Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Dovjenko
Aleksandr Petroviç Dovjenko (ukr. Олександр Петрович Довженко; 29 avqust (11 sentyabr) 1894, Vyunişe xutoru, Sosnitsa kəndinin yaxınlığı, Sosnitsa qəzası, Çerniqov quberniyası — 25 noyabr 1956, Moskva) —Sovet rejissoru, Ukrayna yazıçısı, kinodramaturqu, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatı (1959, ölümündən sonra). == Həyatı == Ukrayna sovet kinorejissoru, yazıçı və kinodramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çerniqov vilayətinin Sosnitsı kəndində anadan olmuşdur. 1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında "İslahatçı Vasya" adlı ilk filmini (birgə iş) çəkmişdir. 1927-ci ildə lentə aldığı "Diplomatik kuryerin çantası" macəra filmində sovet diplomatlarının qəhrəmanlığı təsvir olunmuşdur. Vətəndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolundan, Ukrayna kəndlilərinin kollektivləşmə uğrunda mübarizəsindən bəhs edən "Zveniqora" (1928), "Arsenal" (1929), "Torpaq" (1930) filmləri sovet kino sənətinin inkişafında mühüm mərhələ təşkil edir. Kinematoqrafiya tarixi bürosunun tənqidçiləri arasında keçirilən beynəlxalq sorğuda (1958, Brussel) "Torpaq" filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən biri hesab olunmuşdur. Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan "İvan", 1935-ci ildə isə "Aeroqrad" filmini çəkmişdir.
Boris Savçenko
Aktyor == Həyatı == Boris İvanoviç Savçenko 10 aprel 1939-cu ildə Odessada anadan olub. Odessa Teatr Məktəbində (1960), ÜDKİ-nin aktyorluq fakültəsində (1965), KQİTİ-nin rejissorluq fakültəsində (1971) təhsil alıb. 1971-ci ildən A. Dovjenko adına kinostudiyanın rejissoru, KQİTİ-nin müəllimidir.
Davenkou mədəniyyəti
Davenkou — Çində Qərbi və Cənubi Şandunda, Mərkəzi Şandunun bir hissəsində, həmçinin Szyansunun şimalında Orta Neolit dövrünə (e.ə. 3700–2600/2300-cü illər) aid arxeoloji mədəniyyət. == Tarixi == 1959-cu ildə Şandun əyalətinin qərbində, Venxe çayı sahilindəki Baotou və Davenkou kəndlərində qazıntılar zamanı aşkar edilmiş məzarlığının adı ilə adlandırılmışdır. Arxeoloji qazıntılar 1964, 1974, 1978-ci illərdə də aparılmışdır. Üç (bəzən daha çox) mərhələ müəyyənləşdirilir. == Təsviri == Erkən mərhələyə yastı və hündür kasalar (o cümlədən həndəsi naxışlı), qab, qulplu bardaq və kasalar əsasında tripodlar (üçayaqlı qablar), geniş yayılmış formalardan hündür oturacaqlı bardaqlar, nazikayaqlı qədəhlər; gövdəsinin orta hissəsində qulpu olan bardaqlar aiddir; qabların üzərindəki naxışlar ziqzaqvarı, nöqtəli və yaxud onların kombinasiyası şəklindədir. Orta mərhələyə oturacağı üç hissəyə bölünən nazikayaqlı qədəhlər aiddir; qab altlıqları dəliklidir, yastı kasa və tripodlara rast gəlinmir. Son mərhələyə isə dulus kürələrində düzəldilmiş standartlaşdırılmış kütləvi formalar: müxtəlif parçlar, hündürotu racaqlı kasalar, tripodlar və s. aiddir. == Xüsusiyyətləri == Naxışlı qablara az təsadüf olunur (bəzən üfüqi cızma xətlər, volyuta).
Nadejda Savçenko
Nadejda Viktorovna Savçenko (ukr. Надія Вікторівна Савченко, 11 may 1981, Kiyev) — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, 25 dekabr 2014-ci ildən Avropa Şurasının Parlament Assambleyası daimi nümayəndə heyətinin üzvü, Mİ-24 vertolyotunun şturman-operatoru, Ukrayna qəhrəmanı. Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətinin çəkiliş qrupunun rusiyalı jurnalistinin qətlində əli olduğunu görə 17 iyun 2014-ci ildə Rusiyada 22 il azadlıqdan məhrum edilib.
Oleq Pavlenko
Oleq Pavlenko — SSRİ, Rusiya və Azərbaycan şahmatçısı, FİDE ustası. Məşqçi. SSRİ idman ustası (1966). Gənclər arasında SSRİ çempionu (1961). SSRİ çempionatının iştirakçısı (1967). Oleq Timofeeviç Pavlenko 1942-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarında şahmata olan marağı onu tezliklə idmanın bu növü ilə yaxından məşğul olmağa məcbur edib. 1959-cu ildən 1975-ci ilə qədər Oleq Pavlenko Azərbaycan milli komandasının şərəfini SSRİ xalqlar spartakiadasında qoruyub. 1960-cı ildə SSRİ-Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub.
