibarət müstəqil federasiyanın qurulmasını nəzərdə tuturdu. O vaxtdan bəri bu gün milli bayram kimi dövlət səviyyəsində hər il qeyd edilir və bir qayda olaraq bayram münasibətilə Pakistan Silahlı Qüvvələri hərbi parad keçirir.
Pi Günü
Pi Günü – məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır. Pi ədədinin ən çox istifadə olunan qiyməti 3,14-dür. Əsil qiyməti isə 3,141592653589793238462643383... kimi davam etməkdədir. Çevrənin uzunluğu və dairənin sahəsi başda olmaqla riyaziyyat və fizikada böyük bir yerə malikdir. Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Fransisko Eksploratoriumda həyata keçirilib. 12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi. The infinite appeal of pi Any way you slice it, pi's transcendental National Pi Day?
Preşern günü
Preşern günü (sloven. Prešernov dan) və ya Sloveniya Mədəniyyət bayramı (sloven. Prešernov dan, slovenski kulturni praznik) — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı. Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur. 1991-ci ildə 8 fevral istirahət günü elan edildi. Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir. 8 fevral İkinci Dünya Müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu. 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür. Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu.
Qiyamət günü
Qiyamət
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Ümumdünya Gülüş Günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.