Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qartallar
Qartallar (lat. Aquilinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qarğalar
Qarğalar (lat. Corvidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qazmalar
Qazmalar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 180 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 57 təsərrüfatda hər iki cinsdən toplam 264 nəfər əhali yaşamaqdadır. Qazmalar oyk., düz. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Düzənlikdədir. Həmin r-nun Oncallı kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ilk evləri qaznm adlanan yeraltı evlərdən ibarət olduğu üçün kənd belə adlandırılmışdır.
Sarmalar
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Göy Qartallar
Göy Qartallar (ing. Blue Eagles) — Brirləşmiş Krallığa məxsus olmuş aerobatika eskadronudur.Az sayda helikopterlərdən ibarət olan aerobatika komandalarında biri olmuşdur. == Tarixi == 1968-ci ildə qurulmuşdur. İlk zamanlar uçuşlar üçün Bell 47 helikopterləri istifadə olunurdu, lakin maliyyə çatışmazlıqları səbəbində bir müddət fəaliyyətini dondurdu. 1982-ci ildə yenidən fəaliyyəti rəsmi olaraq bərpa olundu və Aérospatiale Gazelle helikopterləri ilə uçuşlar həyata keçirməyə başladılar. 1992-ci ildən komanda Westland Lynx helikopterləri ilə təmin olundu, lakin onun uçuş göstəriciləri aşağı olduğuna görə, yenidən əvvəlki helikopterləri istifadə vetməyə başladılar. 2001-ci ildə komandaya ilk britaniyalı qadın aviaşou pilotu Sgt Julie Wiles qoşuldu. 2010-cu ildə helikopterlərin köhnəlməsi və maliyyə problemləri səbəbindən komanda ləğv olundu.
Həndəsi qurmalar
Həndəsi qurmalar — yaxud Qurma məsələləri müxtəlif alətlərin (birtərəfli riyazi xətkeş, ikitərəfli xətkeş, pərgar, düz bucaq modeli və s. alətlər) köməyi ilə müxtəlif şərtləri ödəyən həndəsi fiqurların qurulmasıdır. Həndəsənin həndəsi qurmaların üsullarını öyrənən bölməsinə konstruktiv həndəsə deyilir. Qurma məsələləri həm Evklid həndəsəsində, həm də başqa həndəsələrdə (Sferik həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Bu məsələlərə həm müstəvi üzərində, həm də fəzada baxılır. Qurmanın klassik alətləri pərgar və xətkeşdir. Lakin, təkcə, pərgarla (Mor-Maskeroni qurmaları), təkcə, birtərəfli xətkeşlə (Şteyner qurmaları), təkcə, ikitərəfli xətkeşlə, təkcə, düz bucaqla (düz bucağın modeli) və s. alətlərlə qurmalara da baxılır. Bütün qurma məsələləri Konstruktiv həndəsənin aksiomlarına əsaslanır. Konstruktiv həndəsənin aksiomları ən sadə həndəsi qurmalardır.
Mitağı-Qazmalar
Mitəhi-Qazmalar — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,127 nəfər azərbaycanlı yaşamaqda idi.
Mitəhi-Qazmalar
Mitəhi-Qazmalar — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,127 nəfər azərbaycanlı yaşamaqda idi.
Qazmalar bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zidyan-Qazmalar
Zidyan-Qazmalar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 942 nəfər azərbaycanlı yaşamaqda idi.
Qaralar (Ağdərə)
Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Qaralar (Qubadlı)
Qaralar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Qaralar kəndi Ulaşlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralar kənd Soveti yaradılmışdır. Tədqiqatçılara görə, oykonim Qara şəxs adından və -lar cəm şəkilçisindən ibarət olub, "Qaranın nəslindən olanlar" mənasını bildirir. Yerli məlumata görə, qaralar İranın Kəbirli kəndindən gəlmiş nəslin adıdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məhəmmədhəsən Baharlının məlumatına görə, kəndin əhalisi kürdlərdən ibarət olmuşdur. Kənd Yazı düzündə yerləşir.
Qaralar (Saatlı)
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Varxan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaralar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi təxminən 4000-4500 nəfərdir.
Qaralar (Sabirabad)
Qaralar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaralar (Tovuz)
Qaralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Oykonim XIX əsrdə Qazax qəzasında yaşamış qaralar nəslinin adındandır. Böyük Qışlaq bölgəsinə daxil olan kiçik kəndlərdən biri də Qaralardır. XV əsrdən sonrakı nəsil şəcərəsinə söykənən söyləmələrə görə, indiki Füzuli rayonunun Qoçəhmədli kəndində bəylikdən salınmış beş qardaşın öldü-qaldısından xəbərsiz iki qardaş — Qara və Qoç Əhməd qaçıb, indiki Tovuz rayonu ərazisində Qaralar adlı kənd salır və orada məskunlaşır­lar. 1930-cu ilədək Tərtər rayonu ərazisində də Qaralar adlı kənd mövcud olmuşdur. Keçən əsrin 30-cu illərində Ermənistan ərazisində iki Qaralar kəndi, Krımın Yevpatoriya rayonunda Karallar Kıpçak kəndi qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murğuz silsiləsinin ətəyində, ­Tovuz maqistral yolundan 52 kilometr aralıda yerləşir. Qışı sərt, yayı sərin keçir. Yaylaq kimi istifadə olunur.
