Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Jerar Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Jerar Depardye
Jerar Depardyö (fr. Gérard Xavier Marcel Depardieu, 27 dekabr 1948[…], Şatoru[d], Endr, Fransa) — Oskar mükafatına namizəd göstərilmiş, Qızıl Qlobus mükafatı sahibi fransız aktyor, Fransanın tanınmış kinoaktyorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyömüz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardyö həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir. 2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktyor Qiyom Depardyö gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardyö arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar.
Jerar Dezarq
Jerar Dezarq (fr. Gérard Desargues; 2 mart 1591, Lion – 9 oktyabr 1661, Lion) — Fransa riyaziyyatçısı, memarı, mühəndisi; proyektiv həndəsənin yaradıcılarından biri. == Həyatı == == Fəaliyyəti == Jerar Dezarq öz dövründə daha çox mühəndis, arxitektor və yeni perspektiv nəzəriyyəsinin yaradıcısı kimi tanınıb. Onun riyazi əsərləri öz dövründə o qədər də diqqət cəlb etməmişdir, hətta bir müddət onu tamamilə unudulmuş hesab etmək olardı. Daha sonralar təsadüfən, onun "Qaralama layihə" adlı kitabı Paris kitabxanasında tapılmışdır. Müasirlərindən onun riyazi işlərini davam etdirən yalnız şagirdi Blez Paskal olmuşdur.
Jerar Dədəyan
Jerar Dədəyan (fr. Gérard Dédéyan; 4 fevral 1942[…], Nant) — erməni əsilli Fransa tarixçisi. O, Monpelye Pol Valeri Universitetinin orta əsrlər tarixi üzrə professoru, Ermənistan Milli Elmlər Akademiyasının üzvü və Kollec de Fransın müxbir üzvüdür. Dədəyan Frederik-Arman Feydit ilə klassik erməni dilini öyrənmişdir. 1983-cü ildə Dədəyan "Ermənilərin tarixi" əsərinə görə Fransa Akademiyasının "Biget" mükafatını almıştır. Atası professor Çarlz Dədəyan idi. == Əsərləri == Les pouvoirs arméniens dans le Proche-Orient Méditerranéen (1068–1144) 5 vol., doctoral thesis, Paris 1, 1990 OCLC 490070319. Smbat le Connétable, introduction, translation and notes by Gérard Dédéyan, La Chronique attribuée au connétable Smbat, Geuthner, Paris, 1980 OCLC 9944662. Les Arméniens, histoire d'une chrétienté, Privat, Toulouse, 1990 ISBN 978-2708953567. et al., Arménie : 3000 ans d'histoire, Éditions Faton, coll.
Jerar Filip
Jerar Filip (fr. Gérard Philipe; 4 dekabr 1922[…], Kann və ya Dənizkənarı Alplar – 25 noyabr 1959[…], Paris) — Fransanın görkəmli teatr və kino aktyoru. == Həyatı == Jerar Filip 4 dekabr 1922-ci ildə Kann şəhərində anadan olmuşdur. O, ilk dəfə teatr səhnəsinə 1942-ci ildə aktyorluq kursunu bitirdikdən sonra çıxmışdır. Onun teatr səhnəsində ifa etdiyi ən uğurlu rollardan biri 1953-cü ildə Uilyam Şekspirin "II Riçard" əsərində oynadığı Riçard obrazı olmuşdur . Bu – Jan Viların teatrında olmuşdur. Jerar Filip 1943-cü ildə kinoda debütünü etmişdir. Jerar Filip 25 noyabr 1959-cu ildə Parisdə qaraciyərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Jerar Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Oqustin Jerar
Oqüsten Jerar (fr. Augustin Gérard; 2 noyabr 1857, Dünkerk – 2 noyabr 1926) — Fransa baş diviziyasının generalı. == Həyatı == İlk vacib təyinatı Madaqaskarda general Jozef Qallieni baş qərargahının rəhbəri olmaq idi. 1912-ci ilin may ayında 41-ci piyada diviziyasının komandiri oldu və Birinci Dünya müharibəsinin başlamasından sonra II hərbi korpusa rəhbərlik etdi. Bu korpusa rəhbərlik etdiyi müddətdə Arden əməliyyatında və Marna döyüşündə iştirak etdi. 24 iyul 1915-ci ildə daha sonsralar Səkkizinci ordu adlandırılan Lotaringiya ordusunun komandiri oldu. 31 mart və 31 dekabr 1916-cı il tarixləri arasında Birinci ordunun vəzifəsini icra edirdi, sonra isə müharibənin sonuna qədər Səkkizinci orduya rəhbərlik etdi. 21 oktyabr 1919-cu ildə təqaüdə çıxmasına qədər Reynlandın müttəfiq qüvvələr tərəfindən işğalının ilk dövründə Səkkizinci orduya komandirlik etdi. Bu dövrdə separatçı hərəkatını dəstəklədi və müstəqil Pfalç respublikasının meydana gəlməsini müdafiə etdi.1926-cı ildə vəfat etdi və Parisdə Əlillər Evi məzarlığında dəfn edildi.
