Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Dandun
Dandun (1965-ci ilədək Andun) (çin. 丹东) — Çinin şimal-şərq hissəsində, Lyaonin əyalətində şəhər-rayon. Әhalisi 2,4 milyon nəfərdir (2010). Çanbayşan yastı dağlığının cənub hissəsində, Yalutszyan çayının aşağı axınında yerləşir. Beynəlxalq dostluq körpüsü (1937–43; uzunluğu 940,8 m) Dandunu Koreya Xalq Demokratik Respublikasının Sinıycu şəhəri ilə əlaqələndirir. Nəqliyyat qovşağı və port şəhəridir. İllik yük dövriyyəsi 11 milyon tondur. == Ümumi məlumat == Dandun Şimali Koreyanın qərb sərhəddində, şimal-qərb Yalutszyan çayının (sağ) sahilində yerləşir. Çay Qərbi Koreya körfəzinə tökülür. Əyalət 120 km-lik sahil xəttinə malikdir.
Hanium
Hassium (Hs) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 108-ci element. Element haqqında ilk etibarlı məlumat 1984-cü ildə Dubnada və bundan asılı olmayaraq Almaniyanın Qessen federal torpağında Darmştadt şəhəri yaxınlığında ağır ionların tədqiqatı laboratoriyasında alınmışdır. Bu qədim alman knyazlığının latınca adı Hassia idi və elementin də adı buradan götürülüb. Bu elementin də adında dolaşıqlıq var idi (əvvələr onu qanium adlandırırdılar).
Jalqum
Jalkum — Qazaxıstannın Alma-Ata ərazisində, Önbalxaş massivində qərarlaşır. Balxaş gölünün cənubunda, Karatal və Ağsu çayları arasında qərarlaşır. Səhra şimalda Lyuqqum səhrasına keçir. Bien çayını suları səhrada filtrizasiya edir.
Juankum
Juankum (qaz. Жуанқұм) — Qızılqum səhrasının şimal hissəsində yerrləşən qumlu massiv. Qazaxıstanın Qızılorda vilayəti ərazisində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzunluğu 80 km, eni isə 20 km təşkil edir. Ərazisi 1,2 min km²-dir. Allüvi çöküntülərdən ibarətdir. Yeraltı suları 5–20 m dərindədir. Yayda tam quruyan göllərə sahibdir. Ərazisində efemerli bitkilər üstünlük təşkil edir. Saksaul belə görülür.
Lanium
Epidendrum (lat. Epidendrum) – səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Epidendrum abbottii L.Sánchez & Hágsater Epidendrum ackermanii Hágsater Epidendrum acreense (Brieger & Bicalho) Christenson Epidendrum acroamparoanum Hágsater & L.Sánchez Epidendrum acrobatesii Hágsater & Dodson Epidendrum acrorhodum Hágsater & Dodson Epidendrum acroscopeum Hágsater & Dodson Epidendrum acrostigma Hágsater & García-Cruz Epidendrum acuminatum Ruiz & Pav. Epidendrum acutissimum Lindl. Epidendrum adamsii Hágsater & Dodson Epidendrum addae Pabst Epidendrum adenoglossum Lindl. Epidendrum adnatum Ames & C.Schweinf. Epidendrum adolfomorenoi R.Vásquez & Ibisch Epidendrum aenigmaticum Hágsater & Dodson Epidendrum agathosmicum Rchb.f. Epidendrum aggregatum Lindl. Epidendrum agoyanense Hágsater & Dodson Epidendrum aguaricoense Hágsater & Dodson Epidendrum aguirrei Hágsater Epidendrum alabastrialatum Pollard ex Hágsater Epidendrum albertii Schltr. Epidendrum albifloroides D.E.Benn.
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Alışdım-yandım
Alışdım-yandım — Azərbaycanın qədim xalq rəqslərindən biri. Rəqsin ilk adı "fason" olmuşdur. Bu söz "fors", "əda", "dəb" mənalarında işlədilmişdir. Rəqsə sonradan verilmiş "alışdım-yandım" adı isə o dövrdə tanınmış bahalı parça adından götürülmüşdür. Belə ki, hələ XVIII əsrdə Azərbaycan milli geyimlərində istifadə olunan bir çox parçalar xalq arasında "gecə-gündüz", "sürüşdüm-düşdüm", "küçə mənə dar gəlir", "indiko", "gendə dur", "alışdım-yandım" və s. adlanırdı.
