Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərzani
Mustafa Bərzani — kürd siyasi və hərbi xadimi Məsud Bərzani — İraq Kürdüstanının birinci prezidenti. Neçirvan Bərzani — İraq Kürdüstanının ikinci prezidenti.
Yekaterina Qerzaniç
Yekaterina Qerzaniç (d. 18 may 1972) — Qazaxıstanı təmsil edən su poloçusu. Yekaterina Qerzaniç, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Mustafa Bərzani
Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası – 1 mart 1979, Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir. Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.
Məhəmmədəli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məsud Bərzani
Məsud Bərzani (16 avqust 1946[…], Məhəbad, Mahabad Cümhuriyyəti) — İraq Kürdüstan Regional Hökuməti başçısı (2005 — indiyə kimi).
Neçirvan Bərzani
Neçirvan İdris Bərzani (kürd. نێچیرڤان بارزانی, Nêçîrvan Îdrîs Barzanî; 21 sentyabr 1966, Bərzan[d], İraq) — kürd siyasətçi. O, İraq Kürdüstanının ikinci prezidentidir. Neçirvan Bərzani 21 sentyabr 1966-cı ildə anadan olmuşdur. O, Tehran Universitetindən məzun olmuşdur. Neçirvan Bərzani 2010-cu ildə Kürdüstan Demokrat Partiyasının vitse-prezidenti təyin edilmişdir. O, bundan əvvəl 2007-ci ilin martından 2009-cu ilin avqustuna və 2012-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər Kürdüstan Regional Hökumətinin baş naziri vəzifəsində çalışmışdır. Neçirvan Bərzani həm də Kürdüstan Universitetinin təsisçisidir. O, hal-hazırda İraq Kürdüstanının ikinci prezidentidir. Neçirvan Bərzani 2019-cu ilin iyununda Kürdüstan Parlamenti tərəfindən vəzifəyə seçilmişdir.
Dərani (Xudafərin)
Dərani (fars. داراني‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (66 ailə).
Məhəmməd Əli Fərzani
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məhəmməd Əli Fərzanə