Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Altı duru, üstü quru (film, 1983)
Nüket Duru
Nüket Duru (türk. Nükhet Duru; 19 may 1954, Niğdə) — türkiyəli müğənni və aktrisa. O, 70-80-ci illərdə Türkiyədə populyar musiqinin ən güclü səslərindən və ən məşhur müğənnilərindən birinə çevrilmişdir.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Nuru
Nuru — kişilərə verilən şəxsi ad. Nuru Paşa — Türkiyə Osmanlı ordusunun generalı. Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı Nuru Səfərov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Nuru Məmmədov — Tarix elmləri namizədi (1976), dosent (1998) Bu ad təxəllüsü olan şəxslər Vüsal Nuru — yazıçı, ssenarist. Bu ada oxşar adı olan şəxslər Nuruş Əliyev (1911-1995) — Sosialist Əməyi Qəhrəmanı Yaşayış məntəqələri Qara Nuru — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Başqa mənalarda Haqqın nuru (qəzet) — Qafqaz Müsəlmanları İdarəsi nin həftəlik dini-ictimai qəzeti.
Quru
Quru (informatika)
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Düyü
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. == Tərkibi == su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. == Düyü istehsalı ilə məşğul olan ölkələr == Düyünün illərə görə istehsalı min. ton.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. == Toponimikası == Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır) görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. == İstinadlar == == Xarici keçidlər == armenianvandalism.
Hordeum durum
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Luru-Burbonne
Luru-Burbonne (fr. Louroux-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03150. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15–64 yaş arasında) 86 nəfəri iqtisadi cəhətdən, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,0%, 1999-cu ildə 60,5%). Fəal olan 86 nəfərdən 80 nəfəri (43 kişi və 37 qadın), 6 nəfər işsizdir (4 kişi və 2 qadın). 55 hərəkətsiz şəxs arasında 10 nəfər şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mil düzü
Mil düzü — Kür-Araz ovalığının cənub-qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi. Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir. == Hidrogeoloji şərait == Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinir Yalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Nuru Abdullayev
Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı. Nuru Abdullayev Şəki rayonunun Oxud kəndində doğulmuşdur. 1942-1945-ci illərdə Fransa müqavimət hərəkatında iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun silahdaşı olmuşdur. Şəki rayonunun Oxud kəndində dəfn edilib.
Nuru Bayramov
Nuru Yusif oğlu Bayramov (17 sentyabr 1963, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycan alimi; cərrah, transplantoloq, hepatoloq; tibb elmləri doktoru (1999), professor (2004), AMEA-nın müxbir üzvi (2014). == Həyatı == Nuru Bayramov 17 sentyabr 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1970-ci ildə Nərimanlı kənd orta məktəbinə getmiş, 1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1986-cı ildə bu fakültəni "Lenin adına təqaüdçü" və cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci Cərrahi Xəstəliklər kafedrasında klinik ordinatura keçmiş, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda "Cərrahiyə" ixtisası üzrə aspiranturaya daxil olmuş, 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasını vaxtından əvvəl bitirərək "Tədqiqatçı həkim" ixtisası almışdır. 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasında "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (PhD) elmi dərəcəsini almışdır. 1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yaralılara Tərtər hərbi hospitalında və arxa cəbhədə cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımı zamanı donmuş insanların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir. 1994-cü ildə "Qaraciyər cərrahiyyəsi və transplantasiyası" mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, "Laparoskopik, qastroentoroloji və onkoloji cərrahiyə" üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək İxtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir. 1996–1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi cərrahiyyə kafedrasında Dossent Doktor kimi, kafedra müdirü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.
Nuru Paşa
Nuru Killigil və ya Nuru Paşa (türk. Nuri Killigil; 1889, Konstantinopol, Osmanlı imperiyası – 2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar. O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu. == Həyatı == === Erkən illəri === === Hərbi karyerasının başlanğıcı === === Rus-yapon müharibəsi === === Artilleriya Zabitləri məktəbində xidməti === === Birinci dünya müharibəsi === === Azərbaycanda xidməti === === Türkiyəyə qayıdışı === Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı.
Ordubad düzü
Ordubad düzü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biri. Arazın sol sahilindədir. Şimalda Aşağı Əylis kəndinədək davam edir. Cənub-şərqdən başlayaraq şimal-qərb istiqamətində Dəstə kəndinədək 9 kilometr məsafədə uzanır. Səthi parçalanmış maili düzənlikdir. Əylisçay, Ordubadçay, Gənzəçay çaylarının gətirmə konuslarından təşkil olunmuşdur. Qərb hissəsi Yuxarı Əylis kəndindən başlayaraq Araz çayına qədər struktur sel çöküntüləri ilə örtülmüşdür. Ordubad düzünün şimal hissəsində Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru əkinçilik üçün yararlı dağ-qəhvəyi torpaqlar, şərqində isə dar zolaq şəklində dağ-açıq şabalıdı torpaqlar yayılmışdır.