Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508-507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.
Sıla
Sıla (17 iyun 1980) — Türk pop müğənnisi, musiqiçi və prodüser. == Həyatı == 17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib. 1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib. Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Bila Tserkva
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Bila Çerkva
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Jill Abramson
Cil Ellen Abramson (19 mart 1954-cü ildə anadan olub) — Amerikalı müəllif və jurnalistdir. The New York Times qəzetinin keçmiş icraçı redaktoru kimi tanınır; Abramson bu vəzifəni 2011-ci ilin sentyabrından 2014-cü ilin may ayına qədər tutmuşdur. O, 160 illik tarixində ilk qadın icraçı redaktordu. Abramson 1997-ci ildə New York Times qəzetinə qatılıb, redaktor adlandırılmadan əvvəl Vaşinqton bürosunun müdiri və idarəedici redaktoru olaraq çalışmışdı. Əvvəllər The Wall Street Journal-da istintaq müxbiri və büro müdirinin müavini kimi də çalışıb.2016-cı ilin mart ayında ABŞ-nin "Guardian" qəzetinə siyasi köşə yazarı olaraq işə qəbul edilib. Abramsonun kitabı Donald Trump tərəfindən düzgünlüyünə görə təriflənsə də, 2019-cu ildə "Tacirləri Həqiqət" kitabında plagiat keçidlər və çoxsaylı faktiki səhvlər olduğu aşkarlandıqdan sonra jurnalistlər tərəfindən geniş tənqid aldı.2012-ci ildə ən güclü qadınlar siyahısında Beşinci sırada yer alıb. Xarici Siyasətçilər tərəfindən o, dünyanın ən güclü 500 insanından biri seçilib. == Həyatı və təhsili == Abramson Nyu York şəhərində anadan olub və yəhudi evində böyüyüb. Orta məktəb diplomunu Etik Mədəniyyət Fieldston Məktəbindən, Harvard Universitetindən və Radcliffe Kollecindən almışdır. == Karyera == Harvard lisenziyası alarkən, Harvard Müstəqilliyinin İncəsənət Redaktoru idi və 1973-cü ildən 1976-cı ilə qədər Time jurnalında işləyib.
Kasa Mila
Kasa Mila - İspaniyanın Kataloniya əyalətinin paytaxtı Barselona şəhərində Eyksampl səmtində Passeyq de Qràsiya küçəsində yerləşən və 1910-1911-ci illərdə Antonio Qaudi tərəfindən tikilən bina. La Pedrera (Daş ocağı) ləqəbi ilə məşhurdur. Roser Segimoni Artells ilə evlənən Pere Mila üçün tikilmişdir. Bina 1984-cü ildən YUNESKO-nun Dünya irsi siyahısındadır.
Kim Jiha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. == Həyatı == Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Mila (şəhər)
Mila (ərəb. ميلة‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlarının yüksəkliklərində, Ued-Qumel çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 486 metr yüksəkdir.Mila ölkənin paytaxtı Əlcəzairdən təxminən 285 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 69,052 nəfər olduğu bildirilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Telerqma şəhərində yerləşir.
Mila Kunis
Milena Markovna Kunis (ukr. Мілена Марківна Куніс; 14 avqust 1983, Çernovtsı, Ukrayna SSR, SSRİ) — ABŞ aktrisası. 14 yaşında olarkən çəkildiyi "That '70s Show" teleserialı ilə məşhurlaşıb. O, 1999-cu ildən etibarən "Qriffinlər" animasiya sitkomunda Meq personajını səsləndirir. == Həyatı == Mila Markovna Kunis 14 avqust 1983-cü ildə Ukrayna SSR-nin Çernovtsı şəhərində yəhudi ailəsində dünyaya gəlib. Onun anası Elvira aptek işlədən fizika müəllimi, atası Mark Kunis isə taksi sürücüsü olub. Kunis 1991-ci ildə 7 yaşında ikən valideynləri ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb.
Nila dağı
Nila dağı — İndoneziyanın Banda dənizindəki Barat Daya adalar qrupundakı eyniadlı adada yerləşən vulkan. Əsasən andezit olan vulkan 781 m yüksəkliyə malikdir. Nila dağı bir stratovolkandır. Volkan 1968-ci ildə püskürəndə Rumaday kəndinin tərk edilməsinə səbəb olmuşdur.
