Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Böyük Oriyat
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. == Əhalisi == === Tanınmışları === İbrahim Nurlu (d.
Dariqa Nazarbayeva
Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı. == Siyasi karyerası == Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib. O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib. == Ailəsi == Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d.
Dariğa Nazarbayeva
Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı. == Siyasi karyerası == Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib. O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib. == Ailəsi == Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d.
Draqan Naçevski
Draqan Naçevski (Makedonca:Драган Начевски) - Makedoniyalı futbolçu. == Həyatı == Draqan Naçevski 1980-ci il yanvarın 27-də anadan olmuşdur.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
Etiqat Hacıyev
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
Yefim Dziqan
Yefim Lvoviç Dziqan (2 (14) dekabr 1898, Moskva – 31 dekabr 1981, Moskva) — Rus-sovet kinorejissoru, SSRİ xalq artisti. Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Fətəli xan (film, 1947) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 383.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
İkiqat inteqral
İkiqat inteqral birdən çox dəyişəni olan funksiyaların müəyyən inteqralının ümumi formasıdır, məsələn f(x, y) və ya f(x, y, z). R2 sahəsində ikidəyişənli funksiyanın inteqralı ikiqat inteqral,R3 sahəsində üçdəyişənli funksiyanın inteqralı isə üçqat inteqral adlanır. Birdəyişənli müsbət funksiyanın müəyyən inteqralının funksiya ilə x oxu arasındakı hissənin sahəsini ifadə etdiyi kimi, ikidəyişənli müsbət funksiyanın ikiqat inteqralı da funksiya tərəfindən təyin olunan əyri ilə (üçdəyişənli Kartezian müstəvisində z = f(x, y)) sahəni əhatə edən müstəvinin həcmini təyin edir. (Eyni həcm üçqat inteqralla da tapıla bilər f(x, y, z) = 1) Əgər funksiya çoxdəyişənlidirsə o zaman ikiqat integral çoxölçülü funksiyanın hiper həcmini ifadə edəcək. n > 1 halı üçün "yarı açıq" n-ölçülü hiper dördbucaqlı T domeninin təyinatı: T = [ a 1 , b 1 ) × [ a 2 , b 2 ) × ⋯ × [ a n , b n ) ⊆ R n . {\displaystyle T=\left[a_{1},b_{1}\right)\times \left[a_{2},b_{2}\right)\times \cdots \times \left[a_{n},b_{n}\right)\subseteq \mathbf {R} ^{n}.} Hər interval bölgüsü [aj, bj) sonlu Ij ailəsinin örtüşməyən alt intervalı olan ijα, ilə sol tərəfdən bağlı sağ tərəfdən isə açıqdır. Beləliklə sonlu alt dördbucaqlı ailəsi olan C C = I 1 × I 2 × ⋯ × I n {\displaystyle C=I_{1}\times I_{2}\times \cdots \times I_{n}} şəklində verilir və T `nin bir bölgüsüdür;alt dördbucaqlı Ck örtüşməyəndir və onların birləşməsi T `dir. f : T → R , Tüzərində təyin olunan funksiyadır. Hesab edək ki T `nin hissəsi olan C, m ald dördbucaqlılar ailəsidir, Cm və T = C 1 ∪ C 2 ∪ ⋯ ∪ C m {\displaystyle T=C_{1}\cup C_{2}\cup \cdots \cup C_{m}} (n + 1) ölcülü həcmin Riman cəmi ∑ k = 1 m f ( P k ) m ⁡ ( C k ) {\displaystyle \sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} (C_{k})} Pk , Ck `da yerləşən nöqtədir və m(Ck) intervalların uzunluqları hasilidir. S = lim δ → 0 ∑ k = 1 m f ( P k ) m ( C k ) {\displaystyle S=\lim _{\delta \to 0}\sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} \,(C_{k})} .
