Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır. Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir. Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Perlis
Perlis Qərb Malayziya nın ( Malaya ) şimal-qərbində yerləşən əyalət (Negeri). Tayland ilə Kedah əyaləti arasında yerləşir. Cənub-qərbdə Andaman dənizi tərəfə kiçik sahil var. 795 km²-lik sahəsi ilə Qərb Malayziya əyalətlərinin ən kiçiyi və ən şimalda olan ərazisidir.
Jerlaş boğazı
Jerlaş boğazı Boğaz Antarktida materikinin sahillərində yer alır. Antarktik yarımadası və Palmera arxipelaqı arasında yerləşir. Uzunluğu 185 km ,eni isə 9–40 km arası dəyişir. == Tarixi == Boğazın kəşf edilməsi 1873-1874-cü illərdə bu ərazilərə gəlmiş alman ekspedisiyası tərəfindən kəşf edilmişdir. Almanlar boğaza Bismak adı verirlər. Ancaq boğazı keçmək onlara nəsib olmur. 20 il sonra Belçika ekspedisiyası boğazı keçməyə müvvəfəq olur. Ekspesdisiyaya Adrein Jerlaş başçılıq edirdi. Boğazın ekspedisiya tərəfindən keçilməsi 23 yanvar-12 fevral 1898-ci il tarixinə təsadüf edir. Boğaz fr.
Melisa Makkarti
Melisa Makkarti (ing. Melissa McCarthy; doğ. 26 avqust 1970, İllinoys, ABŞ) — ABŞ aktrisası.
Melisa Çaxmaqlı
Melisa Çaxmaqlı (türk. Melisa Çakmaklı; d. 15 dekabr 1997; Bursa, Türkiyə) — Türkiyəli cüdoçu. == Karyerası == İdmana məktəbdə oxuyarkən başlayıb. Bu illərdə məşqçi Müzəffər Uluçam ilə başladı. Osmanqazi Bələdiyədə məşqləri davam etdirdi. Bir çox uğurlar qazanmışdır. 26-27 aprel 2014 tarixlərində Rumıniyanın Pitesti şəhərində təşkil edilən Ümidlər Avropa Kubokunda 44 kq müsabiqəsində Moldovanlı Ana Roterini məğlub edərək qızıl medal qazanmışdır. 17 avqust 2014-cü ildə Nankində təşkil edilən Yay Olimpiya Oyunlarında 44 kq çəki dərəcəsində Azəri rəqibi Leyla Əliyevanı məğlub edərək qızıl medal qazanmışdır.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. == Karyerası == === Erkən karyerası === Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Ərnisa (Urmiya)
Ərnisa (fars. ارنسا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (60 ailə).
Etrit Berişa
Etrit Berişa (10 mart 1989, Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı. == Karyera == Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir. Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır.
Melisa Döngəl
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Melisa (kitab)
Melisa — tanınmış uşaq yazıçısı, Sevinc Nuruqızının 2021-ci ildə nəşr olunan nağıl-povesti. == Haqqında == Sevinc Nuruqızının "Melisa" kitabı 9 yaş və yuxarı uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər. Çəhrayı saçlı sevimli gəlinciyin – Melisanın başına gələn müxtəlif macəralar vasitəsilə yazıçı uşaqları daha çox həyatın onların bilmədikləri tərəfləri, insanların yaxşı və pis cəhətləri ilə tanış edərək, onları gah kədərlənməyə, gah da sevinməyə vadar edir. Yazıçı burada oxucunun gözü önündə bir oyuncağın deyil, əsl insanın yaranması, mənəvi güc qazanması, sevgi ruhunda doğulması prosesini bədii şəkildə canlandırır. Sevinc Nuruqızı əsərin süjet xətti boyu balaca oxucusunu Melisanın "taleyinin" izləyicisinə çevirir. Respublikamızda ilk dəfə işıq üzü görən "Melisa" əsəri Türkiyənin İLESAM-Akçağ Uşaq ədəbiyyatı roman, hekayə və nağıl — 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub. == Məzmunu == Haradan gətirildiyini heç özü də bilməyən çəhrayı saçlı Melisa adlı gəlinciyi vitrində görüb bəyənən Zöhrə adlı qızcığaz onu atasına aldırır. Onlar neçə il birlikdə xoşbəxt yaşayırlar. Lakin qız böyümüş, Melisa isə artıq köhnəlmişdi.
