DİLDADƏ sif. və is. [ fars. ] klas. Birisinə könül vermiş, vurulmuş, ürəyini bağlamış; məftun, vurğun, aşiq. Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Şair oldur ki, həqiqətlərə dildadə ola; Şairin fikri, xəyalı gərək azadə ola. A.Səhhət. Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət; Dildadeyi-ürfanları neylərdin, ilahi?! M.Ə.Sabir. // Sevgili, məhbubə.