Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Turia
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Abdulrazak Qurna
Abdulrazak Qurna (ing. Abdulrazak Gurnah, suah. Abdulrazak Gurnah; 20 dekabr 1948[…], Zənzibar (şəhər), Zənzibar, Tanzaniya) - ingilis dilində yazan Tanzaniyalı yazıçı . İngiltərədə yaşayır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ( 2021 ). Booker və Whitbread Mükafatları tərəfindən qısa siyahıya alınan "Paradise" ("Cənnət") (1994), "Desertion" ("Fərari" ) (2005) və Los Angeles Times Book Prize Kitab Mükafatı üçün qısa siyahıya alınmış "By the sea" ("Dəniz kənarında"" (2001) romanlarının müəllifidir. == Tərcümeyi-hal == 1948-ci ildə Zanzibar adasında ərəb əsilli müsəlman ailəsində anadan olub. 1968-ci ildə Zanzibarda anti-ərəb fikirləri səbəbindən İngiltərəyə köçərək təhsilini orada davam etdirdi. 1980-1982 -ci illərdə Nigeriyadakı Bayero Universitetində mühazirə oxudu. 1982 -ci ildə İngiltərədəki Kent Universitetində doktorluq dərəcəsi aldı.
Nuria rerio
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Quriya Respublikası
Quriya Respublikası – qərbi Gürcüstandakı Quriya bölgəsində Rusiya imperiyasına qarşı üsyan etmiş xalqın qurduğu dövlətdir. Quriyada hələ XV əsrdə müstəqil və yarımmüstəqil formada mövcud olmuş Quriya knyazlığı qurulmuşdu. Knyazlıq Rusiya imperiyasının himayəsinə daxil olduqdan qısa müddət sonra – 1829-cu ildə ləğv edilmiş və 1840-cı ildə birbaşa Rusiya imperiyasına daxil edilmişdir. Bu dövrdən sonra Rusiya hakim dairələrinin yerli gürcü kilsəsinə münasibəti, həmçinin ağır vergi siyasəti xalqın narahatlığına və zaman-zaman üsyanlara səbəb olmuşdur. 1902-ci ildə ərazilərin örüş haqları üstündə çıxan üsyanlarla başlayan üsyan hərəkatının tarixçəsi respublikanın elanından on illərlə əvvələ gedib çıxır. Vergiləndirmə, ərazi mülkiyyəti və iqtisadi faktorlar da daxil olmaqla, böyük ölçüdə kəndli əhalinin qarşı-qarşıya qaldığı problemlər üsyanın başlamasında böyük rol oynamışdır. Gürcü sosial-demokratların cəhdləri sayəsində meydana çıxan üsyanlar 1905-ci ildə Birinci Rus inqilabı dövründə daha da qüvvətləndi və getdikcə daha mütəşəkkil hal almağa başladı. Rusiya hakim hərbi dairələri bu geniş xalq üsynalarını yalnız 1906-cı ildə böyük hərbi güc tətbiq etməklə yatıra bildilər. Quriya Respublikası 1905-ci ildə kəndli üsyanları nəticəsində elan edilmiş və 1906-cı ilə qədər qısamüddətli mövcud olmuşdur. Respublika varlığı boyunca muxtar bölgə olmuşdur.
Quriya diyarı
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Quriya knyazlığı
Quriya knyazlığı – Gürcüstanda mövcud olmuş tarixi dövlət. Quriya kəlməsi meqrelcə və lazca kökənli kəlimədir, qəlb və ya mərkəz deməkdir. Gürcüstanın cənub-qərb bölgəsində yerləşən Quriya Qara dənizlə Kiçik Qafqaz dağlarının arasında yerləşir. 1463-cü ildən 1829-cu ilə qədər Qurieli sülaləsinə mənsub 22 şahzadə tərəfindən idarə edilmişdir. Gürcüstan çarlığının parçalanmasından sonra ortaya çıxmış və sərhədləri Osmanlı ilə davamlı meydana çıxan müharibələrə görə tez-tez dəyişmişdir. 1829-cu ildə Rusiya tərəfindən ləğv edilənə qədər müxtəlif muxtar hüquqlara malik olmuşdur. Quriya knyazlığı Rioni və Çoruh çaylarının arasında olan, XIII əsrin əvvəllərindən bəri monarxiya yolu ilə başa keçən hakimlər (eristavi) tərəfindən idarə edilən Gürcüstan krallığının bir bölgəsi idi. Gürcüstan çarlığının Qurieli rütbəsini verdiyi Quriyalı ailə Gürcüstanın monqollar tərəfindən istilasını fürsət bilərək 1280-ci illərdə müstəqilliyini elan etsə də, 1330-cu illərdə monqolların təzyiqi ilə V Georginin hakimiyyətini qəbul etməyə məcbur oldular. V Baqratın hakimiyyətə keçməsindən sonra Quriyanın şimalında svanlar üsyan qaldırdılar. V Baqrat üsyançıları məğlubiyyətə uğratdı, lakin 1362-ci ildə Quriyanı Svaneti knyazlığına verdi və Quriya Vardanidze sülaləsi tərəfindən idarə edilməyə başlandı.
