Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azusena Diaz
Azusena Diaz (19 dekabr 1982) — İspaniyalı marafonçu. Azusena Diaz İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Azusena Diaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 35 dəqiqə 2 saniyəyə qət edərək 157 marafonçu sırasında 34-cü yeri tutdu.
Brahim Diaz
Brahim Abdelkader Diaz (3 avqust 1999, Malaqa, İspaniya) — daha çox Brahim Diaz kimi tanınan Mərakeş əsilli İspaniyalı peşəkar futbolçu, La Liqada çıxıs edən Real Madrid klubunun 10 nömrə mövqeyində oynayan hücumameyilli yarımmüdafiəçisi və ya sağ vingerdir. İspaniya yığmasında çıxış etmişdir. == Karyerası == === Mançester Siti === Brahim Diaz karyerasına, 2015-ci ildə 16 yaşında "Mançester Sitiyə" 200.000 funt sterlinq qarşılığında keçməzdən əvvəl doğma klubu Malaqada başlayıb. Peşəkar karyerasına 21 sentyabr 2016-cı ildə "Mançester Siti" klubunda debüt edib. İngiltərə Futbol Liqasının Kubokunda (EFL) "Svonsi Siti" ilə matçda 80-ci dəqiqədə Keleçi İheanaçonu əvəz edib. Beş gün sonra, "Man Siti" ilə ilk peşəkar müqaviləsini üç il müddətinə imzalayıb. 21 noyabr 2017-ci ildə Brahimin Çempionlar Liqasında debütü "Feyenoorda" qarşı oldu. Həmin oyunda o, Rahim Sterlinqi əvəz etdi. İlk dəfə "Man Sitinin" start heyətində 19 dekabr 2017-ci ildə Liqa Kubokunda Lester Siti ilə 88 dəqiqə oynamaqla yer aldı. Premyer Liqada debütü 20 yanvar 2018-ci ildə, Nyukasl Yunayted üzərində komandasının 3–1 hesabı ilə qalib gəldiyi oyunda oldu.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Nate Diaz
Neyt Dias — 1985-ci ildə Amerikanın Koliforniya ştatında dünyaya gələn Neyt ilk təhsilini Tokay Orta Məktəbində alır.Sonralar qardaşı Nik Dias ilə birlikdə Sezar Qarsiyanın rəhbərliyi altında Braziliya ciu-citsusu ilə məşğul olmuş və qara kəmərə sahib olmuşdur. 2004-cü ildə MMA üzrə peşəkar döyüşlərə qoşulan Nate elədə güclü nəticə əldə etməmişdir, beləki o 27 döyüşün 10-nu rinqi məğlub tərk etməklə barışmışdır.
Nik Diaz
Nikolas Diaz (tam adı: Nikolas Robert Diaz, ing. Nickolas Robert Diaz; 2 avqust 1983 və ya 3 avqust 1983, Stokton, Kaliforniya) — Meksika əsilli ABŞ UFC döyüşçüsü. Nikolas Diaz özünə verdiyi "Nik Diaz" (ing. Nick Diaz) ləqəbiylə məşhurdur.
Nikolas Diaz
Nikolas Diaz (tam adı: Nikolas Robert Diaz, ing. Nickolas Robert Diaz; 2 avqust 1983 və ya 3 avqust 1983, Stokton, Kaliforniya) — Meksika əsilli ABŞ UFC döyüşçüsü. Nikolas Diaz özünə verdiyi "Nik Diaz" (ing. Nick Diaz) ləqəbiylə məşhurdur.
Xorxe Diaz
Xorxe Diaz (26 noyabr 1985) — İspaniyalı atıcı. Xorxe Diaz İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Xorxe Diaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.9 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İsmael Diaz
İsmael Diaz de Leon (12 may 1997-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Portu B klubunda hücumçu kimi çıxış edən peşəkar Panama futbolçusudur. Diaz öz peşəkar karyerasında debütünü Tauro klubu ilə 2 sentyabr 2012-ci ildə Alianza klubuna qarşı oyunda etmişdir. Görüşə çıxarkən Diaz 15 il 2 aylığında idi. O, 2014-cü ilin yayında Niderland nəhənglərindən sayılan PSV Eyndhoven FK klubunda yoxlanışdan keçmişdir. 2015-ci ilin avqust ayında isə Portuqaliya nəhənglərindən olan Portu FK klubuna transfer olunmuşdur. Diaz Birləşmiş Ərəb Əmirliklərində keçirilən 2013 FİFA U-17 Dünya Kubokunda və Yeni Zelandiyada keçirilən 2015 FİFA U-20 Dünya Kubokunda iştirak etmişdir. Diaz Panama milli komandası ilə peşəkar debütünü 2014-cü ilin avqust ayında yoldaşlıq oyununda Kuba komandası ilə görüşdə etmişdir. 2015-ci ilin iyun ayına qədər 2 oyuna çıxmış və 1 qol vurmuşdur. Nəticələr və hesablar Panamanın vurduğu qolların siyahısındadır.
Marko Diaz
Marko Diaz — "Star şər qüvvələrə qarşı" cizgi serialının əsas personajlarından biri. Adam Makartur tərəfindən səsləndirilib. Star Batterflayın ən yaxşı dostudur. == Haqqında == Marko Diaz 15 yaşlı latınamerikalı oğlandır. O, səliqəli və başqalarına dəstək olan xeyirxah və mehriban bir insandır.
