ZİRƏK

ZİRƏK ..sədri də davadan çıxıb ad qazanmış zirək və bacarıqlı bir oğlandır (M.Rzaquluzadə); CƏLD [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpənişin!.. (C.Məmmədquluzadə); ÇEVİK Nurəddin özünə görə bilikli, çevik bir uşaqdır (S.S.Axundov); DİRİBAŞ Oğlu diribaşdır, yaxşı ov tulasıdır (A.Şaiq); QOÇAQ Qoçaq Aytən, ovçu Eliş; Doğma bacı-qardaşdılar (M.Rzaquluzadə); OD-ALOV (məc.) Minnətov: Hələ Şeydanı demirsən, od-alovdur, zalım oğlunun qızı (R.Rza); BACARIQLI (bax).

ZİREH
ZİRƏKLİK
OBASTAN VİKİ
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Həsən Zirək
Həsən Zirək (kürd. Hesen Zîrek; 29 noyabr 1921, Bükan, Qərbi Azərbaycan ostanı – 26 iyun 1972, İran) — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı.

Digər lüğətlərdə