Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andre Jid
Andre Jid (tam adı: Andre Pol Giyom Jid) (fr. André Gide; 22 noyabr 1869[…], Paris, İkinci Fransa İmperiyası – 19 fevral 1951[…], Paris, Dördüncü Fransa Respublikası) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1947). == Həyatı == Fransız romançısı, tənqidçi və esseist Andre Pol Giyom Jid Paris universitetinin professoru Pol Jidin oğlu idi. 11 yaşında atasını itirdiyindən təhsili və tərbiyəsi ilə anası Jülyetta Rondo-Jid məşğul olmuşdu. Səhhətindəki problemlər ucbatından Andre ardıcıl təhsil ala bilməmişdi. Paris protestant liseyində oxuduğu illərdə ədəbiyyata, xüsusən də qədim yunan poeziyasına böyük maraq göstərmişdi. Anasının məsləhəti ilə musiqi ilə də ciddi maraqlanmışdı. 1889-cu ildə liseyi bitirəndə yazıçı olmaq qərarı qəti idi. Atasından qalan maddi və mənəvi irs buna tam imkan verirdi. İlk kitabı – "Andre Valterin dəftərləri" 1891-ci ildə çap edilmişdi.
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi. == Bioqrafiya == Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. === Karyerası === Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Jidi
Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Jidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var. == Tarixi == 1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılıb. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir. Qonşu kəndləri Gəgiran, Diryan, Tuado. == Əhalisi == Kəndin əhalisi etnik talışlardan ibarətdir.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jiy
Jiy — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Jiy kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim talış dilindəki "alt", "aşağı" mənasında işlənən jiy sözündəndir. Kənd dağ silsiləsinin aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Jır
Jır (tatar. җыр, qaz. жыр, qırğ. ыр, monq. ыр) — qazax, qaraqalpaq, qırğız və başqa türk xalqlarının folklorunda xalq şeir şəkli.Tatar və başqırdlar bu kəlməni “yır” şəklində, qırğızlar “ır” şəklində işlədir. Daha çox musiqi altında ifa edilir. Qopuz və dombradan jırların oxunuşunda istifadə edilir. Jırlar deklamasiya kimi də deyilir. Jırları ifa edənlər jırçılardır. Jırların ayrıca poetik qəlibi və konkret bənd forması yoxdur.
Billi Kid
Billy the Kid - (azərb. Uşaq Billi‎) XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Ceyms Mid
Ceyms Edvard Mid (ing. James Edward Meade) (23 iyun 1907[…] – 22 dekabr 1995[…], Kembric, İngiltərə) — məşhur ingilis iqtisadçısı. 1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür. == Həyatı == Ceyms Mid özəl Malvern Kollecini bitirmişdir. 1926-cı ildə Oksford Universitetində təhsilə başlamışdır. Əvvəlcə klassik dərslər üzrə təhsil alsa da, sonradan fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxumuşdur və 1929-cu ildə fərqlənmə ilə məzun olmuşdur. 1930–1931-ci illərdə Kembric Universitetinin Triniti Kollecində ixtisas artırma keçmişdir. Bu müddət ərzində dövrün ən məşhur iqtisadçıları olan Dennis Robertson və Con Meynard Keyns ilə yaxın akademik əlaqələr qurmuşdur. Con Meynard Keynsin pul və məşğulluqla bağlı tədqiqatlarında iştirak edən Mid və yaxın dostları Riçard Ken, Pyero Sraffa və Robinzon Keynsin "Ümumi nəzəriyyə" kitabının hazırlanmasına böyük dəstək olmuşlar. Sonralar Ceyms Mid 1937–1939-cu illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Millətlər Liqasının İqtisadiyyat Bölümündə iqtisadçı kimi işləmişdi.
Cid (Ərdəbil)
Cid — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 30 km şimal-şərqdədir.
Cimmi Rid
Ceyms "Cimmi" Rid (ing. James "Jimmy" Reid; d. 9 iyul 1932, Qlazqo, Şotlandiya — ö. 10 avqust 2010, Qrinok, Şotlandiya) — Şotlandiyalı həmkarlar ittifaqı fəalı, siyasətçi və jurnalist.