Yekaterina Davıdenko
Yekaterina Davıdenko (7 mart 1989, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən həndbolçu. Yekaterina Davıdenko Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
İqor Savçenko
İqor Andreyeviç Savçenko (11 oktyabr 1906, Vinnitsa, Ukrayna – 14 dekabr 1950, Moskva, RSFSR) — SSRİ yazıçısı, ssenarist, rejissor. İqor Andreyeviç Savçenko 11 oktyabr 1906-cı ildə Vinnitsada (Ukrayna) anadan olmuş, 14 dekabr 1950-ci ildə Moskvada vəfat etmişdir. İqor Savçenko 1919-cu ildən müxtəlif teatrlarda işləmişdir. 1926-1929-cu illərdə Leninqrad Səhnə Sənətləri İnstitutunda oxumuşdur. 1929-1932-ci illərdə Bakı Kinostudiyasında, 1932-1935-ci illərdə Moskvada işləmişdir. 1933-cü ildən "Mejrabpomfilm", 1938-ci ildən Bakı kinostudiyasının rejissoru olmuşdur. 1941-1945-ci illərdə Aşqabad kinostudiyasında rejissor, "Soyuzdetfilm" kinostudiyasında bədii rəhbər, "Mosfilm" kinostudiyasında isə rejissor vəzifələrində çalışmışdır. Ömrünün son illərində, yəni, 1945-1950-ci illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir.
Anjelika Savçenko
Anzhelika Vitaliivna Savchenko (ukr. Анжеліка Віталіївна Савченко; 11 avqust 1982, Dnepr) — Ukraynalı teatr və kino aktrisası, İvan Franko adına Milli Akademik Dram Teatrının aktrisası. O, Ukraynanın əməkdar və xalq artistidir. == Həyatı == Anjelika Savçenko 11 avqust 1982-ci ildə Dnepropetrovskda anadan olub. 1998-ci ildə Dnepropetrovsk Dövlət Teatr və İncəsənət Kollecinə daxil olub. O, ilk rolunu ikinci kurs tələbəsi olarkən Qorki adına Rus Dram və Komediya Teatrında Vadim Pinskinin rejissoru olduğu Tennessi Uilyamsın "Şirin gənclik quşu" tamaşasında oynayıb. 2002-ci ildə məzun olduqdan sonra o, İvan Franko adına Milli Akademik Dram Teatrına işə qəbul olunub, bu günə kimi də orada çalışır. == Rolları == === İvan Franko adına Milli Akademik Dram Teatrı === Aleksandr Fredronun Xanımlar və Husarlar ında. Miss Zoya rolunda Edit Piaf. Kreditlə həyat müəllifi Yu.
Nina Davıdenko
Nina Stepanovna Davıdenko (belar. Марына Валер’еўна Вежнавец; 8 may 1933, Vitebsk – 15 mart 2024) — belarus və sovet balerinası, pedaqoqoqu, Belarus Respublikası Böyük Opera və Balet Teatrının aparıcı səhnə ustası, Belarus SSR əməkdar artisti (1955), Belarus SSR xalq artisti (1964). Nina Davıdenko 8 may 1933-cü ildə Vitebskdə anadan olub. Ninanın uşaqlığı atası Stepan Davıdenkonun ictimai xidməti ilə əlaqəli olan müxtəlif şəhərlərdə gəzərək keçib. Nina Davıdenko ilk təhsilini 1933-cü ildə yaşadıqları Leninqradda almağa başıayıb. 1937-ci ildə ailə Rostov-na-Donuda yaşayıb. 1940-cı ildə Ninanın atası Hərbi Dəniz Qüvvələrinin Xalq Komissarlığına təyinat aldığı üçün ailə Moskvaya köçüb. Ninanın baletlə ilk tanışlığı 1939-cu ildə Rostov-na-Donuda olub. Belə ki, anası qızını qala gecəsinə apardığı zaman, Ninanın orada gördüyü rəqslər onda güclü təəssürat yaradıb. Nina Davıdenko 1943-cü ildə evakuasiyadan yenicə qayıdan Moskva Xoreoqrafiya Məktəbinə (indiki Moskva Xoreoqrafiya Akademiyası) qəbul imtahanlarında iştirak edib və ora qəbul olub.
Oleksandr Savenko
Vladimir Nemiroviç-Dançenko
Vladimir İvanoviç Nemiroviç-Dançenko (11 (23) dekabr 1858, Ozurgeti, Kutaisi quberniyası – 25 aprel 1943[…], Moskva) — rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti, (1936), Stalin mükafatları laureatı (1942, 1943). K. S. Stanislavski ilə birlikdə Moskva Bədaye Teatrını yaratmış, 1919-cu ildə həmin teatrın nəzdində musiqi studiyası təşkil etmişdi (1926-cı ildən K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatr). Vladimir Nemiroviç-Dançenkonun Üzeyir Hacıbəyovla işgüzar əlaqələri olmuşdur. Stalin mükafatları komitəsinin sədri V. Nemiroviç-Dançenko, komitənin üzvü Ü. Hacıbəyovla iclaslarda tez-tez görüşür, Ü. Hacıbəyovu rəhbərlik etdiyi teatrın premyera tamaşalarına dəvət edirdi. Vladimir Nemiroviç-Dançenko İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin nəzdindəki bədii şuranın sədri kimi də Ü. Hacıbəyovun müzakirələrdəki rəy və fikirləri ilə hesablaşırdı.