Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilba
Dilba (doğum adı: Dilbahar Demirbağ; 24 noyabr 1971) — kürd mənşəli Türk-İsveç pop müğənnisi.
Tilda
Tilda (isp. tilde,lat. titulus — imza, yazı) — dalğalı şəklində bir neçə mətbəə nişanının adıdır. == Diakritik nişan == === Sətirüstü === Əksər dillərdə sətirüstü tilda n və m hərflərində istifadə edilir. Orta əsrlərdə yazılarda tilda işarəsi sətirin üstündə tez-tez yazılırdı. Fərqli dillərdə istifadə edilən tilda işarəsi: ñ — ispan dilində yumşaq "n" səsinin yazılışı üçün istifadə edilir; õ — Eston dilində [ı] və [o] səsləri arasında fərqli bir səs ifadə edir.
Dilma Rousseff
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Dilsa dovşanalması
Dilsa dovşanalması (lat. Cotoneaster dielsianus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, yarpaqlı koldur. Budaqları bozumtul-qara və ya qonurtəhər-qara, nazik, möhkəm tükcüklü, parlaqdır. Yarpaqları xətvari-lansetvari, çılpaq, (0,6)-2,5 x 0,8-1,5 sm, sıx, sarımtıl-boz və ya boz çalarlı, parlaq, ucu bizdir. Çiçək qrupu 3-7 çiçəkli, çiçək saplağı tükcüklü; çiçək altlıqları xətvari-lansetvari, 2-3 mm, tükcüklüdür. Çiçəklərin diametri 6-7 mm-dir. Hipantisi tükcüklü, ovaldır. Ləçəkləri düz, çəhrayı, enli, əks-yumurtavaridir, diametri 3-4 mm, bünövrəsi qısa, ucu kütdür.
Hilda Zimmerma
Hilda Zimmerma (alm. Hilde Zimmermann‎; 12 sentyabr 1920, Vyana – 25 mart 2002, Vyana) — Avstriyalı siyasi fəal, Nasizmə qarşı mübarizə aparan. Avstriya müqavimət hərəkatının üzvü, Ravensbrük həbs düşərgəsi və Ölüm yürüşündən xilas olmuş şəxs. == Bioqrafiyası == 12 sentyabr 1920-ci ildə Vyanada anadan olmuşdur. Valideynləri aktiv Sosial Demokratlar idi: anası Anna Vudsam Avstriya Sosialist Partiyasının təhsil şövbəsində işləyirdi, atası dəmiryolu işçisi olaraq eyni zamanda sadiq Sosial Demokrat idi. Dörd yaşında ikən Hilda valideynləri və kiçik qardaşı Otmar ilə Kaqran kəndinə köçür. Əvvəlcə ailəsi ilə yaşayır, sonra bir müddət nənə və babasının yanında böyüyür. Valideynlər 1934-cü ildə işsiz qalır və Avstriya Vətəndaş müharibəsində iştirak edirlər. Tezliklə vbalideynləri həbs olunur: anası iki ay, atası isə altı ay həbsdə yatır. 14 yaşlı Hilda və 12 yaşlı qardaşı tək qalır.
Silda adası
Silda (norv. Silda) — Soqn-oq-Fyurane regionunda kiçik bir ada. Adanınm sahəsi 1,1 km² təşkil edir. Voqstoy adasında 2 km şimal-şərqdə, Barmen adasından isə 2,5 km qərbdə yerləşir. Sahilləri Sildeqapnet körfəzinin suları ilə yuyulur. Adadan 2 km şərqdə Lanqenes, 3 km şimal-şərqdə isə Reyoudeberq kəndi yerləşir. Bu adada 1810-cu ildə Silde döyüşü olmuşdur. 2001-ci ildə adada 38 nəfər yaşayırdı. Onlkarın yeganə nəqliyyat vastəsi qayıqlar idi. == Adı == Norveç dilində sild sözü "seld" balığının adından götürülmüşdür.
Hilda Krotszoli
Hilda Krotszoli (16 avqust 1900, Zalsburq – 10 avqust 1972) — Avstriyanın ilk qadın memar və inşaat mühəndislərindən biri. == Erkən həyatı və təhsili == Hilda Yohana Krotszoli 16 avqust 1900-cü ildə Avstriyanın Zalsburq şəhərində anadan olub. Atası Ambrogio (Amvros) Krotszoli (1870–1925), anası isə Lusiya Antoniya Santarossa (1871–1957) idi. Onlar 1882-ci ildə evləniblər. Krotszoli, bir neçə nəsil ərzində Avstriyanın Zalsburq şəhərinin inkişafında əsas rol oynayan usta inşaatçılar və memarların Şimali İtalyan Friulian nəslindəndir. Amvrose Krotszoli 12 fevral 1907-ci ildə özü və ailəsi üçün vətəndaşlıq andı içdi və onlar 5 yanvar 1915-ci ildə Zalzburqun Maksqlan bölgəsinə Heymatrext hüququnu aldılar (Heymatrext 1849-cu ildə Avstriyada təqdim edilmiş, yaşayış və yoxsullara yardım hüququ verən ərazidə məskunlaşma hüququ idi). Anası yalnız italyanca danışırdı və heç vaxt almanca danışmağı öyrənmədi. Hilda evin yeddi uşağından dördüncüsü idi, lakin onun iki böyük qardaşı körpə ikən vəfat edir və beş qız qalırlar. İbtidai və orta məktəbdə oxuduqdan sonra o, Zalsburqdakı Staatsgeverbeskul (Dövlət Ticarət məktəbi) binasında dörd illik tikinti kursunu bitirib, 1921-ci ildə yekun imtahanını uğurla verərək Avstriyanın ilk memarı oldu. O, Staatsgeverbeskulun tikinti şöbəsinin tarixindəki ilk qadın məzun idi.
