Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Boru
Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur. Borular sənaye üsullarının tətbiqi ilə metal və xəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar. == Tarixi haqqında == Qədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar. == Təsnifatı == En kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.
Ford
Ford Motor Şirkəti (ing. Ford Motor Company) — ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. == Tarixi == Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. == Fəaliyyəti == İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Loru
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Poru
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Yoru
Four
Four — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın dördüncü studiya albomu. 17 noyabr 2014-cü ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.
Dat (hərf)
𐔳 (səslənməsi: /d/; transkripsiyası: D, d) — Alban əlifbasının dördüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Գատ (Gat) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "dat" olmalıdır, erməni müəllif isə Գ və Դ hərflərini səhv salmışdır. Bunu dəstəkləyən erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf həm də gürcü əlifbasındakı Ⴃ hərfinin invers edilmiş formasıdır. Alban əlifbasında [d] səsinin qarşılığı kimi işlənilib.
Ford Cargo
== Xarici keçidlər ==
Ford GT
Ford GT ― 1960-cı illərdə le mans yarışlarında qalib gəlmək üçün Ford Motor Company tərəfindən istehsal olunan, 1966-1969-cu illər arasında Le Mans 24 Saat çempionu Ford GT40-ın 2004-cü ildə Ford şirkəti tərəfindən yenilənmiş bir versiyasıdır; avtomobil məhdud sayda (4.038 ədəd) istehsal edilmiş, istehsalı 2006-cı ildə dayandırılmışdır. Lakin GT40 Mk I, Mk II və R modellərinin istehsalı Shelby-American Inc. və Superformance MMC. şirkətləri tərəfindən hələ də davam etdirilir. Özünəməxsus aerodinamik gövdəsi və ötürmə sistemi sayəsində saatda 360 km-dən çox sürət yığa bilər. Ford, 2017-ci ildə GT-nin istehsalına geri dönəcəyini elan etmişdir. Ford GT, inkişaf etdirilmiş aşağı çəki, aerodinamik və ultra səmərəli Ecoboost mühərriki ilə yeni Supercar standartlarını müəyyənləşdirir. Ford GT, indiyə qədər olan ən güclü Ecoboost mühərrikinə sahibdir; cüt turbo 3.5 litrlik V6 benzin mühərriki 600 at gücündən çox güc istehsal edəcəkdir. Ultra yüksək performans (Supercar) sinifində yerləşən GT-nin istehsalı 2016-cı ildən başlayacaqdır. Bu supercat arxa ötürücülü və mühərriki ortada yerləşdirilib. Avtomobildə karbon lifi və alüminiumdan istifadə olunmuşdur və bunun sayəsində sürətlənmə, effektivlik və idarəetmənin keyfiyyəti artırılmışdır.
Ford GT40
Ford GT40 — 24 saat Le Mansı üst üstə dörd dəfə qazanan (1966-1969) idman avtomobildir. 1960–1965-ci illər arasında üst-üstə beş dəfə uzun məsafəli idman avtomobili yarışlarında qalib gələn Ferrarinin rəqibi olaraq istehsal edildi. Maşında Ferrarinin 3.0 lt. və 4.0 lt. böyük həcmli mühərriklərdən istifadə olunmasına qarşılıq olaraq, böyük həcmli Ford V8 mühərriklərindən (4.9 lt. və 7 lt.) istifadə olunur. Bu gün maşın Shelby-American Inc. və Superformance MMC. tərəfindən istehsal edilir. == Avtomobilin adlandırılması == Avtomobilin adının GT40 olaraq təyin edilməsi, Grand Tourisme kateqoriyasında yarışacağı üçün qaydalara görə maksimum 40 düym (1.02 m) hündürlüyündə olmasına görədir.
