Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalasar
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qalalar (Heris)
Qalalar (fars. قلعه لر‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (40 ailə).
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Qalalar (Sulduz)
Qalalar (fars. قلعه لر‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 455 nəfər yaşayır (87 ailə).
Qalasar (Dərələyəz)
Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.
Saxarnaya Qalava
Saxarnaya Qalava — Şantar adaları qrupuna daxil olan kiçik ada. Feklistov adasından 7,5 km qərbdə yerləşir. Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Zireh Qalalar (1983)
Kobılya Qalava yarımadası
Kobılya Qalava (bur. Хорин ирги) — Baykal gölündə yerləşən Olxon adasında yerləşən, Xabarovsk diyarı ərazisində, Olxon darvazası ilə Kiçik dəniz boğazı arasında yerləşən yarımada. Yarımada körfəzin daxilinə 4 km məsafədə uzanır. Qutaracağında eyni adlı burun yerləşir. Sonucunda yerləşən qaya hazırda yarımadadan kiçik boğazla ayrılır. == Qəzalar == Burada XX əsr tarixində Baykal gölün tarixində ən dəhşətli qəza baş vermişdir. 1901-ci ilin oktyabrın 14-dən 15-ə keçən gecə "Potapov" gəmisi güclü küləklə qayaya çırpılmışdır. Nəticədə 176 nəfər həlak olmuşdur. Potapov qəzasından bir ötməmiş göl tarixində ikinci böyük qəza baş verir. 1902-ci ili sentyabrın sonlarında güçlü Sarma küləyinin sayəsində "Aleksandr Nevski" gəmisinin yedəyində gətirdiyi barjanı suya batırmışdır.
Zireh qalalar (film, 1983)
Balavat
Balavat – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları ("Balavat qapıları") tapılmışdır. == İstinadlar == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Canavar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Gilavan
Gilavan (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Xanəgah-i Gilavan — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Hallavar
Hallavar (Oğuz) — Azərbaycanın Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Hallavar (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Hallavar (Pəmbək) — Pəmbək mahalında kənd. Hallavar çayı — Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay.
Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır. == Haqqında == Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi. Məzmununa görə holavarlar üç qrupa ayrılır: Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; İş heyvanlarını tərənnüm edən holavarlar; Cütçünü tərənnüm edən holavarlar. Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur: Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir: Öküzlər qoşa getdi, Güc vurdu, daşa getdi. Cütün macı qırıldı, Zəhmətin boşa getdi. Qara öküz aranda, Çıxar gün qızaranda, Hodaq murada çatar, Torpaqdan bar alanda.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ (Oğuz) — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Hündürlüyü 1181 m. 41°04′38″ şm. e. 47°34′41″ ş. u.. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qalagah
Qalagah (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalagah (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalagah — Dəvəçi rayonunun Kuybişevkənd inzibati ərazi vahidində kənd.
Qalaser
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qalasər
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay. == Haqqında == Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır. == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qaraqar
Salavat
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Salazar
Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru. == Hakimiyyətə yüksəlişi == 1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir. == "Estado Novo" == Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu. Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi.
Talalar
Talalar — Azərbaycan Respublikasının Balakən rayonunun Talalar kənd inzibati ərazi dairəsində kənd.
Telavar
Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Coğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd). == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir. Telavar ətrafındakı relyef dağlıqdır. Ən yaxın yaşayış məntəqəsi Telavardan 14,1 km güney-günbatanda yerləşən Yardımlı şəhəridir. == Tanınmış şəxsiyyətlər == Bəhruz Mənsurov — Azərbaycan Milli Qəhrəmanı. Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri.
Valavuar
Valavuar (fr. , oks. Valavoira) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04228. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 36 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 18 yaşdan yuxarı (15-64 yaş arasında) 10 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 55.6%, 1999-cu ildə 66.7%). Fəal olan 10 nəfərdən 9 nəfəri (6 kişi və 3 qadın), 1 nəfər işsiz idi.
Yalavac
Yalavac — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.