Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Corc Dallas
Corc Mifflin Dallas (ing. George Mifflin Dallas) — Pensilvaniyanın ABŞ senatoru (1831–1833) və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845–1849). Dallas, eyni zamanda, 1828–1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır.
Dallas Maveriks
Dallas Maveriks — Texas ştatının Dallas şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Dallas Qraflığı
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. == Həyatı == Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. == "Karuzonun xatirəsinə" == Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Dallas (Texas dairəsi)
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Dallas qraflığı (Alabama)
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Dalyan
Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur. == Coğrafiyası == Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur. Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır. == Tarixi == 1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır.
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Datlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən ABŞ dolları nəzərdə tutulur.. 1 dollar 100 sentə bərabərdir.
Lallar
Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Cəlair i.ə.v.-də kənd. Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eldar Həsənov – Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. == Həyatı == Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Xalxal
Xalxal (şəhər) — Güney Azərbaycanda şəhər. Ərdəbil ostanının mərkəzidir. Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı. Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. Xalxal (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Zallar
Zallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri kəndi işğal edib. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb.
Dvallar
Dvallar — Böyük Qafqazın hər iki tərəfində yaşamış qədim Qafqaz xalqı. == Məskunlaşma == Böyük Plini və Ptolemeyə görə, dvallar "Keravan dağları" (Qafqaz dağlarının şimal təpələri) və "Ra" çayı (Volqa) arasında yerləşən ərazidə yaşayırdılar. Ptolemey dvalları tuskların və didurların qonşuları adlandırmışdır. Plini dvalların Qafqaz darvazalarından kənarda, Qurda dağlarında svanlara qonşu olaraq, yəni "Kartlis tsxovreba"da müəyyən edilən tarixi Dvaletidə yaşadıqlarını yazmışdır. Belə ki, bu və digər qədim mənbələr dvalların təxminən Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Dəryal dərəsindən bir qədər qərbdə yaşadıqlarını qeyd etmişdilər. == İstinadlar == == Xarici keçidlər == З. Н. Ванеев. К вопросу о двалах Arxiv surəti 2 sentyabr 2014 tarixindən Wayback Machine saytında З. Н. Ванеев. К вопросу о двалах. Территория Двалетии Arxiv surəti 2 sentyabr 2014 tarixindən Wayback Machine saytında З. Н. Ванеев. К вопросу о двалах.
Abbas Fallax
Abbas Fallax (fars. عباس فلاح‎; ana. 3 sentyabr 1976) — Orta çəki dərəcəsində İranı beynəlxalq yarışlarda təmsil edən cüdoçu. Fallax İran yığmasının tərkibində 2000-ci illərin bütün dövrlərində iştirak etmişdir. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Oyunlarının bürünc medalının sahibi, Asiya Çempionatlarının dörd dəfə bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Abbas Fallax 3 sentyabr 1976-cı ildə anadan olmuşdur. İlk dəfə 2000-ci il mövsümündə turnirlərdə iştirak etməyə başlamışdır. Orta çəki dərəcəsində Budapeştdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etdi. Yaponiyanın Osaka şəhərində keçirilən Asiya Çempionatında yeddinci yeri tutdu.Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Sonra İran milli yığmasının əsas tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya birinciliyində iştirak etdi.