Melisa Döngel
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Elisa (ad)
Elisa — Finikiya mənşəli qadın adıdır. Əfsanəyə görə ilk Karfagen kraliçasının adı olub. Bəzən Elisabet və ya Bibliyada adı çəkilən Elizabet adının qısaldılmış forması kimi qəbul olunur. Elissa, Eliza, Lisa, Elsa, Elişa adları Elisa adına qohum adlar hesab olunur.
Elisa Blançi
Elisa Blançi (13 oktyabr 1987, Velletri, Latsio) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Blançi İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Blançi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Blançi növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Blançi qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Elisa Santoni
Elisa Santoni (10 dekabr 1987, Roma) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Santoni İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Santoni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Santoni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Blançi və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Santoni qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Blançi, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.
Elisa Spiropali
Elisa Spiropali (alb. Elisa Spiropali) — Alban siyasətçisi və dövlət xadimi. Albaniya Sosialist Partiyasının üzvü. 17 yanvar 2019-cu ildən Albaniya Parlamenti ilə Əlaqələr üzrə Dövlət Naziri. 2017-ci ildən Albaniya Milli Assambleyasının üzvü. == Bioqrafiyası == 15 mart 1983-cü ildə Albaniyanın paytaxtı Tiranada anadan olub. O, iki il Tirandakı Kamal Staf Gimnaziyasında, daha sonra Albaniyada ən yaxşı beş tələbədən biri kimi təqaüd aldıqdan sonra Kanadada Lester Pearson College UWC-də təhsil alır. 2005-ci ildə o, Massaçusetsdəki Mount Holyoke Amerika Qadın Kollecini iqtisadiyyat üzrə bakalavr və siyasi elmlər üzrə bakalavr dərəcəsi ilə bitirib. Argentina iqtisadi böhranını öyrənmək üçün Buenos Ayresdə bir semestr keçirir. 2007-ci ildə təqaüd alır və Sassex Universitetində oxuyur.
Elişa Katbert
Elişa Ann Katbert(ing. Elisha Ann Cuthbert; d. 30 noyabr 1982, Calgary, Alberta, Kanada) bu bir aktrisa və model. O beynəlxalq məlum oldu seriyası 24 Kim Bauer oynayan üçün, Danielle film The Girl Next Door və Carly Jones House Of Wax. O Glam'Mag jurnalı tərəfindən 2015-ci ildə dünyanın ən seksual aktrisa seçildi. 2013-cü ildə o, Amerika TV ən gözəl qadını seçildi. Bu cinsi simvolu var və tez-tez biri kimi qeyd olunur bir qadın daha çox "sexys" və daha çox "gözəl" dünya. == Filmoqrafiya == 1997 Dancing on the Moon — Sarah 1997 Nico the Unicorn — Carolyn Price 1998 Airspeed — Nicole Stone 1999 Believe — Katherine Winslowe 1999 Time at the Top — Susan Shawson 2000 Who Gets the House? — Emily Reece 2003 Love Actually — American Goddess Carol 2003 Old School — Darcie Goldberg 2004 The Girl Next Door -Danielle 2005 House of Wax — Carly Jones 2005 The Quiet — Nina Deer 2007 Captivity — Jennifer Tree 2007 He Was a Quiet Man — Vanessa 2008 My Sassy Girl — Jordan Roark 2008 Tim and Eric Awesome Show, Great Job!
