Azərbaycan təhsil tarixi (I cild)
Azərbaycan təhsil tarixi (I cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin birinci cildi.
== Çoxcildlik haqqında ==
Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400 nəfərdən çox ziyalımızın adı toplanmış siyahı təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından çox qiymətlidir.
Görkəmli maarif fədailərimizin , mütəfəkkirlərimizin və pedaqoqlarımızın həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və casarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar.
Kitabda təhsilimizin inkişafında müstəsna xidmətləri olan bu böyük şəxsiyyətlər və digər ziyalılar haqqında portret-oçerklər verilmişdir. "Azərbaycan təhsil tarixi" çoxcildliyi bir orjinal xüsusiyyəti ilə də oxucuların diqqətini çəkəcəkdir: indiyədək çap olunmuş əsərlərin, məqalələrin, dərsliklərin, əlavə oxu materiallarının əksəriyyətində tarixi şəxsiyyətlərin, müəlliflərin, tədqiqatçıların soyadları tam, ad və ata adı isə inisiallarla verilirdi.
== Birinci cild ==
Birinci cilddə qədim dövrdən 1920-ci ilin aprel işğalına kimi təhsilin inkişaf mərhələləri təhtil edilir. "Azərbaycan təhsil tarixi" Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda 1080 azərbaycanlı haqqında məlumat var.