Ford Mustang
Ford Mustang — Ford Motor Company şirkəti tərəfindən istehsal olunan avtomobil. İlk dəfə 1964-cü il 17 aprel tarixində təqdim olunmuşdur ve 20.000 dən çox sifariş almışdır. Bu model Ford şirkəti tərəfindən istehsalı davam edən ən qədim üçüncü məhsul olaraq bugünkü beşinci nəslə gəlib çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır. Mustang uzun kapotlu, gödək arxa tərəfə malik Amerikan idman avtomobili sayaq "pony car" (tərc. poni maşın) sinfini yaratdı və GM Chevrolet Camaro, AMC Javelin, yenilənmiş Chrysler Plymouth Barracuda və Dodge Challenger kimi modellərin doğulmasına rəvac vermişdir. O həmçinin Toyota Celica və Ford Capri kupelərinin (daha sonra ABŞ-yə ixrac olunmağa başladı) ilham qaynağı olmuşdur. == Yaradılması == Ford Mustang 1965-ci il istehsal ilinin başlamasından beş ay qabaq ərsəyə gətirilmişdir. İlkin versiyaları adətən 1964½ olaraq bilinir, amma Ford tərəfindən 1965 modelləri adlandırılmış və 9 mart 1964 tarixində Miçiqan ştatı, Dearborn şəhərində kütləvi istehsala başlanmış, ictimaiyyətə 17 aprel 1964-cü ildə "Nyu York Dünya Sərgisində" təqdim olunmuşdur. İcraçı stilist Con Najjar, İkinci dünya müharibəsində istifadə olunmuş North American P-51 Mustang təyyarələrinin azarkeşi idi və adlandırma də məhz onun adına yazılmışdır. John Najjar ilk Ford Mustang prototipini həmkarı stilist Philip T. Clark ilə birlikdə 1961-ci ildə layihələndirmişdir (Ford Mustang I).
Ford sıradağları
Ford sıradağları, Antarktidada Meri Berd Torpağının şimal-qərb hissəsində Salzberq buz sahəsi və Blok körfəzinin şərqində yüksələn dağ silsiləsidir. Bir çox dağ və dağ qrupundan meydana gəlmişdir. Riçard Berdin ilk Antarktida səfəri (1928-1930) zamanı, Berd tərəfindən 5 dekabr 1929-cu ildə kəşf edilmiş və bu səfəri maliyyələşdirən Ford Motor şirkətinin sahibi Edsel Fordun adı verilmişdir. == Coğrafiyası == Buz səthinin altında gizlənmiş dağlarının əsas qisimi buzlaqlar tərəfindən yaradılan dərin çöküntü sahələriylə ayrılmış, buz səthindəki ortalama yüksəklikləri 500-1000 metr olan tək tək zirvələr olaraq sıralanan Ford sıradağları, çökəkliklər, torpaqda yüksələn kömürləşmiş magmatik qayalar və granitlərdən ibarətdir. Uzunluğu 508 km, eni 560 km olan 130 540 km2 -lik sahədə üzərində yerləşən Ford Sıradağlarının ən yüksək yeri, bəzi mənbələrə görə, dəniz səviyyəsindən 1370 metr yüksəkliyiylə Avers dağıdır. Digər ən yüksək nöqtə, 1235 metr yüksəkliyiylə Ekblo dağıdır.
Fort-500
"Fort-500" silahı — Ukrayna Daxili İşlər Nazirliyinin "Fort" Elimi-Tədqiqat Birliyi tərəfindən 1990-cı illərdə işlənib hazırlanmış lüləli silah. Ukrayna polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının istifadəsi üçün yaradılmışdır. Hal-hazırda eyni zamanda ölkə vətəndaşlarına da ovçuluq üçün satılır. Onun konstruksiyasında amerika silahı Remington 870un müəyyən elementlərindən istifadə edilib. Hal-hazırda baza variantı olan Fort-500 ilə yanaşı "polis" variantı olan Fort-500M də buraxılır. Onun 3355 mm uzunluğunda dəstəyi və müxtəlif aksesuarlar üçün imkanları da vardır. Silah əllə nizama gətirilir, polis variantında gözyaşardıcı qaz bombası atmaq üçün yer də vardır. O dəsətyi bərkidilmiş, yığılan və dəsətksiz ola bilər.
Fort-MakMerrey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Fort-Ueyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort Hud
Fort Kavasos - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Fort Mackmurey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Fort Veyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort körpüsü
Fort körpüsü (Forth Bridge və ya Forth Rail Bridge) — Şotlandiyada dəmiryolu körpüsü. 1890-cı ildə fəaliyyətə verilib. Üç əsas hissədən ibarətdir və hər biri təxminən 520 m uzunluğundadır. Körpü 2529 metr uzunluğunda və okean səviyyəsinin 46 metr hündürlüyündədir.
