Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diorama
Diorama, real və ya uydurma hadisənin, anın və ya hekayənin işıq oyunlarının köməyi ilə üçölçülü modelləşdirilməsidir. Sərgi məqsədləri üçün hazırlanmış böyük üçölçülü rəsm kimi də müəyyən edilə bilər. Başqa dillərdə eyni qarşılığı olan bu söz azərbaycan dilində bəzən diyorama kimi də yazılır. Sözün mənşəyi fransızcadır və bu dildə 1823-cü ildən istifadə olunmağa başlanmışdır. Fransız dilinə yunan dilindən daxil olan "içəridən" mənası verən dia kəlməsi ilə "görmək" mənasını verən orama ("panoram"da olduğu kimi) sözlərinin birləşməsindən əmələ gələn dioramanın sinonimləri siklorama və panoramdır. Adətən muzeylər və ya sərgilər üçün sifariş edilən dioramalar real ölçülərdə hazırlana və ya müəyyən miqyasda kiçildilə bilər. Bir hadisə və ya məqamın canlandırılması əsas məqsəd olduğu üçün, müəyyən bir kompozisiya yaratmaq üçün dioramalarda birdən çox obyekt yerləşdirilir. Muzey və sərgilərdən başqa model ustaları və maket ustaları da hobbi kimi dioramalarla məşğul olurlar. Bugünkü istifadədə yuxarıdakı mənaları daşıyan diorama XIX əsrdə bəzi səyyar teatr avadanlıqlarını təsvir etmək üçün istifadə edilmişdir.
Dionaea
Dionaea (lat. Dionaea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dorema
Dorema (lat. Dorema) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Mantinealı Diotima
Mantinealı Diotimanın Arkadya da bir rahibə olduğu hesab edilməktədir. Platonun Şölən adlı diyaloqunda keçməktədir və Sokratın müəlliməsi olduğu bildirilir. Bu cür bir şəxsin olub olmadığı bir tapmacaya dönmüşdür. Ancaq Antik yazıçıların onun varlığından şübhə etmədikləri deyilə bilər. Platon, Diotimanun ağzından, Erosu izah edər və onu "gözəllik sevgisi" mənasında təsvir edərək eşqi ucaldar.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Dorema glabrum
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Çılpaq dorema
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
İorana Hotel
İorana Hotel — Pasxa adasının İsla de Pasqua bölgəsinin Hanqa Roa şəhərinin Ana Maqaro ərazisində yerləşən mehmanxanadır. Frommerlər deyir ki, "Buraya heç kim daxil olmayıb, çünki onlar 2 il bundan əvvəl ərzində bu oteli açıblar. Otaqların ciddi şəkildə təmir olunması lazımdır. Sanki onlarda nə isə çatışmır. Xidməti istedadsız meyllidir və əmlak şəhərdən uzunqa yerləşmişdir, amma İoranadan baxış bu nasazlığı aradan qaldırmaq üçün kifayət qədər təsirlidir." Mehmanxananın restoranından qürub mənzərisini izləyə bilərsiniz. 2011-ci ildə dükan sahibi olan Benito Rapahanqo Çili Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti olmuşdur.
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Nessun dorma
Nessun dorma — Cakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir. "Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir. Həmin 3 sual aşağıdakı kimidir: Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir? - Ümid.
Total Drama
Total Drama — Cennifer Perç(en) və Tom Makqillis(en) tərəfindən yaradılmış Kanada cizgi serialı. Kanadada 8 iyul 2007-ci ildə Teletoon telekanalında yayımlanmışdır. Serial Survivor(en) realiti şousunu parodiya edir. Hər mövsüm bir qrup gənc qalib olmaq uğrunda mübarizə aparır. Mükafat və toxunulmazlıq qazanmaq üçün həm komanda şəklində həm də tək başına müsabiqələrdə iştirak edirlər. Təxminən yarışın ortalarında komandalar parçalanır və üzvləri bir-birləri ilə rəqabət aparmağa məcbur edilirlər. Müsabiqənin iştirakçıları bir-birlərinə dəstək olsalar onlar dərhal oyundan kənarlaşdılırlar. Serialın birinci mövsümündə müsabiqənin finalında qalib gələn iştirakçıya 100,000 Kanada dolları ödənilib. Serial altı mövsümdən ibarətdir: Island, Action, World Tour, Revenge of the Island və Total Drama Island.
Kevin N'Doram
Kevin N'Doram (22 yanvar 1996-cı ildə anadan olub) — Liqa 1 klublarından olan Monako FK-da müdafiəçi kimi çıxış edən Fransalı futbolçudur. == Klub karyerası == N'Doram futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. O, liqada debütünü 20 avqust 2016-cı ildə etmişdir. Həmin görüşdə Monako FK səfərdə Nant FK klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. O, həmin oyunda 90 dəqiqə meydanda olmuşdur.
Total Drama Island
Total Drama — Cennifer Perç(en) və Tom Makqillis(en) tərəfindən yaradılmış Kanada cizgi serialı. Kanadada 8 iyul 2007-ci ildə Teletoon telekanalında yayımlanmışdır. Serial Survivor(en) realiti şousunu parodiya edir. Hər mövsüm bir qrup gənc qalib olmaq uğrunda mübarizə aparır. Mükafat və toxunulmazlıq qazanmaq üçün həm komanda şəklində həm də tək başına müsabiqələrdə iştirak edirlər. Təxminən yarışın ortalarında komandalar parçalanır və üzvləri bir-birləri ilə rəqabət aparmağa məcbur edilirlər. Müsabiqənin iştirakçıları bir-birlərinə dəstək olsalar onlar dərhal oyundan kənarlaşdılırlar. Serialın birinci mövsümündə müsabiqənin finalında qalib gələn iştirakçıya 100,000 Kanada dolları ödənilib. Serial altı mövsümdən ibarətdir: Island, Action, World Tour, Revenge of the Island və Total Drama Island.
Kim Possibl: Belə Drama
Kim Possibl: Belə Drama (ing. Kim Possible: So the Drama) - 2005-ci ildə çəkilmiş qısametrajı animasiyadır. Həmçinin, animasiyanın "Kim Possibl Film: Belə Drama" (ing. Kim Possible Movie: So The Drama) və ya "Kim Possibl 2: Belə Drama" (ing. Kim Possible 2: So the Drama) kimi səslənir. == Məzmun == Kim Possibl və Ron Stoppabl kömək üçün ikinci dəfə oyuncaq fabriki Nakasumiyə çağırırlar. Həkim Drakken Şiqonu, Nakasumini zorla qaçırmaq üçün önləyir. Lakin Şiqo Nakasuminin ancaq pencəyini ala bilir. Drakken isə pəncəkdə Nakasumi oyuncaq şirkətinə aid yeni bir oyuncaq şəkli tapır. Həkim Drakken artıq dünyanı ələ keçirmənin yolunu tapmışdır.
Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama
Digər Qızıl Qlobus mükafatları üçün: Qızıl Qlobus mükafatı Ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı - drama qalibləri və nominantların adları xüsusi rənglərlə verilmişdir.