Epidendrum mancum
Epidendrum mancum (lat. Epidendrum mancum) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Novdeh Xandüz
Novdeh Xandüz- İranın Gülüstan ostanının Azadşəhr şəhristanının Çeşməsaran bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,095 nəfər və 562 ailədən ibarət idi.
O jardim
O jardim (azərb. Bağ‎) — Portuqaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın ev sahibliyi etdiyi Avroviziya 2018-də ölkəsini təmsil etmək hüququ əldə etmişdir. Mahnı portuqaliyalı söz yazıçısı İzaura tərəfindən bəstələnmişdir.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Tandem prosessorlar
Tandem prosessorlar (ing. tandem processors; türk. тандем-процессоры) — iki prosessorun birləşməsindən ibarət elə çoxprosessorlu sistemdir ki, prosessorlardan biri sıradan çıxdıqda onun funksiyalarını obiri yerinə yetirir. Tandem prosessorlardan istifadə xətaya-dayanıqlı sistemlərin yaradılması strategiyasının bir hissəsidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tandem sursat
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla aktivləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv partlayıcılardan təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır. PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silah da bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi.
Vandom (rayon)
Vandom (fr. Vendôme) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Luara və Şer. Suprefektura — Vandom. Rayonun əhalisi 2006-cı ildə 69 690 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 41 nəf / km² . Rayon ərazisi — 1719 km².
Vandom meydanı
Vandom meydanı (fr. Place Vendôme), əvvəlki “Böyük Lüdovik meydanı” (fr. Place Louis le Grand) — Parisin “beş kral meydanından” biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Xanduz tikmə
Xanduz tikmə - şəbəkəli parça üzərində tikmə üsulu. Azərbaycan milli tikmələrin məhəlli növüdür, əsasən Lənkəran bölgəsində geniş yayılmışdır. == Texnika == Xanduz tikmə üsulunda iynə, şəbəkəli parça, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sapdan istifadə olunur. Şəbəkəli parça çox vaxt tikici həvəskarların özləri tərəfindən hazırlanırdı. Bunun üçün kətan parçanın əriş-arğacı sayca təkəmseyrək çıxarılıb şəbəkə halına salınır. Sonra həmin şəbəkəli parça vasitəsilə məmulat üzərində naxış salınır. Bunun üçün usta əvvəl şəbəkəli parçanı qasnağa kip keçirilmiş məxmər, atlas, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır naxışlı nümunəyə baxaraq rəngli saplarla say hesabı işləməyə başlayır. Tikici yeni ilmə əldə etmək istədikdə iynəni say üzrə şəbəkəli sapdan eninə və bir də uzununa götürür. Çox vaxt iynə şəbəkəyə çəpəki keçirilir.
Şandun yarımadası
Şandun yarımadası (çin. 山東半島) — Çinin şərqində, Sarı dəniz və Bohai körfəzi daxilinə istiqamətlənir. 1282-ci ildən şimal və cənub çay yollarının birləşməsindən sonra faktiki olaraq adaya çevrilmişdir. == Coğrafiyası == Relyefi əsasən təpəlikdir. Burada qranit təbəqəsi səthə çıxır. Qranit təbəqəsinin maksimal hündürlüyü 180 metrdir. Yarımadanın maksimal hündürlüyü isə 1 132 metrə çatır. == İqtisadiyyat == Ərazisində kiçik sahələrdə olsa belə alma, üzüm, armud, çay və s. yetişdirilir. Yarımada dəmir, maqnezit və qızıl ilə zəngindir.
Şandun problemi
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. == Arxa plan == Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir.Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.Yaponiya almanların Şandun yarımadasındakı bütün imtiyazlarının onlara transfer edilməsi üçün Çinə tələb yollamışdır. Bu, Çinə göndərilmiş İyirmi bir tələbdən biri olmuşdur.
Şandun sualı
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. == Arxa plan == Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir.Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.Yaponiya almanların Şandun yarımadasındakı bütün imtiyazlarının onlara transfer edilməsi üçün Çinə tələb yollamışdır. Bu, Çinə göndərilmiş İyirmi bir tələbdən biri olmuşdur.
Aba Andam
Aba A. Bentil Andam (1948) — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir. == Fəaliyyəti == Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi. == Şəxsi həyatı == Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir. Onların dörd övladı olmuşdur.
Adi nandu
Adi nandu (lat. Rhea americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinin nandu cinsinə aid heyvan növü. == Yarımnövləri == R. a. americana R. a. intermedia R. a. nobilis R. a. araneipes R. a.