Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gunnar Nordal
Qunnar Nordal (isv. Gunnar Nordahl; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.
Qunnar Myurdal
Karl Qunnar Myurdal (ing. Karl Gunnar Myrdal) (6 dekabr 1898, Dalarna, İsveç - 17 may 1987, Danderid, İsveç) — Isveçli iqtisadçı və siyasətçi. 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Qunnar Myurdal 1923-cü ildə Stokholm Universitetinin Hüquq fakultəsindən məzun olur. 1927-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlir. 1933-1947-ci illərdə Stokholm İqtisadiyyat məktəbində professorluq edir. Bu müddətdə onun apardığı tədqiqatlardan Stokholm İqtisadiyyat məktəbi güclü təsirlənir. 1924-cü ildə Alva Myurdal ilə evlənir. Qunnar Myurdal və Alva Myurdal 1934-cü ildə "Əhali Məsələlərindəki Böhranlar" əsərini (ing. Crisis in the Population Question) birlikdə yazmışdılar.
Qunnar Nordal
Qunnar Nordal (isv. Gunnar Nordahl; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.
Qunnar Qarfors
Qunnar Qarfors (d. 29 may 1975, Hammerfest, Norveç) — Norveçli səyyah. Qunnar Qarfors 198 ölkəni ziyarət etmiş ən gənc həvəskar-səyahətçidir. O, bütün səyahətlərini daimi işindən ayrılmadan edə bilmişdir. Belə ki, Qunnar həftə sonları və özünün ödənişli məzuniyyətləri çərçivəsində dünyanı gəzmişdir.
Qunnar Qren
Yuhan Qunnar Qren (isv. Johan Gunnar Gren; 31 oktyabr 1920, Göteborq – 10 noyabr 1991, Göteborq) isveçli futbolçu və məşqçi. O, daha çox Milan və IFK Göteborg komandalarında ki, oyunu ilə tanınır. O, 1940–1950 illərdə Milanın və İsveç milli futbol komandasının hücüm xəttinin əfsanəvi Gre-No-Li üçlüyün hissəsi idi. Qren 1948 ilin Olimpiya Oyunlarının qızıl medalçısıdı və 1958 ilin dünya çempionatında İsveç millisinin heyətində ikinci yeri ala bilmişdi. O, 1946 ildə İsveçin ən yaxşı oyunçusuna verilən Guldbollen mükafatına layiq görülmüşdü. Qren İsveçin ən məşhur futbolçularından sayılır, onun şərəfinə "Gamla Ullevi" stadionun yaxınlığında heykəl qoyulub. Karyerasını 1970 illərdə bitirmişdir. O, 71 yaşının tamam olmasından 10 gün sonra ölmüşdür. Onu Göteborqda, İsveçdə basdırmışdılar.
Ule Qunnar Sulşer
Ule Qunnar Sulşer (26 fevral 1973[…], Kristiansunn[d]) — Norveçli keçmiş peşəkar futbolçu. Hal hazırda futbol məşqçisi. Karyerası ərzində hücumçu kimi çıxış edib. == Karyera == İngiltərəyə gəlməzdən əvvəl Norveçin "Klausenengen" və "Molde" klublarında oynamışdır. 1996-cı ildə 1.5 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdur. "Körpə üzlü qatil" ləqəbi ilə tanınan futbolçu bu klubun heyətində 366 oyuna çıxmış və 126 qolla yadda qalmışdır. Sonradan oyuna daxil olaraq vurduğu qollara görə "super ehtiyat" ləqəbi ilə də tanınır. UEFA Çempionlar Liqasının 1998/99 mövsümünün finalında Almaniya təmsilçisi "Bayern Münhen"ə qarşı oyunda görüşün əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qol Sulşerin ən məşhur qolu olaraq yaddaşlarda qalmışdır. Məhz həmin qol sayəsində "Mançester Yunayted" tarixində ikinci dəfə bu turnirin qalibi olmuşdu. Sulşer 2007-ci ildə dizindən aldığı zədə nəticəsində peşəkar futbolçu karyerasını bitirdiyini açıqlamışdır.
Qundaq-qundaq
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Guepar
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Gynura
Gynura (lat. Gynura) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Gülnar
Gülnar (türk. Gülnar) — Mersin ilinin ilçəsi.
Gülsar
Gülsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,013 nəfər və 2,775 ailədən ibarət idi. Gülsar şəhəri,Böyük Seyfabad və Xalisə Seyfabad kəndlərinin birləşməsindən yaranıb.
Gülzar
Gülzar (Kirman)
Hunlar
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Junlar
Junlar (çin. 西戎 "Batılı savaşçı insanlar") — əsasən qədim Çinin batısında və ətrafında yaşamış prototürk xalq. Çin tarixi ənənəsinə görə quyfan, jun, di, hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır. Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di və hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır. Junlar, Şan sülaləsi dövründən (e.ə. 1765-1122) tanınırdılar. == Tarixi == Tibetdən şərqdə iki xalq — qoyunlara çobanlıq edən kyanlar və əkinçiliklə məşğul olan junlar yaşayırdı. Qədim dövrlərdə onlar iki müxtəlif xalq idi, hazırda isə hər ikisinin nəslindən olanları tibetlilər hesab edirlər. Kyanların varisləri olan nqoloklar bu günədək Amdo dağlarında köçəri kimi yaşayırlar, tibetlilər isə bizim eranın əvvəlinə qədər kyanlardan ayrılmış botlardır, onlar junlardan əkinçilik vərdişlərini götürərək Tsanpo (Brahmaputra) vadisinə köçdülər və burada Tibet mədəniyyəti və dövlətinin yaratdılar. Tibetlilərin əcdadı olan junlar da həmçinin çinlilərlə piyada kimi vuruşmuşlar və çox vaxt qələbə qazanmışlar.
Qullar
== Kəndlər == === Azərbaycanda === Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Kəndlər == === Dağıstanda === Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. === Gürcüstanda === Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur.Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Günlər
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Qundaq-qundaq oyunu
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı.DigərGünay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.