Nelson Dida
Nelson Dida və ya qısaca olaraq Dida (7 oktyabr 1973[…], İrara[d], Baiya) — Braziliyalı futbolçu. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınıb. Futbol üzrə Braziliya milli komandasının qapıçısı olub. == Karyerası == 1990-cı illərin əvvəllərində Braziliyada böyük futbol karyerasına "Vitoria" ilə başladıqdan sonra, Dida "Cruzeiro" və "Corinthians" komandalarında çıxış edib. O, daha çox 2000–2010-cu illərdə "Milan"da keçirdiyi on illik fəaliyyəti ilə yadda qalıb, burada özünü dünyanın ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib və klubla çoxsaylı kuboklar və fərdi mükafatlar qazanıb. "Milan" ilə Dida bir A Seriyası çempionluğu titulunu (Skudetto) və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Çempionlar Liqasında bu qələbələrdən birincisi 2003-cü ilin finalında A Seriyasından "Milan"ın rəqibi olan "Yuventus"a qarşı oyunda, onun geri qaytardığı üç penal zərbəsindən sonra gəldi.Dida 2010-cu ilə kimi formasını geydiyi "Milan" klubunda 300-dən çox oyunda çıxış edən dörd "Mila"n qapıçısından biridir. Futbolçu 2010-cu ildə "Milan"dan ayrıldıqdan sonra karyerasını biitrdiyini elan edir. Ancaq iki illik fasilədən sonra 2012-ci ildə Braziliyada yenidən futbola qayıtdı və bir çox mövsümlərdə üç komandaya — "Portuguesa", "Qremio" və "İnternasional" klublarında forma geyinir. Beynəlxalq səviyyədə Dida Braziliya milli komandası ilə on bir il ərzində 91 oyun keçirib, FIFA Dünya Kubokunu və Olimpiya medalını qazanıb, eyni zamanda FIFA Konfederasiyalar Kuboku tarixində ən uğurlu oyunçudur.
Dila Qori FK
Dila Qori FK – Gürcüstanın futbol klubu.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Cılxa
Cılxa xan — türk və altay mifologiyasında uşaq tanrısı. Uşaq doğulduğunda taleyini təyin edər. Doğumu edən qadını da qoruyur. Uşağı olmayan qadınlar tərəfindən ondan uşaq istənilər. Yakutlarınn mifoloji inanclarında, xeyirxah və "Ayıhı"lardan olan bir ruhdur. İnanışa görə "Cılka Xan", uşaq doğulduğunda onun qədərini təyin edər. Mifoloji mətnlərdə, onun və həyat yoldaşının göylərdə yaşadığı deyilər. Dəğum ruhu uşaq vermədiyi zaman, Yakutlar uşağı bu dəfə "Cılka Xan" dan diləyərlər. Canını "Cılka Xan"ın verdiyi uşağın gələcəyi yaxşı olar və bu uşaq, hər hansı bir xəstəlikdən və ya qəzadan ötəri ölməz. Hevyanların tələf olduğu və ya quraqlıq vaxtlarda, yenə "Cılka Xana yalvarılıp dua edilər.
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliya əsilli, Misirdə doğulan fransız müğənnisi. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. == Uşaqlıq illəri == İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.DigərDiana (mifologiya) — Qədim Roma mifologiyasında Ay ilahəsi.
Diddu
Diddu (mald. ދިއްދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Xaa Alif atolu ərazisinə daxildir. Maldiv adalarının şimalında yerləşir. == Coğrafi yerləşmə == Diddu adası Xaa Alif atoluna daxil olan 43 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 304 km şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 2512 nəfər yaşayır: 45 % kişi və 55 % qadın. Şəhər əhalisinin artım dinamikası:{| class="wikitable" border="1" |+ ! 1995 !! 2000 !! 2006 |- | 2486 || 2766 || 2512 |} Əhalinin yaş strukturu: 48,6 % — 18 yaşından aşağı; 12,5 % — 19 - 25 yaş arası; 33,2 % — 26 - 64 yaş arası və 5,7 % — 65 yaş və yuxarı.
Dikdaş
Dikdaş (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dikdaş dağı — Culfa rayonu ərazisində dağ Dikdaş — Gədəbəy və Ağdərə r-nları sərhədində dağ. Dikdaş — Kəlbəcər rayonu ərazisində dağ; Dikdaş — Tovuz rayonunun c.-unda, Böyük QıĢlaq kəndindən q.-də dağ.
Dilan
Dilan — Uelsdə daha çox işlədilən ad. Dilan Beyauliyu — Monako klubunda çıxış edən Fransa futbolçusu. Dilan O'Donnell — Stiveneyc klubunda çıxış edən İngiltərə futbolçusu. Dilan Naputi — Quam futbolçusu. Dilan Everett — Kanada aktyoru. Dilan Snider — Amerika aktyoru. Dilan Mörneyn — Avstraliya futbolçusu. Dilan Qroenevegen — Niderland velosipedçisi. Dilan Kvasnievski — Amerika NASKAR sürücüsü. Dilan Beyker — Amerika aktyoru.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri).Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur. Tablo fond birjasının məcburi atributlarındandır.
Dilim
Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul). Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır. == Coğrafi yerləşməsi == Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km². == Tarixi == 1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır. B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur.
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. == Dilçi alimlər == 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073-1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030-1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275-1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802-1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Çildağ
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.