Patris Çila
Patris Çila (27 noyabr 1969) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Patris Çila Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Patris Çila Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Patris Çila Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub. Daha sonra Patris Çila Fransanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Patris Çila Fransanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
Qıla iyesi
Rila Fukuşima
Rila Fukuşima (福島 リラ, Fukuşima Rira,9 yanvar 1980(1980-01-09)) – Yaponiya fotomodeli və aktrisası. Model kimi müxtəlif brendlər üçün çalışmışdır. Aktrisa kimi isə "Şimal porsuğu: Ölməzlik" filmindəki (2013) Yukio, "Zirehdəki xəyalət" (2017) filmindəki Qırmızı libaslı geyşa və "Ox" teleserialındakı Tatsu Yamaşiro rollarına görə tanınır. == Həyat və karyerası == Rila Fukuşima 9 yanvar 1980-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur və orada böyümüşdür.Əvvəlcə Tokiodakı bir agentlikdə fotomodel agenti kimi işləmək istəmişdir, lakin əvəzində fotomodel olmağa qərar vermişdir. Fotomodel karyerası ərzində bir çox leyblı və brendlə işləyərək şoularda və kampaniyalarda iştirak etmişdir. 2013-cü ildə "Vogue Japan" jurnalı tərəfindən ilin qadınlarından biri seçilmişdir.2013-cü ildə superqəhrəman filmi olan "Şimal porsuğu" filmində Yukio rolunu canlandırmışdır. 2014-cü ildə "Strategiyaçı Kanbei" teleserialında Omiçi rolunda görünmüşdür."Ox" teleserialının üçüncü mövsümündə Devon Aokini əvəz edərək Tatasu Yamaşiro rolunu canlandırmışdır. 2015-ci ildə HBO kanalının "Taxt-tac oyunları" serialınının bir mövsümünün 5-ci seriyasındakı bir qırmızı rahibə kimi görünmüşdür. Netflix tərəfindən çəkilən "Milyon yenlik qadınlar" serialında Minami Şirakava rolunu canlandırmışdır.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Uila (departament)
Uila (isp. Departamento del Huila) — Kolumbiyanın departamentlərindən biri, ölkənin cənubi-qərbində yerləşir. İnzibati mərkəzi-Neyva şəhəridir. == İnzibati bölgüsü == Departamentin ərazisi 4 region və 37 bələdiyyəyə bölünür.
Zila Klark
Zila Klark (ing. Zelah Clarke) - Böyük Britaniya aktrisasıdır. == Həyatı == Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində dünyaya gəlmişdir. 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir. Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür.
Şila krallığı
Şila krallığı- (Koreya: 신라; Hanja: 新羅) Koreyanın cənubunda yerləşmişdir və e.ə. 57-ci ildən 935-ci ilə qədər mövcud olmuşdur. Şila Park ailəsindən Hyokqose tərəfindən qurulan Koreya sülaləsi olmuşdur. 586-ci il Qyoncu Gim (Kim) (김, 金) qəbiləsi, 232 il Miryan Bak (Park) (박, 朴) qəbiləsi və 172 il Volsyon Seok (석, 昔) qəbiləsi tərəfindən idarə olunmuşdur. == Tarixi == Şila krallığının tarixi 3 hissəyə bölünür : Erkən dövr(e.ə.57-b.e.654) Orta dövr(654-780) Son dövr(780-995) === Güclənməsi === Park tayfası Seok tayfası tərəfindən edilən qəsdə qədər üç nəsil Şilanı idarə etmişdir. Seok tayfasından olan ilk hökmdar Talhaenın vaxtında Kim tayfasından olan Kim Aljinin qızıl qutudan Hoqonq (Şilanın baş naziri) tərəfindən tapıldığı iddia edilir. Seok və Park tayfaları arasında müharibə baş verir və daha sonra Kim tayfası digər iki tayfanın əlindən hakimiyyəti alır. Şila krallığının son illərinə qədər Kim tayfası hakimiyyəti əlində saxlayır, digər iki tayfa isə dövlətinin idarə edilməsində iştirak edirlər. Şilanın sonuncu kralı Gyeongsun Kim tayfasının üzvü idi. === Koreyanın birləşməsi === Vll əsrdə Bekçe krallığı, Qaya və Goguryeo krallığını birləşdirmə düşüncəsiylə ön plana çıxmışdır.
Qıla iyəsi
Qıla iyəsi - Altay xalq inancında heyvanlar ruhu. Gul (Kölö, Kiğil, Kığıl, Kölük, Kölik) iyəsi olaraq da bilinir. Heyvanların qoruyucu ruhdur. Hər heyvan üçün fərqli bir iye vardır. Kimi yerlərdə bu ruh eyni zamanda bir şamana aiddir. Vəhşi bir heyvan görünüşündədir. Şamanın sağlamlığını qoruyur. Bu ruhların gerçək görüntülərini şamanların özləri belə görə bilməzlər. Bu ruhlar dağlarda gizlənirlər və yerlərini kimsə tapa bilməz. Bu ruhun başına nə gəlirsə şamanın başına da eynisi gəlir.
Jil Roberval
Jil Roberval (ing. Gilles Personne de Roberval; 10 avqust, 1602 – 27 oktyabr, 1675) — Fransız riyaziyyatçısıdır; "bölünməyənlər" üsulunun yaradıcılarından biridir; tsikloidin kvadraturasını tapmışdır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.