Quriya mxaresi
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Yuria Obara
Yuria Obara (d. 4 sentyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İlya Qurin
9 iyul, 1922-ci ildə Ukraynanın Xarkov şəhərində dünyaya göz açmışdır. Rusiyanın əməkdar incəsənət xadimidir(1974). ÜDKİ-nin "Rejissorluq" fakültəsini bitirmişdir.(1952). Mixail Rommun yaradıcılıq emalatxanasında təhsil almışdır. Böyük Vətən Müharibəsini iştirakçısı olan Qurin 1952-ci ildən Maksim Qorki Adın Kinostudiyada fəaliyyətə başlamışdır. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. 8 sentyabr 1994-cü ildə Moskvada vəfat etmişdir. Bir məhəllədən iki nəfər (film, 1957) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Anxel Qurria
Xose Anxel Qurria Trevino (isp. José Ángel Gurría Treviño; 8 may 1950, Tampiko[d], Tamaulipas[d]) — İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yaradılmasından bəri beşinci Baş Katibi. Bankir ailəsində anadan olub. 1972-ci ildə Meksika Milli Muxtar Universitetinin İqtisadiyyat fakültəsini, 1974-cü ildə Lids Universitetində (Böyük Britaniya), Harvard Universitetində və Cənubi Kaliforniya Universitetində (ABŞ) aspirantura təhsilini başa vurub. 1979-cu ildən Meksikanın Maliyyə Nazirliyində çalışıb, ölkənin xarici borcu ilə bağlı danışıqlarda iştirak edib. 1989–1992-ci illərdə Meksikanın maliyyə nazirinin müavini, 1992–1993-cü illərdə isə Meksika Xarici Ticarət Milli Bankının İdarə Heyətinin sədri olub. Angel Gurría 1994-cü ilin dekabrında Meksikanı ağır iqtisadi böhrandan çıxardıqdan sonra dünyanın ən böyük maliyyəçilərindən biri kimi şöhrət qazandı (o zaman borc 28 milyard dollar idi). 1994-cü ildə ölkənin xarici işlər naziri vəzifəsini tutdu (1998-ci ilə qədər), bundan sonra 2000-ci ilə qədər maliyyə naziri olub. 1999-cu ildə Euromoney jurnalı Angel Gurríanı ən yaxşı maliyyə naziri, Davos Forumu tərəfindən nəşr olunan World Link jurnalı isə onu "ideal hökumətin" maliyyə naziri adlandırdı. 2005-ci ilin noyabrında OECD-nin Baş Katibi seçildi və 2006-cı ilin iyununda vəzifəsinin icrasına başlayıb və bu vəzifədə üç müddət — 2021-ci il iyunun 1-dək fəaliyyət göstərib.
Məhəmməd Quri
Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 1149 – 15 mart 1206, Qəzni) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib. Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib. Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur.
Quri Sultanlığı
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Dmitri Qulia körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.
Quriya üsyanı (1841)
Quriya üsyanı (gürc. გურიის აჯანყება, guriis agentq'eba ; rus. Мятеж в Гурии, myatezh v Gurii ) — Rusiya hökumətinin gürcü kəndlilər üçün təyin etdiyi yeni rüsumlar və vergilər səbəbindən o dövrdə Rusiya imperiyasının Gürcüstan-İmeretiya quberniyasının tərkibindəki Quriyada meydana çıxan üsyan. Quriya Gürcüstanın Rusiyaya birləşməsindən əvvəl knyazlıq kimi mövcud olmuşdur. Üsyana bir neçə zadəgan tərəfindən də dəstək verilmişdir. İlk dövrlərdə üsyançılar Quriyanın xeyli hissəsini ələ keçirməyi bacarsalar da, 1841-ci ilin sentyabrında rus ordusu və rus ordusunu dəstəkləyən digər gürcü zadəganları tərəfindən məğlub edildilər. Qara dənizin sahilində yerləşən kiçik və kasıb Gürcü əyaləti olan Quriya 1810-cu ildən etibarən Rusiyanın hakimiyyəti altına keçmişdir. 1829-cu ildə ruslar yerli muxtar-knyazlıq idarəetmə sistemini ləğv etdilər və yerinə Rusiya idarəetmə sistemini gətirdilər. Həmçinin əyalətdə 1820-ci ildə də üsyan baş vermişdir. 1841-ci ildə yerli şərait nəzərə alınmadan Rusiya hökuməti tərəfindən quriyalı kəndlilərə kartof əkmək və vergiləri rus pulu ilə ödəmək əmr edildi.
Quri hökmdarlarının siyahısı
Quri hökmdarlarının siyahısı — 1148–1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Onlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Mavi sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir. Sarı sətirlər, Səlcuqların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Xarəzmşahların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir.
Məzrayə-i Gura (Hurand)
Məzrayə-i Gura (fars. مزرعه گورا‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Furiy
Furiy (fr. Fourilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 207 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş) arasında 83 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 73.1%). Fəal olan 83 nəfərdən 74 nəfər (41 kişi və 33 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın). 39 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 11nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Furiya
Furiyalar – Qədim Roma mifologiyasında intiqam ilahələri. Yunan mifologiyasındakı Eriniyalara uyğundur.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22–23 sm, kütləsi 150–200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Doria
Othonna (lat. Othonna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aristotela Adans. Calthoides B.Juss. ex DC. Ceradia Lindl. Doria Thunb.
Egeria
Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.
Qarsia
Qarsia — soyad. Endi Qarsia — Kubalı aktyor. Ana Fernandez Qarsia — İspaniya aktrisası. Vata Matanu Qarsia — karyerasını bitirmiş anqolalı futbolçu.