Corc Mid
Corc Mid (ing. George Herbert Mead; 27 fevral 1863[…] – 30 aprel 1931[…], Çikaqo, İllinoys) — Amerikan filosofu, sosioloq, psixoloq == Həyatı == Mid 1863-cü 27 fevral tarixində, Masaçusetsdə, Cənubi Hadley-də anadan olmuşdur. O, protestant, orta sinif ailəsində doğulmuşdur- atası Hiram Mead, anası Elizabeth Storrs (Billings) Mead və bacısı Alisdən ibarət ailəsi vardı. Atası keçmiş konservalist pastor idi, anası isə Oberlin Kollecinin ilahiyyat seminariyasında Müqəddəs Retorik və Pastoral İlahiyyat kafedrasında oxumuşdur. Elizabet Storrs Mead iki il Oberlin Kollecində oxudu və sonradan, 1890-cı ildən 1900-cü illərə qədər, Cənubi Hadley, Massaçusets ştatının Mount Holyoke Kollecinin başçısı olaraq çalışdı.Corc Mid də həmin kollecdə ilk təhsilini almışdı. 1887-ci ilin payızında Mid Harvard Universitetinə daxil olmuşdu. Onun əsas maraqlandığı sahələr fəlsəfə və psixologiya idi. O, Josiah Roys birgə oxuduğu müddətdə, ondan çox təsirlənmişdi və düşüncələri formalaşmağa başlamışdı. Daha sonra Almaniyaya-Leypziqə gedən Mid burada Vilhelm Vuntdan "jest" konsepsiyasını öyrəndi. Bu konsepsiya onun sonrakı işlərinin mərkəzi oldu.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
He Jin
He Jin (3 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == He Jin, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra He Jin, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Jil (hərf)
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Jil Delöz
Jil Delöz (fr. Gilles Deleuze; 18 yanvar 1925[…], Parisin 17-ci rayonu[d] və ya Paris – 4 noyabr 1995[…], Parisin 17-ci rayonu[d] və ya Paris) — fransız filosofu, Qitə fəlsəfəsinin nümayəndəsi. == Həyatı == Jil Delöz 18 yanvar 1925-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdu. Orta sinifdən olan mühafizəkar bir ailədə dünyaya gələn Jilin atası mühəndis idi. Jil Delöz 4 noyabr 1995-ci ildə Paris şəhərində vəfat edib. == Fəlsəfəsi == === Felks Qvattari ilə çalışmaları === Fransız filosofu olan Jil Delöz (1925‐1995) postmodernizm estetikasının inkişafında mühüm fəaliyyəti ilə xüsusilə fərqlənmişdir. Lakan, Fuko və Derrida kimi, Delöz və Qvattari də, freydizm ideyalarını poststrukturalist elementlərlə zənginləşdirmişlər. O, postmodernist estetik təfəkkür zəminində incəsənətin strukturalist və paralel olaraq psixoanalitik tədqiqini həyata keçirmişdir. Poststrukturalizm dövründə onların estetik araşdırmaları əsasən, freydizmin psixoanalitik konsepsiyasında şəxsiyyətin simvolik strukturunun yeni ictimai‐mədəni normalarla əlaqələndirilməsinin bir sıra xüsusiyyətləri və motivləri ətrafında aparılmışdır. Delöz və Qvattarinin birgə müəllifliyi ilə yazılan «Kapitalizm və şizofreniya» ikicildliyinin burinci cildi olan «Anti‐Edip» (1972) əsərində postmodernist incəsənətin bir sıra maraqlı təhlilləri aparılmışdır.
Jil Karpöntiye
Jil Karpöntiye (fr. Gilles Carpentier)- 14 iyun 1950-ci ildə Parisdə anadan olmuş bir fransız yazıçı və redaktordur. == İşləri == 1984 : Marmotun əlyazmaları, Söy nəşrləri 1988 : Hamısı yalan, Söy nəşrləri 1992 : Ossmann mən yata bilmirəm, Söy nəşrləri 1994 : Qalmaqalı tunc.