Mariano Diaz Meyia
Mariano Diaz Meyiya (1 avqust 1993[…], Premiya-de-Mar[d], Kataloniya) — Real Madrid kulubunun hücumçusu. Mariano Diaz 1 avqust 1993-cü ildə İsbaniyanın Premiya de mar şəhərində anadan olub.
Sonsoles Espinosa Diaz
Sonsoles Espinosa Diaz — İspaniyanın birinci xanımı. Sonsoles Espinosa Diaz 1961-ci ilin noyabrın 8-də İspaniyanın Avila şəhərində anadan olub. Espinosa Diaz 1990-cı ildə İspaniyanın baş naziri Xose Luis Rodriqes Zapatero ilə ailə həyatı qurub. Onların iki qızı var. Espinosa Diaz musiqi müəlliməsidir. O, həm də klassik musiqiləri ifaçısıdır. Diaz rok mahnılarını da oxumağı sevir. Hələ universitetdə oxuyanda xor dəstəsinin üzvü olan Diaz daha sonra Leon kollecində 7–9-cu sinif şagirdlərinin musiqi müəlliməsi olub. Madrid şəhərinə köçdükdən sonra Opera evi, Real teatrı və RTVE yayım xidmətində oxuyub.
Ana Diaz Lourens
Ana Afonso Dias Lorenko (13 aprel 1957, Luanda) — anqolalı siyasətçi, Anqolanın birinci xanımı, Anqola Əyalət Planlaşdırma Kabinetinin baş məsləhətçisi (1986-1997-ci illərdə), Planlaşdırma nazirinin müavini (1997-1999-cu illərdə), Milli İqtisadiyyat naziri (1999-2012-ci illərdə), Cənubi Afrika İnkişaf Birliyinin sədri (30 sentyabr 2006-cı ildən). == Həyatı == Lorenko 13 aprel 1957-ci ildə Anqolanın Luanda şəhərində anadan olub. İbtidai təhsilini 1962-66-cı illərdə Luandadakı 83 saylı ibtidai məktəbdə almışdır. O, 1966-68-ci illərdə Luandada yerləşən Marta Rescue Salazar hazırlıq məktəbində oxumuşdur. 1968-74-cü illərdə Luandanın Lancaster şəhərindəki Dona Gayomar liseyində və Dona Gayomar liseyindəki ümumi kursda iştirak etmişdir. 1979-83-cü illər arasında Luanda Anqola Universitetində iqtisadiyyat (planlaşdırma) üzrə bakalavr dərəcəsini bitirmişdir. 1984-cü ildə Fil Dişi sahilindəki Abidjanda Afrika İnkişaf Bankının layihələrinin təhlili və qiymətləndirilməsi kursunu, 1992-ci ildə isə Portuqaliyadakı Dünya Bankının İqtisadi İnkişaf İnstitutunun (IDE) makroiqtisadi siyasət idarəetmə kursunu bitirmişdir. Lorenko Anqoladakı Aqostinyo Neto Universitetini bitirmiş, həmçinin makroiqtisadi siyasət və idarəetmə sertifikatına malikdir. Lorenzo bir neçə dildə danışır: portuqal dilindən əlavə ingilis, fransız və ispan dillərini də bilir. Altı uşaq anasıdır.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır. Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
Luis Diaz (Kamerunlu futbolçu)
Luis Diaz (13 yanvar 1997, Barrankas[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
AJAX
AJAX (ing. Asynchronous JavaScript and XML, azərb. Asinxron JavaScript və XML‎), İnternet səhifələrində JavaScript və XML Http Request istifadəçi ilə interaktiv proqramlar yaradan texnikanın adıdır.Necə oxunması lazım olduğu mövzusunda bir ümumi razılıq olmamaqla birlikdə əksəriyyətlə yazıldığı kimi ajaks olaraq oxunarkən, kimiləri tərəfindən eyni yazımlı ada futbol klubu nümunə göstərilərək Ayaks olaraq oxunur. İngiliscədə ey-ceks olaraq oxunur.Ən məşhur istifadə sahəsi, səhifəni yenidən yükləməyə ehtiyac qalmadan, səhifədə görünür dəyişikliklər etməkdir. XMLHttpRequest istifadə edilərək birdən çox müstəqil əməliyyat edilə bilər. Bəzi informasiya mütəxəssisləri, AJAX'ın HTML və XML-dən sonra ən yenilikçi İnternet proqramı olduğunu və Veb 2.0. 'ı sonlandırıb, 3. kainatın qapısını açdığını önə sürmüşlər. == İşləyişi == Asynchronous JavaScript and XMLsözlərinin qısaltması olan Ayaks, interaktiv veb tətbiqləri yaratmaq üçün istifadə edilən bir veb proqramlaşdırma texnikasıdır. Əsas məqsədi arxa planda serverlə kiçik miqdarda məlumat mübadiləsi sayəsində səhifəni daha sürətli yeniləyən veb səhifələri etmək, başqa sözlə istifadəçinin istədiyi hər anda bütün veb səhifəsini yeniləmək dərdindən xilas edir.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
DMOZ
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Dazı
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Çjan
Çjan şanyü (v. 85) — 63-cü ildə hakimiyyətə gəldi. Onun dövründə Hun tarixində canlanmalar başlandı. Şimal Hunlarına qarşı danışıqlara başlandı. Çjan sienbilərlə müttəfiqliyə girərək şimalla müharibələrə yenidən davam etmək istəsə də imperator hər iki hun dövlətini ələ keçirmək istədiyi üçün imkan vermədi. Çjan şanyü 85-ci ildə vəfat etdi. Onun dövründə hunların çinliləşməsi prosesi başladı.
Əzaz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.