Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Dəstə mahalı
Dəstə mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Dəstə mahalı olmuşdur. Dəstə kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular.
Dəştə (Sərdəşt)
Dəştə (fars. دشته‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Milli Dəstə
Milli Dəstə — Azərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir. Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir. Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir. Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur. Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir. Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur. Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.
Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837–1910), Modest Petroviç Musorqski (1839–1881), Aleksandr Porfiryeviç Borodin (1833–1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844–1908) və Sezar Antonoviç Küi (1835–1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824–1906) olmuşdur. "Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Dəcəl dəstə
== Məzmun == Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler === Rollarda === A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Xəstə
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü. Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.
731-ci dəstə
731-ci dəstə (yap. 731部隊) — Keçən əsrin 30–40-cı illərində Yaponiya ordusu Çin ərazisində "731-ci dəstə" adı altında bioloji silah sahəsində və bakterioloji müharibə zamanına hazırlıq üzrə tədqiqatlar aparırdı. Söhbət 200 min adamın həyatından gedir. Eksperiment canlı insanlar, qaçırılmış, əsir düşmüş adamlar üzərində aparılırdı. Bununla bərabər insan bədəninin davamlılıq həddi müəyyənləşdirilirdi. Qaynar suya, quraqlığa, qidasız, susuz qalmaya, donmaya və elektrikə qarşı davamlığı sonradan onun viviseksiya, yəni bədəninin yarılması ilə öyrənilirdi. Təcrübə altında olanları barokameralarda gözləri pırtlayıb çıxanacan saxlayırmışlar. Qurbanlar dəstəyə düşürdüsə bütün ailəsi ilə bərabər təcrübənin bütün ağırlığını yaşamalı olurdu. Eksprimentçilər Çin şəhərlərində yatalaq, taun kimi xəstəliklərlə yoluxmuş gənələri artırıb sonra buraxırmış. Su mənbələrini isə vəba vibrionları ilə "zənginləşdirirmiş".
Dəniz kirpiləri (dəstə)
Dəniz kirpiləri (lat. Echinoida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz kirpiləri sinfinə aid heyvan dəstəsi.
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Meydan məscidi (Dəstə)
Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşən məscid. Kənddə Bu günədək qorunub saxlanmış dörd məscid var: Sahib əz-Zaman məscidi, Şingiləy məscidi, Hacı Allahverdi məscidi və Meydan məscidi. Yerli əhalinin fikrincə bu məscidlərdən ən qədimi Şingiləy məscididir. Ancaq təəssüf ki, bu məscidin heç bir qalığı qalmamışdır. Son vaxtlar məscid yenidən bərpa olunmuşdur. Bərpa zamanı məscidin üzərində qoyulan kitabədən aydın olur ki, “ Məscid 1989-1992-ci illərdə yenidən inşa edilmişdir”. Məscid kənd məscidləri içərisində ən qədimi sayıldığından onun üzərində belə bir kitabə də qoyulmuşdur: “XI əsr abidəsi”. Kəndin mərkəzində inşa edilməsi səbəbindən əhali arasında “Meydan məscidi” kimi tanınan məscid kəndin əsas məscidi olmaqla Came məscidi funksiyasını yerinə yetirmişdir. Məscidin daxildən ölçüləri belədir: uzunluğu 18,5 metr, eni 12,5 metr, (ümumi sahəsi: 230 m), hündürlüyü 4 metr. Məscidin tavanı 3x6=18 ağac sütunun üzərində dayanmışdır.
Xüsusi Təyinatlı Dəstə
İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-də «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. “Hər əsgər komando ola bilməz” Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Kəvir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Dəşti (Sərdəşt)
Dəşti (fars. دشتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəşti şəhristanı
Dəşti şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xurmoc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 71 285 nəfər və 15 465 ailədən ibarət idi.
Eniş dəsti
Eniş dəsti — Aviasiya sahəsində təyyarənin yerə enməsini asanlaşdıran qurğuya (adətən bu təkər olur) deyilir. Eniş dəstinin qapıları təyyarə havaya qalxdıqdan sonra enənə kimi bağlı vəziyyətdə saxlanılır. == Ümumi baxış == Aviasiyada eniş qurğuları təyyarələrin taksi hərəkətini etməsini, yerə enməsini və yerdən qalxmasını təmin edən mexaniki sistemlərdir. Eniş qurğuları ümumiyyətlə təkərlidir, ancaq eniş və ya qalxma həyata keçirdəcəyi əraziyə görə təkərlər, kirşələr və xizək olmaqla müxtəlif növlərin fərqli birləşmələri mövcuddur. Təyyarənin eniş qurğusunun tipi mühəndislər tərəfindən hava gəmisinin hansı məqsədli və necə uçuş pistlərində hərəkət edəcəyinə görə müəyyənləşdirilir. Bərk səthlərdə (uçuş-enmə zolağı, yol, gəmi göyərtəsində) uçuş həyata keçirdəcək təyyarələr eniş şok əmici sistemlər ilə təchiz edilmiş təkərli eniş dəstindən istifadə edir, müasir dövrdə bir çox təyyarədə təkərli eniş dəsti mövcuddur, amma qarlı səthlərə və suya eniş və ya qalxma həyata keçirən təyyarələr də vardır və onlar xizəklər və ya kirşələr ilə təchiz edilirlər. Eniş dəsti təyyarənin ən ağır hissələrindən biridir, təyyarənin ağırlığının 7% -i qədər ola bilərlər, lakin adətən ümumi ağırlığın 4-5 faizi civarında olurlar.