Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. == Dirək növləri == Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirçək
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dirən
Dirən - türk və altay xalq inancında və mifologiyasında şeytan piri. Tiren (Tiyren, Teyren) də deyilir. Şeytanı İnsan. Quran-ı Kərimdəki "Şeytan Övliyası" təbiri ilə bənzərlik göstərir. İnsanların hər cür istəklərini yerinə yetirən şər ruhlara da bu ad verilər. Lakin bu ruhun qarşısındakı insan o qədər pisdir ki, onun tərəfindən aldadılar. Bu kəslərə "Diren" deyilər. Ərən anlayışının əleyhdarı olaraq qəbul edilər. == Təyrən == Təyrən - türk mifologiyasında iblis. Tayran da deyilir.
Dizək
Dizək — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, nda, kənd. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Orta fars dilində dizək-"qala" sözündəndir. Dağlıq Qarabağın orta əsrlərdə Dizak mahalının (indiki Cəbrayıl rayonunun ərazisi) adı ilə mənaca eynidir.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Dibək (Maku)
Dibək (fars. ‎ديبك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (26 ailə). Kənd əhalisi etnik Azərbaycan türklərindən ibarətdir və şiə müsəlmandırlar.
Dibək (Xoy)
Dibək (fars. ديبك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (24 ailə).
Həsən Zirək
Həsən Zirək (kürd. Hesen Zîrek; 29 noyabr 1921, Bükan, Qərbi Azərbaycan ostanı – 26 iyun 1972, İran) — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. == Həyatı == Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Mirək (Abaran)
Mirək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Mirək (Bicar)
Mirək (fars. ميرك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (16 ailə). Əhalisini kürdlər təşkil edir.
Piramidavari dirçək
Piramidavari dirçək (lat. Ajuga pyramidalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Pol Dirak
Pol Adrien Moris Dirak (8 avqust 1902[…], Bristol[…] – 20 oktyabr 1984[…], Tallahassi[d]) — britaniyalı fizik-nəzəriyyəçi, kvant mexanikasının banilərindən biri. Fermiyonların hərəkətini təsvir edən Dirak tənliyinin müəllifi. Bu tənliyin vasitəsilə sonralar antimaddənin mövcudluğu sübut ediləcəkdi. 1933-cü ildə Ervin Şredingerlə birlikdə "atom nəzəriyyəsinin yeni məhsuldar formalarını kəşfinə görə" Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Pol Adrien Moris Dirak Bristolda fransız dili müəllimi isveçrə əsilli Çarlz Adrien Ladislav Dirak və ingilis Florens Hanna Dirakın ailəsində anadan olmuşdur. Dirak əvvəlcə Bristolda ticarət məktəbində oxuyur, sonradan Bristol universitetinin elektrotexnika fakültəsinə daxil olur. Universitetdə oxuduğu illərdə Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə maraqlanır və iki il müddətində riyaziyyatla məşğul olur. Daha sonra Kembridcdə Müqəddəs İona kolledcinin riyaziyyat üzrə aspiranturasına daxil olur və 1926-cı ildə doktorluq dissertasiyasını müdafiə edir. Növbəti ildə isə Dirak elə həmin kolledjin elmi şürasına üzv seçilir. Dirak Kembridcə aspiranturada oxuduğu illərdə Verner Heyzenberq və Ervin Şredinger kvant nəzəriyyəsini atom və subatom sistemlərinin və elektron kimi mikrohissəciklərin hərəklətinin təsvirinə tətbiq etməyə imkan verən kvant mexanikası üzərində çalışırdılar.
Sirək (Kəleybər)
Sirək (fars. سيرك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 246 nəfər yaşayır (42 ailə).
Sürünən dirçək
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Yalançıxios dirçək
Çılpаq dircək
Çılpaq dircək (lat. Ajuga glabra) — Çoxillik, hündürlüyü 25–30 sm, gövdəsi düz, tüklü bitkidir. Yarpaqları üç dar xəttvari hissəyə bolünmüşdür. Aşağı yarpaqlar daha çox bütöv, çəlovvarixəttvari, yuxarısı üçdilimli, daralaraq uzun saplağa çevrilir. Çiçəkləri oturaq, tək-təkdir, yarpaqların qoltuğunda yalançı sünbülvari çiçəkqrupunda yığılmışdır. Kasacıq 4–6 mm uzunluqda, zınqırovvari, yuxarı hissədə nisbətən uzuntüklü, altdan çılpaqdır. Tacı 16–20 mm uzunluqda, limonu və ya açıq sarı rəngdə, aşağı dodaqcığı al qırmızı zolaqlı və ya ləkəlidir. Fındıqçalar 3 mm, uzunsov, büzüşmüş formada, tünd rəngdədir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq bitkisidir, çöllərdə, əkinlərdə, bağlarda, kollüqlarda, çay vadilərində, quru gilli, daşlı yamaclarda bitir.
Yuzef Çirek
Yuzef Çirek (pol. Józef Czyrek; 20 iyul 1928 – 3 iyun 2013, Varşava) — Polşa siyasətçisi, 1980–1982-ci illərdə Polşa Xalq Respublikasının Xarici İşlər naziri. Yuzef Çirek 1928-ci ildə Polşanın Lvov voyevodalığının Biloberegi kəndində anadan olmuşdur. O, 1950-ci ildə Yagellon Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. Yuzef Çirek karyerasına Yagellon Universitetində və Krakov İqtisadiyyat Universitetində tədqiqatçı kimi başlamışdır. O, 1952-ci ildə Polşa Xalq Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır. Çirek 1955-ci ildə qoşulduğu Polşa Birləşmiş Fəhlə Partiyasının Siyasi Bürosunun üzvü idi. O, 1962–1968-ci illərdə Belqradda hüquq konsultantı (1962–1968) və direktor müavini, həmçinin 1969–1971-ci illərdə Xarici İşlər Nazirliyinin Tədqiqat və Proqramlaşdırma Departamentinin direktoru vəzifələrində çalışmışdır. Çirek 1980-ci ilin avqust ayına qədər xarici işlər nazirinin müavini olmuşdur. O, 1980-ci ilin avqustunda bu vəzifədə Emil Voytaşekin yerinə xarici işlər naziri təyin edilmişdir.
Derek Şovin
Derek Mişel Şovin (19 mart 1976) — Minnesota ştatının Minneapolis şəhərində 46 yaşlı afro-amerikalı Corc Floydu öldürən keçmiş polis məmuru. Şovin 26 mayda Minneapolis Polis Departamenti (MPD) tərəfindən vəzifədən kənarlaşdırıldı və 29 mayda həbs edildi.