Jil Otye
Jil Otye (fr. Authier Gilles) - Fransa dil tədqiqatçısı, Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun mütəxəssisi. == Həyatı == == Karyerası == Gənc fransız tədqiqatçılarından biri Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi" mövzusunda kurs işi müdafiə etmişdi. O, Azərbaycana gələrək, Qrız dilini öyrənmişdi. == Elmi fəaliyyəti == Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi" mövzusunda kurs işi müdafiə etmişdi.
Jil Roberval
Jil Roberval (ing. Gilles Personne de Roberval; 10 avqust, 1602 – 27 oktyabr, 1675) — Fransız riyaziyyatçısıdır; "bölünməyənlər" üsulunun yaradıcılarından biridir; tsikloidin kvadraturasını tapmışdır.
Jim Crow
Jim Crow, ingilis komediya ustası Thomas Ricein 1828-ci ildə yaratdığı bir obrazdır. Raysın oynadığı xarakter, hər cür alçaldıcılığa məruz qalan zəif intellekli, primitiv, ibtidai bir zənci xarakteridir. Rays, obrazı canlandırarkən üzünü kömürlə qara rəngə boyayırdı. Jim Crow, Ağların Qara insanları alçaltmaq üçün istifadə etdikləri adlardan biri idi.
JİT COMPİLER
JİT compiler(JİT ter)-(just-in-time compiler) proqramın ilkin mətnini bilavasitə icradan öncə maşın koduna çevirən kompilyator. Xüsusi halda, JİT-kompilyator aralıq dildə (intermediate language) olan Java- proqramı maşın koduna çevirir ki, nəticədə məhsuldarlıq 10-15 dəfə yüksəlir. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Kid A
Kid A ingilis rok qrupu Radiohead-in sayca dördüncü musiqi albomudur. 2000-ci ildə işıq üzü görən albom Radiohead-in də musiqi baxımından bir çox dəyişiklik etdiyi albom hesab olunur. Qrup Kid A ilə əvvəlki albomlarındakı brit rok üslubundan eksperimental roka keçid edir.
Klaud Zid
Klaud Zid (fr. Claude Zidi; 25 iyul 1934, Paris) — fransız rejissor. Parisdə anadan olub. O, operator və daha sonra [quruluşçu operator kimi işə başlayıb və 1971-ci ildə onun rejissorluq və ssenarist debüt edilib. O, "Ən Yaxşı Rejissor" həmçinin "Ən Yaxşı Ssenari" üçün irəli sürülüb, Oskar və Sezar mükafatını qazanıb. == Filmləri == Asteriks və Obeliks Sezara qarşı (film, 1999) Əti sənin, sümüyü mənim (film, 1976) Mənim yeni qonşum (film, 1984) Dəniz qadını (film, 1971) Atların sevgisi (film, 1967) Əsl həyat (film, 1970) Qrand dayı (film, 1970) Cənablar (film, 1990) İki (film, 1989) Mənim yeni qonşum 2 (film, 1990) Hesab (film, 1991) Səhifəni izlə (film, 1997) Heyvan (film, 1977 Bənzər (film, 1983) Mən uduzmuram!
Klod Jad
Klod Jad (Claude Jade) Fransa aktrisası 8 oktyabr 1948 - 1 dekabr 2006) Gənc aktrisa aktyorluq ixtisası üzrə təhsil alıb. Teatrda onu Fransua Tryuffo kəşf etdi. Oğurlanmış öpüşlər (film, 1968) dəki Kristin baş rolu ilə məşhurlaşdı. Digər Fransua Trüffo filmlərində rol aldı ([Ailə ocağı, Qaçışda sevgi). Alfred Hiçkok (Topaz) və Sergey Yutkeviç (Lenin Parisdə) kimi rejissorlarla da oynadı. Fransız, Amerika, Belçika, İtalyan, Janpanik, Alman və Sovet filmlərində rol aldı.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.