Draqan Çoviç
Draqan Coviç (xorv. Dragan Čović; 20 avqust 1956, Mostar) — xorvat əsilli Bosniya və Herseqovina biznesmeni və siyasətçisi. Bosniya və Herseqovina Xorvatiya Demokratik Birliyinin lideri. == Həyatı == 1998-ci ildən maliyyə naziri və ölkə hökumətinin baş nazirinin müavini vəzifələrində çalışmışdır. 5 oktyabr 2002-ci ildə üçüncü etnik qrup olan xorvatların nümayəndəsi kimi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2003-cü ilin iyunundan 2004-cü ilin fevralına qədər xorvat icmasından Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində çalışmışdır. 29 mart 2005-ci ildə Ali Nümayəndə Peddi Eşdovn tərəfindən maliyyə cinayətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. OŞ Bosniya və Herseqovina Dövlət Məhkəməsinin qərarı ilə istintaq tədbirləri müddətində, istefasından sonra bir müddət həbsdə qalmışdır. Sonradan ittihamlar aradan qaldırılmışdır. O, 2014-cü il prezident seçkilərində səslərin çoxunu qazanmışdır.
Bright Future
Bright Future — ABŞ müğənnisi Adrianna Lenkerin altıncı solo studiya albomu. 22 mart 2024-cü ildə 4AD tərəfindən buraxılıb.
İkiqat zərbə
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bugünkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Mustafa İrgat
Mustafa İrgat (22 yanvar 1950 – 3 mart 1995), Türk şair və sinema yazarı. 22 Yanvar 1950-ci ildə İstanbulda dünyaya göz açmışdır. Saint-Joseph Kollecində təhsil almışdır. İlk şeiri "Yeni Dərgi"də dərc olundu (1971). "Sokak" və "Beyaz" dərgilərində şeir, "Yeni Sinema", "Nokta" və "Gündem"də film yazıları çıxdı. Şəkil çəkdi. "Aidsiz Kimlik Kitabı" (1993) şeirlərindən, "Duhuldəki Deney" (1995) adlı kitabı film yazılarından ibarətdir. Mustafa İrgat 3 Mart 1995-ci ildə İsanbulda vəfat etdi. "Aidsiz Kimlik Kitabı" ilə 1995 "Orxon Murad Arıburnu Şeir Mükafatı" Aidsiz Kimlik Kitabı (YKY, 1993) Sonu Zor (Çapa Hazırlayan Əhməd Güntan, YKY, 2011) Duhuldəki Deney (YKY, 1995) Ykykultur.com.tr - Mustafa İrgat`ın Biyografisi D'okunmada Mademki: Mustafa Irgat hakkında yazılanlar ve yazıları.
Rifat Hacıselimoviç
Rigan şəhristanı
Rigan şəhristanı — İranın Kirman ostanında şəhristan. İnzibati mərkəzi Məhəmmədabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 53 059 nəfər və 11 380 ailədən ibarətdir.
Rikkardo Driqo
Rikkardo Driqo (it. Riccardo Eugenio Drigo; 30 iyun 1846[…], Padova – 1 oktyabr 1930[…], Padova, Veneto) — italyan bəstəkarı və dirijoru. O, uşaqlıq illərində öz doğma şəhərində pianoçu kimi çıxış edirdi, yeniyətməlik illərində romans və valslar bəstələməyə başladı. O, 1864-cü ildə Venesiya konservatoriyasını bitirdi. Paduyada Haribaldi teatrında işləmiş, elə həmin teatrda da ilk dirijorluq fəaliyyətinə addım atmışdır. 1868-ci ildə həmin teatrda Driqonun "Portuqaliyalı Don Pedro" operası tamaşaçı kütləsinə təqdim olunmuşdur. 1978-ci ildə baron Karl Karloviç Kister Driqonu Sankt-Peterburqa dəvət etmişdir. 1879-cu ildə Driqo Sankt-Peterburqda İtalyan operasının dirijoru olmuş, 1886-cı ildə Marini teatrının balet həyetinin orkestrində dirijor və bəstəkar kimi fəaliyyət göstərmişdir. Driqo M.İ.Petip, L.İ.İvanov kimi baletmeysterlərlə birgə Çaykovskinin "Yatmış gözəl" (1890), "Şelkunçik" (1892) və "Qu Quşu" (1895) baletlərini, həmçinin A.K.Qlazunovun "Raymonda" (1898) baleti səhnəyə çıxarılmışdır. Sonradan Driqo Paduyaya qayıtmış və ömrünün axırına kimi Haribaldi teatrında bəstəkar və dirijor kimi fəaliyyət göstərmişdir.
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; Şaxtyor futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.