Qaralar (Vedibasar)
Qaralar — əvvəllər Vedibasar mahalında, sonralar isə Vedi rayonunda kənd. Qaralar İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənddir. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşamışdır, lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə bu faktlar təhrif edilərək 1873–1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir. 1918–20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı vuruşmuşlar. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşmuş, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak etmişlər.
Qaralar (İmişli)
Qaralar — Azərbaycan Respublikasının İmişli rayonunun eyni adlı kənd inzibati ərazi dairəsində kənd.
Qaralar (Şəmkir)
Qaralar (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati-ərazi vahidi tərkibindəki Komsomol kəndi Qaralar kəndi adlandırılmışdır. Kəndin əhalisi 583 nəfər təşkil edir ki, onun da 301 nəfəri kişi, 282 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qaralar (Ərdəbil)
Qaralar (fars. قره لر‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 792 nəfər yaşayır (141 ailə).
Qaralar bələdiyyəsi
Qaralar bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə. Qaralar bələdiyyəsi (Sabirabad) — Sabirabad rayonunda bələdiyyə. Qaralar bələdiyyəsi (Tovuz) — Tovuz rayonunda bələdiyyə.
Yeni Qaralar
Yeni Qaralar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Yeni Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmış və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuşdur. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Salman Qaralar
Salman Qaralar (Salman Vəli oğlu Balakişiyev; 1 noyabr 1959, Oktyabrkənd, Kəlbəcər rayonu) — Azərbaycan şairi, publisisti, ədəbiyyatşünası. Azərbaycan Yazıçılar Birliyinin (2023) və Yeni Azərbaycan Partiyasının (1993) üzvü. Salman Balakişiyev 1 noyabr 1959-cu ildə Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kəndində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi, 1981-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1981–1984-cü illərdə Kəlbəcər rayonunun Qanlıkənd kənd, 1984–1988-ci illərdə isə Göygöl rayonunun Nadil kəndində müəllim işləmişdir. 1988–2007-ci illərdə Balçılı kənd 2 nömrəli tam orta məktəbin direktoru olmuşdur. 2007-ci ildən Göygöl RTŞ-nin müdir müavini işləmiş, Regional Təhsil İdarəsi yaradıldıqdan sonra müavin ştatı ləğv edildiyindən baş məsləhətçi kimi fəaliyyət göstərməyə başlamışdır. 1990–2007-ci illərdə Məntəqə Seçki Komissiyasının sədri, 2007–2019-cu illərdə isə MSK-da YAP-ın səlahiyyətli nümayəndəsi, təhkimçi olmuşdur. 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvü, YAP Göygöl Rayon Təşkilatında Siyasi Şuranın üzvü, YAP Göygöl Rayon Təşkilatı üzrə Təhsil sektorunda ərazi partiya təşkilatının sədridir. 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Qaralar döyüşü
Qaralar döyüşü və ya Kölələr döyüşü — 21–23 avqust 1169-cu ildə Qahirədə Fatimi ordusunun qaradərili Afrika birlikləri ilə digər Fatimi tərəfdarları və Fatimi vəziri Səlahəddinə sadiq sünni Suriya qoşunları arasında baş tutmuş münaqişə. Səlahəddinin vəzirliyə yüksəlməsi və Fatimi xəlifəsi Adidi kənara çəkməsi ənənəvi Fatimi elitaları, o cümlədən ordu alaylarında antaqonizm yaratmışdı, çünki Səlahəddin əsasən Suriyadan onunla birlikdə gələn türk süvarilərə arxalanırdı. Səlahəddinə qərəzli münasibət bəsləyən orta əsr mənbələrinə görə, bu münaqişə sarayın mayordomosu Mötəmin Xilafənin səlibçilərlə razılaşmağa və ondan qurtulmaq üçün Səlahəddinin qüvvələrinə birgə hücuma keçməsinə səbəb olmuşdu. Səlahəddin bu sui-qəsddən xəbər tutmuş və Mötəmini 20 avqustda edam etmişdir. Müasir tarixçilər bu narrativin Səlahəddinin Fatimi qoşunlarına qarşı sonrakı hərəkətinə haqq qazandırmaq üçün uydurulmuş ola biləcəyinə görə onun həqiqiliyinə şübhə ilə yanaşırlar. Bu hadisə ertəsi gün Fatimi ordusunun təxminən 50,000 nəfərdən ibarət qaradərili Afrika qoşunlarının üsyanına səbəb olmuşdur. Bu üsyana erməni əsgərləri və Qahirə əhalisi də qoşulmuşdu. Fatimi qoşunları əvvəlcə vəzirin sarayına hücum etdikdən sonra toqquşmalar iki gün davam etmişdir, lakin onlar nəticədə Fatimi böyük sarayları arasında yerləşən Beyn əl-Qəsreynə geri çəkilmişdilər. Bu toqquşmalarda qaradərili Afrika qoşunları və onların müttəfiqləri Adid açıq şəkildə onlara qarşı çıxana qədər üstünlük əldə etmişdilər. Səlahəddin Qahirənin cənubunda, qaradərili afrikalıların ailələrinin yaşadığı şəhər divarının kənarında yerləşən yaşayış məntəqələrinin yandırılmasını əmr etmişdir.