Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Désolé
Désolé — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca yeddinci studiya albomu "Song Machine, Season One: Strange Timez"-da səsləndirilmiş mahnı. Bu mahnıda Malidən olan müğənni Fatumata Diavara xüsusi qonaq qismində çıxış edir. Mahnı 27 fevral 2020-ci ildə albomdan ikinci sinql kimi buraxılıb. Bu mahnıda həmçinin Fransadan olan caz-vokal qrupu Voice Messengers-in iştirakı olub.
Məsetle rayonu
Məsetle rayonu (başq. Мәсетле районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Bolşeustinski şəhəridir. Rayon Başqırdıstanın şimal-şərq hissəsində, Ay çayının aşağı axınında yerləşir. Şimaldan Sverdlovsk vilayətinin Krasnoufimski və Artinski şəhər dairəsi, şərqdə Başqırdıstanın Balakatay, cənubda Kıyğı, qərbdə Duvan rayonları ilə həmsərhəddir. Rayon ərazisi Priayskaya təpəli düzənliyin bir hissəsini tutur. Olduqca isti, kifayət qədər rütubətli mülayim kontinental iqlim ilə xarakterizə olunur. Ay, Böyük İk, İk, Lemeza və Oka çayları rayon ərazisi boyunca axır. Tünd boz meşə və qara topraqlara sahibdir. Meşələri palıd, şam, ağcaqayın ağaclarından ibarətdir.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çətin Məsələ (1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin məsələ (film, 1988)

Nəsir Şibl əd-Dəvlə
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı. == Cümhuriyyətə qədərki dövrdə aqrar məsələ == Onun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.