DALDA


1. sif. Sığınmağa və ya gizlənməyə yarayan. Dalda yer. Dalda divar.
– Kosa boşalmış küçənin dalda yeri ilə yeriyib at tövlələrinin yanına çatdı. S.Rəhimov.
Aqil onu güclə ağaclar arasına, dalda bir yerə gətirdi. Mir Cəlal.

2. is. Qorunmağa, sığınmağa yarayan yer; sığınacaq, təhlükəsiz yer.
Namərd adam dava günündə qaçar; Gedər daldalarda pəhləvan olar. Koroğlu”.
[Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev.

// Gizli yer, xəlvət.
Əgər yarsan, gəl sarmaşaq qol-boyun; Durub daldalardan baxmağın nədir? M.P.Vaqif.
Oğrun-oğrun daldalardan baxırsan; Alırsan cəsəddən canı, sevdiyim! Aşıq Ələsgər.

3. is. məc. Kömək, arxa, himayə. Daldası olan adam.
– Mərd igidlər bir-birinə daldadı. Koroğlu”.
Əzizim daldasına; Mərd igid daldasına; Namərd aslan olsa da; Sığınma daldasına. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • DALDA 1. DALDA Əhmədlə yoldaşlarının dayandığı yer möhkəm və dalda idi (M.Hüseyn); BÜKƏK Quzular özünü daşların bükəyinə, hətta çadırlara təpirdi (B
  • DALDA sığınacaq
  • DALDA kömək — arxa — himayə
DALBADAL
DALDA-BUCAQDA
OBASTAN VİKİ
Daldaban Mustafa Paşa
Daldaban Mustafa Paşa (ö. 28 yanvar 1703) — II Mustafa dönəmində 4 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Qiyafəsini dəyişərək şəhərdə piyada gəzməsi və sürətli yeriməsi səbəbilə "Daldaban" olaraq anılır. == Həyatı == 1650-ci illərdə Monastır şəhərində dünyaya gəlmişdir. Gənclik illərində sədrəzəm Qara İbrahim Paşanın xidmətinə girmişdir. Daha sonra sırayla qapıçılar kəndxudası, baş qapıçı və miraxur olaraq sarayda xidmət etmişdir. 1691-ci ildə yeniçəri ağalığına, ertəsi il isə Baba dağı mühafizliyinə gətirilsə də, bu illərdə adı bəzi hadisələrə qarışdı. II Mustafanın 1696-cı ildə çıxdığı ikinci Avstriya səfərinə Anadolu bəylərbəyi olaraq qatıldı və bu səfərdə önəmli fəaliyyətləri oldu. Həmin il Diyarbəkir bəylərbəyi oldu. Ancaq yerli əhalinin paşadan şikayət etməsi nəticəsində, Sofiyada haqqında açılan məhkəmədə təqsirkar görüldü və ölümə məhkum edildi.

Digər lüğətlərdə

беспросы́пно зубре́ние препина́ние разру́б трёхпро́бный ба́бье лето влия́тельность догры́зть изуче́ние оголте́ло прия́знь пыльным мешком ударенный amrita haha I'll parafoil patrial sleaze trifle away Walsall доступ мураш овощевод прерывистость совестно