Elişa Ovusu
Elişa Ovusu (7 noyabr 1997, Montröy) — Qanalı futbolçu. Belçikanın Gent klubunun və futbol üzrə Qana milli komandasının yarımmüdfiəçisi. == Klub karyerası == Ovusu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2010-cu ildə komandaya qoşulmuş və əvəzedici heyətin kapitanı olmuşdur. 23 fevral 2017-ci ildə Ovusu Lyon klubu ilə 3 illik ilk peşəkar müqaviləsini imzalamışdır. 19 iyun 2018-ci ildə Ovusu Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Qrenobl Fut klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Tomas Robineni əvəz etmişdir. Liqa 2 görüşündə Sojo rəqibinə 0–1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Ovusu Fransada anadan olmuşdur.
Paul Erliş
Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç] ( dinlə)) (14 mart 1854[…], Stşelin[d], Prussiya – 20 avqust 1915[…], Bad-Xomburq[d], Almaniya imperiyası) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı. == Bioqrafiyası == Paul Erliş Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir.
Əlisa Cabbarov
Əli İsa Cabbarov (20 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi. == Həyatı == Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır. 2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib. 2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır. Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
Əlisa Fərəcov
Əlisa Yusif oğlu Fərəcov (17 mart 1961, Ucar şəhərində, Azərbaycan SSR) — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, istefada olan polkovnik-leytenant, 1-ci Qarabağ müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin üzvü. nın 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən]] == Həyat və fəaliyyəti == === Təhsili === 1984-cü ildə Voronej Dövlət Memarlıq-İnşaat Universitetini (rus. ВГАСУ — Воронежский государственный архитектурно-строительный университет), 1989-cu ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını (rus. высшие курсы КГБ СССР в г. Тбилиси) bitirmişdir. === Fəaliyyəti === 1989–2011-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırkı Dövlət Təhlükəsizliyi Xidməti) müxtəlif ərazi strukturlarında xidmət etmiş, əməliyyat müvəkkilindən şöbə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir. 2011-ci ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "b" bəndinə(yaşa görə) uyğun olaraq polkovnik-leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 2015-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətini davam etdirir. === Ailəsi === Ailəlidir, 3 övladı və 1 nəvəsi vardır. == İstinadlar == == Xarici keçidlər == == Təltifləri == 1.
Əlisa Nicat
Hüseynov Əlisa Qulam oğlu (Lerik rayonu,Zuvand mahalı,Yuxarı Gədik)— Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi. == Həyatı == Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967–1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973–1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983–1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib.
Əlisa Əliyev
Əlisa Arif oğlu Əliyev (8 yanvar 2000, Qızılağac, Masallı rayonu – 6 noyabr 2020, Şuşikənd, Xocalı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlisa Əliyev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açmışdır. 2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Masallıda yerləşən "Dostluq" MMC-də çalışmışdır. == Hərbi xidməti == Əlisa Əliyev 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmış, «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdur.Azərbaycan Ordusunun əsgəri olan Əlisa Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlisa Əliyev Şuşanın azad edilməsinin gedişatında 6 noyabr 2020-ci ildə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində həlak olmuşdur. Əlisa Əliyev Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alan Cey Perlis
Alan Cey Perlis (ing. Alan Jay Perlis) — kompüter texnologiyası üzrə amerikalı alim == Həyatı == 1 aprel 1922-ci ildə anadan olmuşdur. Perlis Türinq mükafatının ilk laureatıdır. Bu mükafat ona 1966-cı ildə kompilyatorun yaradılmasına və proqramlaşdırma texnikası sahəsində əldə etdiyi nailiyyətlərə görə verilmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Elisa Balsamo (velosipedçi)
Elisa Balsamo (27 fevral 1998) — İtaliyalı peşəkar qadın trek velosipedçisi. Balsamo İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. Əvvəlcə Balsamo 2015 UCİ Şose velosipedi üzrə Dünya Çempionatının yeniyetmə qadınların yarışında iştirak etmişdir. 2016 UCİ Şose velosipedi üzrə Dünya Çempionatında isə o, yeniyetmə qadınların yarışında birinci olmuşdur. O, həmçinin 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında qızıl medala sahib çıxmışdır.