Oqüsten Jerar
Oqüsten Jerar (fr. Augustin Gérard; 2 noyabr 1857, Dünkerk – 2 noyabr 1926) — Fransa baş diviziyasının generalı. == Həyatı == İlk vacib təyinatı Madaqaskarda general Jozef Qallieni baş qərargahının rəhbəri olmaq idi. 1912-ci ilin may ayında 41-ci piyada diviziyasının komandiri oldu və Birinci Dünya müharibəsinin başlamasından sonra II hərbi korpusa rəhbərlik etdi. Bu korpusa rəhbərlik etdiyi müddətdə Arden əməliyyatında və Marna döyüşündə iştirak etdi. 24 iyul 1915-ci ildə daha sonsralar Səkkizinci ordu adlandırılan Lotaringiya ordusunun komandiri oldu. 31 mart və 31 dekabr 1916-cı il tarixləri arasında Birinci ordunun vəzifəsini icra edirdi, sonra isə müharibənin sonuna qədər Səkkizinci orduya rəhbərlik etdi. 21 oktyabr 1919-cu ildə təqaüdə çıxmasına qədər Reynlandın müttəfiq qüvvələr tərəfindən işğalının ilk dövründə Səkkizinci orduya komandirlik etdi. Bu dövrdə separatçı hərəkatını dəstəklədi və müstəqil Pfalç respublikasının meydana gəlməsini müdafiə etdi.1926-cı ildə vəfat etdi və Parisdə Əlillər Evi məzarlığında dəfn edildi.
Jerar Daniel Vestendorp
Jerar Daniel Vestendorp (fr. Gérard Daniel Westendorp; 8 mart 1813, Haaqa, Birinci Fransa İmperiyası – 31 yanvar 1868) — holland əsilli Belçika botaniki. == Elmi fəaliyyəti == Jerar Daniel Vestendorp mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Herbier cryptogamique, ou, Collection des plantes cryptogames et agames qui croissent en Belgique (with A.C.F. Wallays), 1845-1859. Notices sur quelques cryptogames, 1851-1863. Polypiers flexibles de la Belgique. Collection des bryozaires, sertulaires, flustres & spongiaires qu'on rencontre en Belgique, et particuliérement aux environs d'Ostende, 1853. Les cryptogames : classes d'apres leurs stations naturelles, 1854. Description de quelques Cryptogames inédites ou nouvelles pour la flore des deux Flandres, 1863. == Şərəfinə adlandırılmış taksonlar == Aspergillus westendorpii Sacc.
Jerar de Nerval
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[…], Paris – 26 yanvar 1855[…], Paris) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah. == Həyatı == Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır. Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir.
Jerar de Ridfor
Jerar de Ridfor (fr. Gerard de Ridefort; 1141, Flandriya – 11 oktyabr 1189, Akka) — 1184-cü ilin oktyabrından 4 oktyabr 1189-cu ilə qədər Tampliyerlər ordeninin böyük magistrı. == İlk illəri == Jerar de Ridfor 1141-ci ildə Flandriya qraflığında anadan olmuşdur. O, 1170-ci illərin əvvəllərində Müqəddəs torpaqlara gəlir. De Ridfor ilk vaxtlarda Tripoli qrafı III Raymunda xidmət edir, lakin onunla mübahisə etdikdən sonra qraflığı tərk edir və krala xidmət etməyə başlayır. Yerusəlim kralı IV Balduin onu krallığın marşalı təyin edir. De Ridfor daha sonra Tampliyerlər ordeninə qoşulur, 1183-cü ildə ordenin seneşalına çevrilir. O, 1184-cü ilin oktyabr ayında Tampliyerlər ordeninin böyük magistrı təyin edilir. == Tampliyerlər == Müasir tarixşünasların fikirlərinə görə, Jerar de Ridfor səbrsiz idi və tez-tez yanlış qərarlar alırdı. O, Səlahəddin ilə müharibəni dəstəkləyərdən idi və hər hansısa bir sülh təklifinə kəskin şəkildə qarşı çıxırdı.
Sen-Jeran-de-Vo
Sen-Jeran-de-Vo (fr. Saint-Gérand-de-Vaux) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03234. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 436 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş arasında) 174 nəfər iqtisadi fəal, 92 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 65,4%, 1999-cu ildə 65.2%). Fəal 174 nəfərdən 155 nəfəri (82 kişi və 73 qadın), 19 nəfəri işsizdir (9 kişi və 10 qadın). Fəal olmayan 92 nəfər arasında 25 nəfər şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Jeran-le-Pyui
Sen-Jeran-le-Püi (fr. Saint-Gérand-le-Puy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-sür-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03235. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 993 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Jeran-le-Püi
Sen-Jeran-le-Püi (fr. Saint-Gérand-le-Puy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-sür-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03235. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 993 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bertaq
BERTAQ -Naxçıvan əyalətinin Azadçiran nahiyəsində (indi Naxçıvan MR Ordubad rayonunda) kənd adı. == Toponimi == Ehtimal ki, sami mənşəli akkad dilində birtu - "qala" və türk dillərində taq - "dağ” sözlərindən ibarətdir.
Boraq
Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir. Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir. İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur. == Təsvir == Boragh tırtıl əlavə edilmiş bir APC-dir. Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Dəram
Dəram (az.-əbcəd درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).
Dərvaq
Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi «„Dərvaq kənd“» vahidliyinə daxildir. == Əhali == Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. == Coğrafiya == Kənd Dağıstan öndağlığı ərazisində, Dərbənd şəhərindən 20 km qərbdə yerləşir. == Tarix == Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı» istehkamının ətrafında salınmışdır. Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Gərab
Gərab (Luristan)
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.