Forum teatr
Forum teatr - ortaya qoyulan problemin məhz tamaşaçılar tərəfindən həll olunduğu teatr növü. Problemin seçilməsində isə hər hansı məhdudiyyət yoxdur. Oynanılan oyunda konkret problem ortaya qoyulur və bu problem həlli yolu tapılması üçün tamaşaçıların müzakirəsinə verilir. Beləcə tamaşaçı hadisələrin gedişatında aktiv rol oynayaraq nəticəni dəyişdirə bilir. Forum teatrında improvizasiya açar rol oynayır. Forum teatr əsasən iri həcmli olmur. Əsas obrazlar əzilən və əzən tərəflər ilə məhdudlaşır və qalan personajlar köməkçi (neytral) obrazlar hesab olunur. Forum teatrının əsas məqsədi həll olunması istənilən problem ətrafında tamaşaçılarla müzakirələr aparmaqla cəmiyyəti bu problemlə üzləşdirmək, çıxış yolu tapmaq və çıxış yolunu insanlar arasında yaymaqdır. Forum teatr cəmiyyətdəki müxtəlif problemlərin həll olunmasında böyük təsirə malikdir. Form teatr hamının hər şeyi deyə bildiyi, fikirlərini azad ifadə edildiyi demokratik mühit yaradır.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir.
Henri Ford
Henri Ford (ing. Henry Ford; 30 iyul 1863[…], Sprinqvells qəsəbəsi[d], Miçiqan – 7 aprel 1947[…], Dirborn[d], Miçiqan) — avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin qurucusu. == Həyatı == Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-nin Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində dünyaya gəlmişdir. O, müvəfəqiyyətli fermer təsərrüfatının sahibkarları olan Uilyam və Mari Fordların altı uşağının böyüyü idi. Henrinin uşaqlığı ailəsinə kömək etdiyi və adi kənd məktəbində təhsil aldığı həmin ailə fermasında keçmişdir. Henrinin hələ gənc yaşlarında göstərdiyi texnikaya böyük maraq ona dünyanın ən məşhur sənaye sahibkarlarından biri olmağa imkan vermişdir. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir. Beləliklə, 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir. 1899-cu ildə Edison İlluminating şirkətindən ayrılan Henri Ford öz şəxsi Detroit Automobile şirkətini qurur.
Komiklər xoru
Komiklər xoru — qədim dövrlərdə xüsusi mənsəb sahibləri tərəfindən təşkil edilən və geniş nüfuz qazanan xor. == Haqqında == Komiklər xoru dramatik tamaşada o qədər müstəqil əhəmiyyətə malik olmuşdur ki, onun təşkili və maddi cəhətdən təminatı, mühüm ictimai bir vəzifə olmaq etibarilə, yüksək səlahiyyətli şəxs olan dioqquz arxontdan birinə tapşırılırdı. İbtidai xoru təşkil etmək ictimai vəzifəsi "Liturgiya" adlanırdı ki, buraya da təşkilatçı və varlı haminin öz eli və əhalisinin qonaqlıq xərclərini ödəmək və s. daxil idi. Xoreqik liturgiyanın təşkili tapşırılan müəyyən yüksək şəxsiyyətlərlə yanaşı, ikinci bir şəxs də diqqəti cəlb edir ki, bu da dramatik yarışın keçirilməsinə cavabdeh olan Arxont — Arxont şahdır. Yarışda antaqonist müəllif və xoreqləri də müəyyən edən və seçən odur. Xorun hamisinə - onu seçən, ona pul verən, "xoreqə" gəlincə - o lirik aqona (difiramb), ya dramatik aqona (faciə, komediya, satira, dram) rəhbərlik etməli idi. Birinci halda, yarış üçün xoreq də, xorun bütün üzvləri də filalar (əyalət, nəsil, qəbilə, tayfalar) üzrə seçilir və onların qələbəsi filanın qələbəsi hesab olunurdu. Burada xorun qəbiləvi səciyyəsi hələ də özünü mühafizə edib saxlayırdı. "Xoreq" kəlməsinə gəlincə, sözün özü də göstərir ki, əvvələn, "xoreq" xorun idarəçisi - aparıcısı olmuş, yalnız müəyyən dövrdən sonra onun təminatçısına çevrilmişdir.